Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Mart 2014

Xanım Zeynəbin (s.ə) mövlud günü

Hicrətin 5-ci ili cəmadiul-əvvəl ayının 5-də Həzrət Əli (ə) və Xanım Zəhranın (s.ə) evində kəramətli bir qız övladı dünyaya gəldi. Ona ad qoymaq üçün Hz.Peyğəmbərin (s) səfərdən qayıtmasını gözlədilər. Peyğəmbər (s) səfərdən qayıdıb “bu iş Allaha məxsusdur” – buyurdu. Cəbrail (ə) endi və körpənin adı ilə bağlı söylədi: “Mən Ərşi-əlada görmüşəm, onun adı Zeynəbdir”. Peyğəmbər (s) buyurdu ki, körpə nənəsi Xədiceyi-Kübraya bənzəyir.
Həzrət Zeynəbin (s.ə) ibadət və bəndəliyi yüksək dərəcədə idi. O, heç vaxt gecə və digər müstəhəb namazlarını tərk etməzdi. Hətta məhərrəmin 11-ci gecəsi - Şamu-Qəriban gecəsi bu əməlləri unutmamışdı. İmam Hüseyndən (ə) son dəfə ayrılanda, İmam (ə) bacısına tapşırmışdı: “Bacı, məni gecə namazlarında unutma!”
Salam olsun sənə, ey Rəsulullahın qızı
Salam olsun sənə, ey Əmirəl-mumininin qızı
Salam olsun sənə, ey vəsilər əfəndisinin qızı
Salam olsun sənə, ey Fatimə Zəhranın qızı, Bütün dünya qadınlarının qızı.
Salam olsun sənə və seçilmiş cəddinə.
Salam olsun sənə və atan Heydəri-kərrara.
Salam olsun sənə, ey zəhərlə şəhid olan Həsənin bacısı.
Salam olsun sənə, ey zülmlə şəhid olan Hüseyinin bacısı.
Salam olsun sənə ey səbrli, ey cihad edən!

Nur-az.com


1230 بازدید
در حال ارسال اطلاعات...