Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Mart 2014

Nə üçün namaz qılmıram?

Günümüzdə təəssüf doğuran hallardan biri insanların, xüsusilə gənclərin imanın kafi olmasını düşünməsi və əmələ ehtiyac görməməsidir. Bu təhlükəli yanaşma nəticəsində insanlar maddi və mənəvi məsuliyyətlərdən boyun qaçırırlar.

Ayə və rəvayətlərə ötəri bir baxışla aydın olur ki, bəzi ibadət və əməllər başqaları ilə müqayisədə daha üstündür. Rəvayətlərə əsasən təfəkkürün savabı 70 il ibadətin savabından böyükdür. Fərəc intizarı, xilaskarın yolunu gözləmək rəvayətlərdə qeyb dövrünün ən üstün əməli kimi təqdim olunub. Amma dinin sütunu kimi tanıtdırılan əməl başqadır. Bu əməl İslam xeyməsini möhkəm saxlayır və həmin əməl olmayanda bu xeymə uçduğundan bütün əməllər məhv olur. İmam Sadiq (ə) buyurur: "Allahı tanıdıqdan sonra namazdan üstün əməl yoxdur. İsa ibn Məryəm deyir ki, mənə namaz tapşırılıb. Amma müxtəlif bəhanələrlə bu vacib əməldən, ibadətdən boyun qaçıranlar az deyil. Onlar çalışırlar ki, namazın əhəmiyyətini azaldıb onun yerinə başqa əməlləri zəruri göstərsinlər.

Nə üçün bəziləri namaza yetərincə dəyər vermir? Nə üçün çox rahatlıqla namazdan imtina edirlər? Ayə və rəvayətlərdə bu suallara cavab axtaraq.

Namazdan uzaqlığın əsas səbəblərindən biri gənc nəslə hakim olan yanlış təfəkkürdür. Belə bir baxış var ki, Allaha yaxınlıq üçün iman bəs edir və əmələ ehtiyac yoxdur. Tarixə baxsaq Murciə adlanan firqədə belə bir baxış müşahidə edərik. Bu firqə həqiqi İslam xəttinə böyük zərbə vurmuş bir firqədir. Onlar bütün əməlləri mümkün, halal sayırdılar. Təkcə imanı zəruri hesab edir, ibadətə heç bir dəyər vermirdilər. Düşünürdülər ki, insanın qurtuluşu yalnız imandadır.

Müasir dövürdə Murciə firqəsinin baxışları formaca dəyişib meydana çıxıb. İmanın insana bəs etdiyini, ibadətə ehtiyac qalmadığını çoxlarından eşidirik. Deyirlər ki, insanın qəlbi təmiz olsa, bəs edər, daha ibadətə ehtiyac yoxdur. Bəs Quran nə deyir? Bəqərə surəsinin 277-ci ayəsində oxuyuruq: "İman gətirən, xeyirli işlər görən, namaz qılan, zəkat verən şəxslərin Rəbbi yanında mükafatları vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!" Ayədən göründüyü kimi namaz da imanla yanaşı zikr olunur. Digər tərəfdən, vacib əmrdən uzaqlağın qəlbi pak saxlamasına heç bir dəlil yoxdur. Əksinə, insan Allahın əmrini yerinə yetirmədikdə onun qəlbinə qaranlıq çökür.

Xalqda belə bir yanlış təfəkkür formalaşıb ki, palaza bürün, ellə sürün. Guya özünü xalqa nə qədər çox bənzətsən o qədər rahat olarsan. Bu olduqca təhlükəli məsəldir. Bəziləri bu məsəldən sui-istifadə edir. Maidə surəsinin 100-cü ayəsində buyurulur: "(Ya Rəsulum!) De: “(Ey insan!) Murdar (haram) şeyin çoxluğu xoşuna gəlsə belə, murdarla təmiz (haramla halal) bir ola bilməz”. Ey ağıl sahibləri, Allahdan qorxun ki, nicat tapasınız."

Bəziləri doğru yola qayıdış üçün gec olduğunu düşünüb hər gün daha artıq günaha yol verir. Düşünürlər ki, bir bu qədər günahı namaz qılmaqla yumaq olmaz. Belə bir bəhanə ilə günah işləri davam etdirir, tövbə barədə düşünmürlər. Həzrət Peyğəmbərdən (s) nəql olmuş bir rəvayətdə daim günah edən bir şəxsin namazdan əl çəkmədiyi vurğulanır. Rəvayətdə bildirilir ki, nəhayət bir gün namaz onu tövbəyə vadar etdi. Bəli, namaz Allahın öz bəndəsinə göstərdiyi qurtuluş yoludur. Onu hansısa başqa əməllə əvəz etmək mümkünsüzdür. Quran və rəvayətlərdə namazı əvəz edəcək bir əməl görmürük. Taha surəsinin 14-cü ayəsində buyurulur: "Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!"

İmam Baqir (ə) buyurur: "Namaz dinin sütunudur. O xeymə sütunu kimidir. Sütun möhkəm olsa xeymənin mıxları və ipləri də möhkəm qalar. Sütun əyilsə mıxlar və iplər də yerindən oynayır." Doğrudan da xeymənin sütununu əvəz edəcək bir şey yoxdur. Dinin sütununu bərpa edək, din xeyməsinin süqutuna imkan verməyək. Bu məsuliyyəti yalnız namaza diqqətlə yerinə yetirə bilərik.

Nur-az.com/hawzah


1376 بازدید
در حال ارسال اطلاعات...