Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Mart 2014

Pul macəraları

Pul əskinasları çap olunandan sonra sikkədən istifadə böyük problemlər yaratdı. 1748-ci ildə Lomonosov elmi fəaliyyətlərinə görə 2000 rubl mükafat aldı. Bu pulu o na sikkələr şəklində verdilər. Həmin vaxt Rusiyada pul ehtiyatının əsas hissəsini kağız əskinaslar yox, dəmir sikkələr təşkil edirdi. Akademiyanın verdiyi pul mükafatını çəkisi bir tona yaxın idi. Lomonosov mükafatı evə aparmaq üçün bir neçə araba tutmalı oldu. Təsəvvür edin ki, Uraldan Moskvaya mal almağa gedən tacir üçün necə böyük problemlər vardı.

Təsəvvür edin ki, sizin alacağınız malın dəyəri 50 rubldur. Sizin cibinizdə bir yüzlük var və satıcının sizə qaytarmağa pulu yoxdur. Qayçı götürür, əskinası ortadan bölür və onun yarısını satıcıya verirsiniz. Belə bir şey mümkündürmü? Həyatda pulla bağlı problemlər təsəvvürə gəlməyən bir vəziyyətdədir. Polşada 1922-ci ildə başlamış inflyasiya bir il uzandı. Dövriyyədə on mindən yüz milyonadək nominallı əskinaslar yer aldı. Xırda pul tapmaq çətin idi. Müvəqqəti olaraq məcburiyyət yarandı ki, 500 minlik markanı iki hissəyə bölüb hər hissəni möhürləsinlər. On milyonluq markaların ikiyə bölünməsi adi hal alınmışdı.

Leninin şəkli Sovet əskinaslarında onun ölümündən sonra peyda oldu. 1937-ci ildə artıq rus pullarında Leninin şəkli vardı. Pul kolleksiyaçıları gözəl bilirlər ki, Leninin adı hələ 1918-ci ildə pul üzərinə yazılırdı. 250 və 500 rublluk əskinaslarda rəssam Lenin sözünü iki yerdə göstərmişdi. "ProLEtari vsex straN soyedİNyaytes" şüarında Lenin adını yaradan beş hərf böyük hərflə göstərilirdi. İkinci "Lenin" çərçivədə verilmişdi.

Birləşmiş Ştatlarda dəyərli kağızların, pul banknotlarının artırılmasına nəzarət edən qanun var. Bu qanuna görə pulun həqiqi ölçü və rəngində kağız çap etmək olmaz. ABŞ-da saxta pulla sərt mübarizə var. 1893-cü ildə Çikaqoda beynəlxalq yarmarkada Oqayo Çarlz Meurerin də rəsm əsəri vardı. Əsərlərdən birində üç Amerika əskinası təsvir olunmuşdu. Əsər yarmarkada yerləşdiriləndən dərhal sonra Federal hakimiyyət onu müsadirə etdi, Meurer pul haqqında qanunu pozduğuna görə mühakimə edildi. İlk baxışdan belə bir həssaslıq mənasız görünür. Amma belə bir qanunun mövcudluğu və işləkliyi pul saxtakarlığına ciddi mane olur.

Saxta pulla bağlı qeyri-adi hadisələr çoxdur. Peruda bir qədər məzəli hadisə baş verib. Paytaxtda saxta Peru banknotları aşkarlanıb. Ölkədə aparılan axtarışlar heç bir nəticə verməyib. Sonrada məlum olub ki, saxta pul fabriki həbsxanada işləyirmiş. Onsuz da həbs həyatı yaşayan cinayətkarların növbəti dəfə mühakiməsi hakimə də maraqsız görünüb.

Ən böyük inflyasiya birinci dünya müharibəsi dövrünə təsadüf edir. Almaniya müharibədə uduzandan sonra Avstrya-Macarıstan imperiyası hiper inflyasiya ilə üzbəüz qaldı. Əvvəlcə Avstrya kuronu qiymətdən düşməyə başladı. Dollara münasibətdə kuron 70 min dəfə qiymətdən düşdü. Yalnız 1922-ci ildə Avstrya inflyasiyanı cilovlaya bildi.

Almaniya üzərində qələbə qazanmış Fransa və İngiltərə bütün xəsarəti almanların üzərinə yıxmaq istəyirdi. Versal müqaviləsinə əsasən Almaniya müharibədən dəyən bütün zərəri öz üzərinə götürdü. Bu 132 milyard qızıl marka oldu. Həmin məbləğ Almaniyanın bütün milli gəlirindən iki dəfə artıq idi. Həmin vaxt bu gəlir 33 milyard dollar təşkil edirdi. Vəziyyətdən çıxmaq üçün məğlub olmuş ölkələr yeni əskinasların çapına başladı. Amma bu əskinasların arxasında dəyər dayanmadığından onlar dərhal qiymətdən düşürdü. 1921-ci ilin sonlarına qədər inflyasiya səbəbindən Almaniyada qiymətlər 35 dəfə artdı. 1922-ci ildə isə qeyri adi bir sıçrayışla qiymət artımı minlərlə dəfə yüksəldi. 1923-cü ildə alman poçt markası 20 pfenniqdən 500 milyard markaya qədər bahalaşdı. Kreditçilər hər günə 35 faiz üstəlik tələb etdilər.

Müharibənin sonunda bir ABŞ dolları 4 Alman markasına bərabər idi. 1922-ci ilin iyulunda bir dollar 493 markaya dəyişilirdi. 1923-cü ildə isə bir dollara görə 17792 marka ödəmək lazım idi. 1923-cü ilin noyabrında almanlara bir dollar 4,2 trilyon markaya başa gəlirdi. Müharibənin əvvəlində bir markaya alınan əşya 1923-cü ildə 726 milyard markaya alınırdı. Veymar Respublikası hökuməti pul çapının öhdəsindən gəlmirdi. Ölkədə ən sürətlə gedən iş pul çapı idi. Fəhlələr gündəlik işin muzdunu alırdılar və həmin gün də xərcləyirdilər ki, səhəri gün bu pul dəyərsiz kağıza çevrilməsin.

İnflyasiya hökumətin nəzarətindən çıxmışdı. Onun əsl qurbanları sadə insanlar idi. Hökumət kommersiya firmalarını yaşatmaq üçün istiqrazlar çap edirdi. Bütün təlaşlara baxmayaraq yalnız 1923-cü il 20 noyabrda inflyasiyanın qarşısı alındı. Həmin vaxt hökumət pul əskinaslarından bütün sıfrları sildi, rent adlanan pul vahidi çap olundu. Yeni markanın dəyəri torpaqla ölçülürdü.

İkinci dünya müharibəsi başa çatandan sonra Almaniya tərəfindən vuruşmuş Macarıstan ciddi iqtisadi böhrana düşdü. 1925-ci ildən pul vahidi penqyo adlanırdı. Penqyo dəmir sikkə kimi buraxılırdı, tərkibində 3,2 q. gümüş

vardı. 1926-cı ildən 1945-ci ilədək Macarıstan milli bankı bir penqyodan yüz penqyoyadək banknotlar buraxdı. Müharibədən sonrakı inflyasiya bu pul vahidini dəyərdən saldı. Pul çapxanaları tam gücü ilə işləsə də ehtiyacı təmin etmək çətin olmuşdu. 1945-ci ilin oktyabr ayında macarlar pul üzərindəki sıfrları saymaqda çətinlik çəkirdi. 1946-cı ildə 100 milyonluq və bir milyardlıq penqyo çap olunmuşdu. El arasında belə bir məsəl yaranmışdı ki, kağız hər şeyə dözür. Gümüş pul buraxmaq üçün macar hökumətinə 3200 ton gümüş lazım idi. Amma kağız hər şeyi həll etdi.

Macarlar sıfr problemini aradan qaldırmaq üçün milpenqyo vahidini icad etdilər. Bir mil penqyo milyard penqyoya bəbarər idi. Amma çox keçməmiş bir mil penqyo dəyərdən düşdü və 100 milyonluq milpenqyo çap edildi.

Pul sahəsində çalışan maliyyəçilər üçün inflyasiya yeni kəşf imkanları yaradıb. Macarlar bir milyard penqyonu B-penqyo adlandırırdı. Bu "bilyon" (billion) sözünü bildirirdi. Bir növ B hərfi sıfrları əvəz edirdi.

Türkiyədə də inflyasiya ilə problemlər həmişə gündəmdə olub. Hazırda dünyada ən böyük rəqəmli pullardan biri türk lirəsidir. 20 milyonluq türk lirəsi böyük nominallı pullara liderlik edir. Türkiyə 2005-ci ildə pul əskinaslarından 6 sıfr atdı.

Çoxları bilmir ki, bütün ölkələrdə kolleksiyaçılar üçün kəsilməmiş pullar buraxılır. Bir kağız parçasında 4-dən 32-ə qədər əskinas yerləşir. Belə nümunələr varlı kolleksiyaçılara çox baha qiymətə satılır.

Dünyada maraqlı hadisələr arasında nəhəng pul oğurluqları da yer alır. 20-ci əsrin ən səs-küylü oğurluqlarından biri 1963-cü il 7 avqustda pul aparan Britaniya qatarına hücum oldu. Qanqsterlər 2631684 funt sterlinq pul apardılar. Skotlend-Yard müfəttişləri demək olar ki, bütün quldurları ələ keçirə bildilər.

ABŞ-da Danvill şəhər polisi maraqlı bir hadisə ilə rastlaşıb. İki dollarlıq dondurma alan kişi satıcıya üzərində kiçik Buşun əksi vurulmuş 200 dollarlıq əskinas verib. Belə bir əskinas tarix boyu olmayıb. Amma satıcı pulu alıb və qalığı qaytarıb. Sonradan aldadıldığını başa düşən satıcı polisə müraciət edir. Mövcud olmayan bir nominalda kağızı saxta pul adlandırmaq olmaz. Bununla belə həmin şəxs fırıldaqçılıqda təqsirli bilinərək həsb edilib.

Almaniya Federativ Respublikasında "salamlama pulu" adlanan bir dəfəlik əskinaslar çap olunmuşdu. Almaniya birləşənə qədər federativ respublikaya sosialist respublikadan gələnlərə bu pul verilərdi. Bu pul bir dəfə işlənə bilərdi.

Hindistanda pul əskinasları daha çox dəst şəkildə işləndiyindən sol tərəfdən sancaqlanır.

Moskvada istedadlı bir gənc özü üçün orjinal biznes yaradıb. O 1997-ci ildə çap olunmuş pul əskinasındakı rəqəmə uyğun telefon nömrəsinə zəng vurub və qarşı tərəfə xoşbəxt əskinası almaq təklif edib. 10 rublluq əskinası 50-150 rubla satan gənc polis işə qatışa qədər öz biznesini genişləndirib. Amma onu ittiham etməyə heç bir əsas tapılmayıb.

Hər halda pulla zarafat etmək olmaz. Pul fırıldağı tarixinin tanınmış qəhrəmanlarından olan Yunan Panayotis Kasafaros dünyanı pula ciddi yanaşmağa çağırır. Bu şəxs şəhərdəki böyük reklam üzərindən pul əskinası əkslərini kəsib götürən adamdır. O bu zarafatına görə məhkum olunub.

23 yaşlı italyan Klaudio Berotti yol hərəkəti qaydasını pozduğuna görə 216 min lirə cərimələnir. Polisdən acıq çıxmaq istəyən Klaudio 5 lirəlik sikkələri maşına yükləyib polis məntəqəsinə gətirir.

Səudiyyə Ərəbistanında yalnız qadınlara xidmət edən bank fəaliyyət göstərir. Bu bankda bütün işçilər və müştərilər qadındır.

1991-ci ildə Tanzaniya məhkəməsi isveçrəli Kurt Vesterlumu 15 min tanzaniya şirlinqi cərimələyir. Ölkədən çıxan zaman isveçrəli turist həcmi böyük, dəyəri 3 dollardan aşağı olan 600 şillinqi paralayıb zibilqabına atır. Buna görə Kurt məhkəmə qarşısında dayanmalı olur.

Almaniya birləşən zaman əsas problemlərdən biri vahid pul nominalının seçilməsi olub. Sonda qərar çıxarılıb ki, sosialist almaniyasına məxsus pullar dəfn edilsin. Bu pulları sadəcə yandırmaq böyük ekoloji təhlükə yaradardı.

Hazırda ən böyük kolleksiya dəyəri olan banknot 1934-cü ildə Amerikada çap olunmuş 10 min dollarlıq banknotdur. Bu əskinas 30 min dollara satılır.

Amerikanın bir dollarlıq əskinasının dizaynını ötən əsrin 30-cu illərində rusiyalı Sergey Makronovski hazırlayıb.

Az amerikalı 10 min dollarl