Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Üç şəhid anasının Eştona məktubu

Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Ketrin Eştonun İrana qəfil və müəmmalı səfəri dünyada birmənalı qarşılanmayıb. Əslində Cenevrə müzakirələri ilə bağlı İran rəsmiləri ilə görüş keçirməli olan Avropa diplomatı birliyin riyakar siyasətinə uyğun olaraq müxalifətlə bir araya gəlib. Hansı ki, belə bir görüş İran Xarici İşlər Nazirliyi ilə razılaşdırılmayıb. Beləcə şəmsi 1388-ci ildə İranda baş vermiş təxribat iştirakçıları ilə görüş İran hökumətini narazı salıb.

Ketrin Eştonun İranın fitnəkar müxalifətçiləri ilə görüşündən hiddətlənənlər arasında bir şəhid anası da var. İslam İnqilabı yolunda qardaşı və üç oğlunu şəhid vermiş xanım Bəhreyni Eştona məktub ünvanlayıb. Xanım Bəhreyni yazır:

Xanım Eşton, salam!

Öz ənənələrimizə uyğun olaraq sizə xoş gəldin deyir və əsas mövzuya keçirəm.

Mən övladını İslam İnqilabı yolunda qruban vermiş bütün anaların təmsilçisi olaraq sizə üz tuturam. Bu analar arasında hələ də gözü yolda olan, övladının yolunu gözləyənlər var.

Siz elə bir şəhərə qədəm qoymusunuz ki, onun hər məhəlləsi, hər küçəsində İraq müharibəsinin izləri var. Sizin qədəm qoyduğunuz ölkənin səmasında şəhidlərin ruhu dolaşır. Ey kaş öz əyləncəli görüşlərinizlə yanaşı şəhidlər xiyabanına da baş çəkəydiniz. Şəhidlər xiyabanına getsəydiniz İranın bu müqəddəs amallar yolunda necə qurbanlar verdiyini görərdiniz. Görəcəyiniz baş daşları üzərindəki tarixlər onların 13-16 yaşında olduğunu göstərir.

Sizin təmsil etdiyiniz ölkələr təcavüzkar Səddam Hüseynə silah verəndə sizin harada olduğunuzu bilmirəm. Amma istərdim ki, Amerikanın Avropanın əməllərini yaxından görmək üçün kimyəvi silahdan zəhərlənmiş veteranlarımızl