Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

"Əyyami-Fatimiyyə" – Fatimiyyə günləri

Əyyami-Fatimiyyə deyilən günlər (xanım Fatimənin şəhadət günləri) cəmi altı gündür. Bu altı günün üç günü cəmadiül-əvvəl, üç günü cəmadiüs-sani aylarına düşür. Birinci Fatimiyyə günləri 13-15 cəmadiül-əvvəl, ikinci Fatimiyyə günləri 3-5 cəmadüs-saniyə təsadüf edir. Şiələr bu günlərdə xanım Fatimə üçün əzadarlıq edirlər.

Xanım Fatimənin şəhadət tarixçəsi ilə bağlı iki fərqli rəvayət var. Rəvayətlərdən birinə görə, xanım Zəhra atası həzrət Peyğəmbərdən (s) 75 gün sonra dünyasını dəyişib. Həzrət Peyğəmbərin (s) vəfatı 25 səfərə təsadüf etdiyindən 75 gün sonra 13-15 cəmadiül-əvvəl olur. Bu günlər birinci Fatimiyyə günləridir. Başqa bir rəvayət görə xanım atasından 95 gün sonra şəhadətə çatıb. Bu hesabla onun şəhadəti 3-5 cəmadiüs-saniyə təsadüf