Şrift ölçüsü:
A+
A
A-
Kr
12 Mart 2014

Dənizdən hədiyyə

Bir qadın həzrət Davudun (ə) hüzuruna gəlib dedi: "Ey Allahın peyğəmbəri, sənin Allahın zalımdır ya ədalətli?"
Davud (ə) buyurdu: “Allah-Taala ədalətlidir, heç vaxt zülm etməz.”
Sonra buyurdu: “Nə  baş verib ki, belə sual  verirsən?”
Qadın dedi: “Mən dul bir qadınam və üç qızım var. Əllə libas toxuyuram, dünən toxuduğum şalı parçaların arasına qoyub bazara satmağa aparırdım. İstəyirdim ki, şalı satıb pulu ilə uşaqlara yemək alım. Lakin birdən bir quş gəlib parçanı əlimdən apardı. İndi çox pis vəziyyətə düşmüşəm və uşaqlarıma yemək almağa pulum yoxdur.”
Qadın sözünü qurtarmamış həzrət Davudun (ə) evinin qapısı döyüldü. Həzrət Davud gələnlərə evə girməyə icazə verdi. Bu vaxt on nəfər tacir həzrət Davudun (ə) hüzuruna gəldi və hər bir 100 dinar o həzrətə verib ərz etdilər: Bu pu