Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Min bir gicə!

Dinc dünyanı qarışdıran,
müharibə qızışdıran,
dostu dostla vuruşduran
min bir gicə
haqqı bilən mövlamızdan
gələn bircə sualım var:
deyilənlər doğru olsa,
Allah varsa, sorğu varsa,
nə olacaq cavabınız
zorlanana, asılana, satılana,
nə olacaq cavabınız
doğulantək zibilliyə atılana?

Özün dartmaq axmaqların sifətidir,
lovğa-lovğa, qoçu-qoçu söz danışmaq
min bir gicin adətidir.
Arasında Obama var,
millətinə qəbir qazan Netanyahu divanə var,
fəryada kar dünya adlı biganə var.

Min bir gicin sərxoş min bir gecəsinin sonu yoxdu?
Vallah oda girdiyini görən çoxdu.
Görə-görə canın oda atır necə,
axirətin satır necə?
Çünki gicdi,
ayılanda görür gecdi...

Baş verənin istəyi var,
baş gəzdirən havalıdı.
Verilməyib daramağa,
verilməyib yağlamağa,
verilməyib əyri yolda işlədəs