Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Sileyi-rəhim!

Səfvan Cəmmal deyir: İmam Sadiqlə (ə) Abdullah ibn Həsən arasında narazılıq baş verir və bu narazılıq narahatçılığa səbəb olur və insanlar da ora cəm olurlar. İmam (ə) Abdullahla narazı vəziyyətdə ayrılıb gedir. Sabahı gün iş arxasıyca evdən çıxdım. Bu zaman İmam Sadiqi (ə) Abdullahın evində gördüm ki, o həzrət buyurdu: “Ey kəniz! Abdullaha de gəlsin.” Abdullah çölə çıxıb dedi: “Ya Əba Əbdillah! Səhər vaxtı bura niyə gəlmisən?” İmam Sadiq (ə) buyurdu: “Dünən bir Quran ayəsi oxudum ki, məni çox pərişan etdi.” Abdullah dedi: “Hansı ayəni?” İmam Sadiq (ə) buyurdu: “O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.” (Rəd, 21). Abdullah dedi: “Düz deyirsən,