Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Mart 2014

Sileyi-rəhim!

Səfvan Cəmmal deyir: İmam Sadiqlə (ə) Abdullah ibn Həsən arasında narazılıq baş verir və bu narazılıq narahatçılığa səbəb olur və insanlar da ora cəm olurlar. İmam (ə) Abdullahla narazı vəziyyətdə ayrılıb gedir. Sabahı gün iş arxasıyca evdən çıxdım. Bu zaman İmam Sadiqi (ə) Abdullahın evində gördüm ki, o həzrət buyurdu: “Ey kəniz! Abdullaha de gəlsin.” Abdullah çölə çıxıb dedi: “Ya Əba Əbdillah! Səhər vaxtı bura niyə gəlmisən?” İmam Sadiq (ə) buyurdu: “Dünən bir Quran ayəsi oxudum ki, məni çox pərişan etdi.” Abdullah dedi: “Hansı ayəni?” İmam Sadiq (ə) buyurdu: “O kəslər ki, Allahın birləşdirilməsini əmr etdiyi şeyləri birləşdirir (qohumluq əlaqələrini qoruyub saxlayır, möminlərə hörmət edir), Rəbbindən və (qiyamət günü çəkiləcək) pis haqq-hesabdan qorxurlar.” (Rəd, 21). Abdullah dedi: “Düz deyirsən, mən hələ indiyə qədər bu ayəni oxumamışdım. Sonra Abdullah və İmam (ə) qucaqlaşıb ağlayırlar.”
Beləliklə, bu hədisdən sileyi-rəhmin nə qədər mühüm olduğunu başa düşürük.
Ayrı hədisdə bir şəxs İmam Sadiqə (ə) ərz edir: “Bir əmim oğlu var, hər nə qədər ona yaxınlaşıram, lakin o məndən qaçır. Mən də qərara gəlmişəm ki, onunla rabitəni bir dəfəlik kəsim. İmam Sadiq (ə) buyurdu: “Əgər sən onunla rabitəni kəsməsən, Allah-Taala sizin aranızda əlaqə yaradacaq, yox əgər əksinə olarsa Allah hər ikinizlə rabtinə kəsər.” (Kafi, 23/2).

Allahın salamı möminlə görüşə gedənlərə olsun!

Allahın Rəsulu (s) Cəbraildən (ə) nəql edir: “Allah-Taala mələyi (insan şəklində) yerə göndərir. O mələk yer üzündə gəzib dolaşmağa başlayır. Nəyaət bir evin qapısına çatır və görür ki, bir nəfər qapının arxasında dayanıb ev yiyəsindən içəri girmək üçün icazə istəyir. Mələk ona dedi: “Buraya niyə gəlmisən? Bu evin sahibinə nə ehtiyacın var?”
O dedi: “Bir ehtiyacım yoxdur, evin yiyəsi mömin qardaşımdır, Allaha xatir ona baş çəkməyə gəlmişəm.”
Mələk dedi: “Həqiqətən də sən mömin qardaşını ziyarət etmək üçün gəlmisən?”
O dedi: “Bəli, yalnız baş çəkmək və görmək üçün gəlmişəm.”
Mələk dedi: “Mən Allahın