Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Mart 2014

Qeybət alovu

Hərvi İmam Rizadan (ə) nəql edir: İmam Riza (ə) buyurub: “Allah-Taala peyğəmbərlərindən birinə vəhy edib ki, sübh yuxudan durduqdan sonra qarşına çıxan birinci şey ye, ikincini gizlət, üçüncünü yaxşı qarşıla, dördüncünü məyus qaytarma və beşincidən qaç!
Sübh olur, peyğəmbər evdən çölə çıxır və getməyə başlayır. Qarşısında böyük bir dağ görür. Öz-özünə deyir, yəni Allah-Taala buyurub ki, bu dağı yeyim? Təəccüb içində fikirləşirdi ki, bu dağı necə yemək olar?! Az müddətdən sonra özünə gəlib deyir: Allah-Taala heç vaxt bacara bilmədiyim işə mənə əmr etməz. Dağa tərəf hərəkət edir. Hər nə qədər dağa yaxınlaşdıqca dağ kiçik görünürdü. Dağa tamamilə yaxınlaşdıqda, ləzzətli bir loğma görür. Onu yeyir və ondan ləzzətli və dadlı bir şey görməmişdi. Sonra yoluna davam edir və qızıl bir teşt görür. Öz-özünə deyir: Allahım buyurub ki, bunu gizlədim. Yeri qazaraq onu orada gizlədir. Yoluna davam etmək istədikdə, teştin göründüyünü görür. Yenidən teşti basdırmaq istəyirdir, lakin fikirləşir ki, Allahın əmr etdiyini yerinə yetirib. Yenidən onu torpağın altında basdırmağa ehtiyac yoxdur. Yenidən yoluna davam edir. Tələyə düşmüş bir quş görür. Quş onun yanında bir az qanad çalır. Öz-özünə deyir, Allah buyurub ki, qarşına çıxanı yaxşı qarşıla. Beləliklə, quşu ağuşuna alıb yoluna davam edir. Bir az getdikdən sonra murdar və iylənmiş bir şey görür. Öz-özünə deyir, Allahım buyurub ki, bundan qaçım və sürətlə ondan uzaqlaşır.
Gecə yuxuda ona deyilir: Sənə deyilənlərə əməl etdin, görəsən onlardan bir şey başa düşdün? Ərz edir: Xeyr!
Deyilir: Böyük dağ, qəzəbdən doğulan kinayədir. İnsan qəzəblənəndə özünü hiss etmir və bir iş görər ki, öz qiymətini əldən vermiş olur.
Qızıl teşt, xeyir əməldir ki, insan onu gözlərdən kənarda yerinə yetirər. Allah da bu xeyir əməli zinətləndirər, axirət ehtiyatı saxlayar və bu işinə görə ona savab verər.
Quş bir şeyin göstəricisidir ki, sənə tərəf uzanan ehtiyaclı əli naümid geri qaytarmayasan.
İylənmiş ət isə qeybətin kinayəsidir ki, gərək ondan qaçasan.

Dilimizə çevirdi: R. Hüseynov

Nur-az.com


1179 بازدید
در حال ارسال اطلاعات...