Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Sentyabr 2013

Dünyanın ən hündür 10 qülləsi

1889-cu ildə inşa edilən və təkcə Parisin deyil, ümumilikdə Fransanın simvollarından olan məşhur Eyfel qülləsi bir vaxtlar dünyanın ən möhtəşəm hündür qülləsi hesab edilirdi. Amma son illərdə müxtəlif ölkələrdə ucaldılan qüllələr Eyfeli arxada qoyub.
Parisdə nəşr olunan “Le Point” jurnalı dünyanın 10 ən hündür qülləsinin siyahısını dərc edib. Siyahıya Şanxayda dörd aydan sonra istifadəyə veriləcək 838 metrlik qüllə başçılıq edir. İkinci yerdə gələn Dubaydakı Bürc Xəlifə qülləsinin hündürlüyü 828 metrdir. 2004-cü ildə Tayvanda tikilən 508 metrlik Təpə qülləsi üçüncü yeri tutur.
Sonrakı yerləri 2008-ci ildə Şanxayda istifadəyə verilmiş Maliyyə Mərkəzi (429 metr), Honkonqdakı Ticarət Mərkəzi (484 metr), 1998-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpurda ucaldılan qüllə (452 metr), 1974-cü ildə Çikaqoda tikilən Saars Tower (442 metr), Çində 2009-cu ildə inşa olunan Guang Zhou (438 metr), Şanxayda 1998-ci ildə ucaldılan Sin Mu (421 metr) qüllələri bölüşürlər. Siyahıda 10-cu yeri 2009-cu ildə Çikaqoda tikilən 415 metrlik “Zəfər” hoteli tutur.

Medeniyyet


1636 بازدید
در حال ارسال اطلاعات...