Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

İmam Əliyyən-Nəqi Hadinin (ə) mübarək mövludu

Nur Mədəniyyət Mərkəzi bütün dünya müsəlmanları və ədalətsevər insanları İmam Hadinin (ə) mübarək mövludu münasibətilə təbrik edir.

***

İmam Əliyyən-Nəqi (ə) hicri 212-ci il zilhiccə ayının 15-də Mədinə yaxınlığında Sərya adlı yerdə anadan olmuşdur. Atası İmam Cavad (ə), anası fəzilətli xanım Səmanədir. Nəqi və Hadi İmamın (ə) məşhur adlarındandır.
İmam Hadi (ə) atasının şəhadətindən sonra, səkkiz yaşında imamət məqamına çatmışdır. İmamət müddəti otuz üç ildir. Hicri 254-cü ildə Samirra şəhərində şəhadətə yetmişdir. Məhəmməd ibn Şərəf deyir: "Mədinədə İmam Əliyyən-Nəqi (ə) ilə yol gedərkən İmam buyurdu: "Sən Şərəfin oğlusan?" Cavab verdim ki, bəli. Həzrətdən bir sual soruşmaq istədim. İmam buyurdu: "İndi izdihamlı küçədəyik, bura sual yeri deyil." Hədisdən aydın olur ki, ictimai-siyasi şərait nə qədər ağır imiş.
Məhəmməd ibn Davud Qummi və Məhəmməd Təlhi deyir: "Qum və onun yaxınlıqlarından yığılmış xüms, hədiyyə və nəzirləri İmam Əliyyən-Nəqinin (ə) hüzuruna aparırdıq. Yolda o Həzrətin köndərdiyi qasid yetişib bizə xəbər verdi ki, geri qayıdaq. O bildirdi ki, indi bunları İmama (ə) təqdim etmək üçün münasib vaxt deyil.
Zalım Mütəvəkkil sarayda məst olub qaldığı halda oğlu Müntəsirin planı əsasında türklərin həmkarlığı ilə vəziri Fəth ibn Xəqanla birlikdə qətlə yetirildikdən sonra Müntəsir hakimiyyətə gəlir.

Müntəsir atasından fərqli olaraq Əli (ə) və onun övladlarına olan məhəbbətini aşkar edərək camaata İmam Hüseynin (ə) qəbrinin ziyarətinə getməyə icazə verir və atasının hakimiyyəti dövründə qorxu içərisində yaşayan Ələvilərə aman verir. Üstəlik o, daha üç gözəl addım atır:
Fədəyi Ələvilərə qaytarır, ələvilərə vəqf olunmuşları özlərinə qaytarır, Mədinə valisi Saleh ibn Əlini Bəni-Haşimlə pis rəftarına görə işdən çıxarır.
İmam Əliyyən-Nəqi (ə) Samirra şəhərində nəzarət altında olsa da, çətinliklər nəticəsində bir an olsun belə, zalımlarla saziş etmir. İmam (ə) Xəlifə Mötəzzin hakimiyyəti dövründə zəhərlənərək şəhadətə çatır.

Nur-az.com


2266 بازدید
در حال ارسال اطلاعات...