Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Oktyabr 2013

İmam Əliyyən-Nəqi Hadinin (ə) mübarək mövludu

Nur Mədəniyyət Mərkəzi bütün dünya müsəlmanları və ədalətsevər insanları İmam Hadinin (ə) mübarək mövludu münasibətilə təbrik edir.

***

İmam Əliyyən-Nəqi (ə) hicri 212-ci il zilhiccə ayının 15-də Mədinə yaxınlığında Sərya adlı yerdə anadan olmuşdur. Atası İmam Cavad (ə), anası fəzilətli xanım Səmanədir. Nəqi və Hadi İmamın (ə) məşhur adlarındandır.
İmam Hadi (ə) atasının şəhadətindən sonra, səkkiz yaşında imamət məqamına çatmışdır. İmamət müddəti otuz üç ildir. Hicri 254-cü ildə Samirra şəhərində şəhadətə yetmişdir. Məhəmməd ibn Şərəf deyir: "Mədinədə İmam Əliyyən-Nəqi (ə) ilə yol gedərkən İmam buyurdu: "Sən Şərəfin oğlusan?" Cavab verdim ki, bəli. Həzrətdən bir sual soruşmaq istədim. İmam buyurdu: "İndi izdihamlı küçədəyi