Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Mart 2014

Qərib adam

Çarəsiz bir qadın su ilə dolu səhəng belində çətinliklə evinə doğru hərəkət edirdi. Yolda qərib bir adam onunla rastlaşır və su səhəngini ondan alıb kömək edir. Qadının körpə uşaqları evdə onun yolunu gözləyirdilər. Evə çatırlar və uşaqlar evin qapısını açırlar. Məsum uşaqlar anası ilə birlikdə bir qəribəni su səhəngini gətirdiyini gördülər. Qəribə kişi səhəngi yerə qoyub qadından soruşdu: “Məlumdur ki, həyat yoldaşın yoxdur və ona görə də su gətirməyə özün gedirsən. Necə olub ki, həyat yoldaşını itirmisən?”
Həyat yoldaşım əsgər idi. Əli ibn Əbu Talib onu sərhədlərin birinə yolladı və orada da öldü. İndi mən və bir neçə uşaq belə qalmışıq.
Qəribə kişi bu sözləri eşitdikdən sonra heç nə demədi. Başını aşağı salıb xudahafizləşib getdi. Amma həmin gündən o qadın və uşaqları zehnindən çıxmırdı, gecəni rahat y