Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Zərrə qədər pis iş görsən...

Bir şəxs Peyğəmbər (s) məscidinə daxil olub dedi: “Ya Rəsuləllah (s), mənə Quran oxumağı öyrədin. Həzrət (s) onu səhabələrindən birinə tapşırır və o da onun əlindən tutub kənara çəkir, Zəlzələ surəsini ona tilavət edir və öyrədir. Bu ayəyə çatdıqda - “Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onu (onun xeyrini) görəcəkdir (mükafatını alacaqdır); Kim də zərrə qədər pis iş görmüşdürsə, onu (onun zərərini) görəcəkdir (cəzasını çəkəcəkdir).” - bir az fikirləşir, sonra müəlliminə baxıb deyir: Bu cümlələr vəhydir?
-Müəllimi deyir: Bəli.
-Mən dərsimi elə bu ayələrdən aldım. İndi ki, bizim bu dünyada gördüyümüz kiçik, böyük, məxfi və ya aşkar işlərimizin hesab-kitab olması mənim üçün aydın oldu. Bu cümlə mənim yaşayışım üçün bəsdir. Mən getdim, xudahafiz.
Quran öyrənmək istəyən getdikdən sonra müəllimi həzrət Peyğəmbərin (s) hüzuruna gəlib dedi: Bu günkü şagird çox hövsələsiz idi, hətta qoymadı kiçik bir ayədən artıq onun üçün oxuyum. Dedi ki, mən bu ayədən dərsimi aldım. Həzrət Peyğəmbər (s) buyurdu: “O ruhani məqama və dərindən tanımaq məqamına çatmalı idi ki, çadı.”

Yaxşı işlərə təşviq

İslamın böyük övliyaları insanların dini və dünyəvi işlərində yaxşı əməl etmələrini həmişə diqqətdə saxlayıblar. Onları təşviq etməklə paklığa, yaxşı əməllərə sövq edirdilər. Bu barədə bir nümunəni sizə təqdim edirik.
Həzrət Peyğəmbər (s) bir ərəbin namaz üstə dua oxuduğunu və duanın məzmununu çox gözəl, mənalı şəkildə Allaha ərz etdiyini müşahidə edir. Onun mənalı, ağıllı dua etməsi mərifət və kamalından xəbər verirdi. Beləliklə Peyğəmbər (s) göstəriş verir ki, namazını qurtardıqdan sonra onu o həzrətin hüzuruna gətirsinlər.
Ərəb həzrət Peyğəmbərin (s) hüzuruna gəlir. Rəsuli-Əkrəm (s), o həzrətə hədiyyə olan qızılı ərəbə verib buyurur: “Hansı qəbilədənsən?”
Ərz etdi: “Bəni-Amer ibn Səse.”
Həzrət (s) buyurdu: “Bilirsən bu qızılı sənə niyə bağışladım?”
Ərz etdi: “Bizim aramızda olan qohumluq nisbətinə görə.”
Həzrət (s) buyurdu: “Əlbəttə, qohumluğumuz haqdır, lakin bu qızılı ona görə sənə bağışladım ki, Allah-Taalaya ləyaqətli və yaxşı tərif dedin.”
Həzrət Peyğəmbərin (s) ərəbi təşviq etməsi, onu daha da həvəsləndirdi və eləcə də bu hadisəni seyr edənləri də ümidvar etdi.

Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



1502 بازدید
در حال ارسال اطلاعات...