Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Mart 2014

Narkotikadan gəlirli biznes

Qəddar əməliyyat

Diri ayıların orqanizmindən öd çəkilməsi ən qəddar əməliyyatlardandır. Uzun illər boyu Çin, Vyetnam, Koreyada belə əməliyyatlar keçirilib. Dünya birliyi bu amansızlığa daim etirazını bildirir. 1992-ci ildə nəsli kəsilməkdə olan heyvanlar sırasına ayılar da əlavə olunub. Ayı ovu qadağandır, hətta yaralı və xəstə ayılar xüsusi məntəqələrdə müalicə olunub təbiətə qaytarılıb. Təəssüf ki, hələ də rəsmi məlumata görə 7000 ayı fermalardar əsirdir.

Bu fermalarda diri ayıların qarnı yırtılır, dəmir borular onların öd kisəsinə daxil edilir və öd çəkilir. Qədim dövrdən bu öddən xalq təbabətindən istifadə olunub. Ayının qarınında açılmış yarıq saxlanılır ki, öd kisəsi ödlə dolanda əməliyyat təkrarlansın. 2003-cü ildə Çin dövləti ayı ödü satışını dayandırıb və onun əvəzinə müalicəvi bitkilər təklif olunub.



Ayı fermalarında baş verən amansızlığın canlı şahidləri bu barədə çox yazıb. Fermada olmuş turistlərdən birinin məqaləsi World Journal-da çap olunub. Turist yazır:

Mən Çinə ticarət məqsədi ilə getmişdim. Təsadüfən yolum Angel Bridge fermasına düşdü. Bu ferma dağ ətəyində yerləşir. Ferma meşə ilə əhatə olunub. Uzaqdan bu yer cənnətə bənzəyir. Fermaya yaxınlaşdıqca insan qəlbinin döyüntüləri güclənir, qarşıya çıxan səhnələr insanı dəhşətə gətirir. Mən hər birində bir neçə ayı olan 15 qəfəs saydım. Gözətçi dedi ki, fermada ayılardan öd çəkilir. O bu işin çox böyük qazanca malik olduğunu, hətta narkotikadan gəlirli biznes sayıldığını dedi. Fermaya daxil olanda hiss etdim ki, gözətçi ilə ayılar arasında münasibət pis deyil. Ayılar sakit idi. Bir qədər keçdikdən sonra iri cüssəli başdan ayağa skafandr geymiş dörd nəfər fermaya daxil oldu. Ayılar bu adamları görəndə qəfəslərdə nigarançılıqla nərə çəkməyə başladılar. Onlar sanki əjdaha görmüşdülər. Gözətçi dedi ki, hər gün sübh saaat səkkizdə ayıların öd kisəsi boşaldılır. Ayılar haldan düşür, onlar heç nə yemir, qəfəslərdə zarıyır, sanki kömək istəyirlər.



Fermaya daxil olan dörd nəfər hərəsi bir qəfəsə yaxınlaşıb ayılardan öd çəkməyə başladılar. Öd kisəsinə dəmir boru daxil edilən ayıların gözü bərəlmişdi. Onlar dişlərini qıcıdıb zarıyırdılar. Gözətçi deyirdi ki, bu əməliyyat ayılar üçün çox ağrılıdır. Onlar hətta qorxudan özlərinə nəzarəti itirir, qəfəsi bulaşdırırlar. Mən öd çəkilən ayıların qarnında əvvəlcədən yarılmış dəliyi gördüm. Bu dəlikdən dəmir boru bir başa öd kisəsinə yeridilir. Dəliyin üstü yapışqanlı lentlə örtülmüşdü. Öd çəkənlər əvvəlcə bu lenti qoparır, sonra dəmir borunu rəhimsizcəsinə ayının öd kisəsinə yeridirdilər. Yaşıl rəngli öd plastik şlanqda görünəndə ayılar ağrının şiddətindən ağzı açıq vəziyyətdə qalır. Onların bütün bədəni titrəyir. Bir ayının öd kisəsinin boşaldılması üç saat davam edir. Ayıların səsi bütün ətrafda eşidilir. Mən gördüyüm səhnədən dəhşətə gəlmişdim. Ürəyim bulanırdı, başım gicəllənirdi. Bu hadisəyə heç cür bəraət qazandırmaq olmur.



Əməliyyat başa çatandan sonra ayılar pəncələri ilə qarınlarını sıxıb uzanırlar. Onların bədəni uzun müddət titrəməkdə davam edir. Gözlərindən yaş gəlir. Saat onda gözətçilərdən biri haray saldı ki, beşinci qəfəsdə hadisə baş verib. Mən özümdən ixtiyarsız olaraq həmin qəfəsə tərəf tələsdim. Ayılardan biri qarnındakı dəlikdən pəncəsini içəri salıb bağırsaqlarını çölə çıxarmışdı. Heyvan insanın onun başına gətirdiyi oyuna etiraz olaraq belə edirdi. Bütün qəfəs qana bürünmüşdü. Bu intihar səhnəsinə baxmaq çətin idi. Ömrümdə belə ağır səhnə görməmişdim. Gözətçilər əllərində balta və dəmir millər qəfəsə tərəf qaçırdılar. Ferma sahibi də gəlmişdi. Onlar ayı ölməzdən qabaq onun pəncələrini kəsmək qərarına gəlmişdilər. Çünki ölü ayının pəncəsinə pul verən yoxdur. Əgər ayının pəncəsi ayı diri ikən kəsilərsə bu pəncənin qiyməti çox böyükdür. Gördüyüm hadisələr ruhumu sarsıtdı. Əlimdən gələn yeganə iş bu barədə yazmaq, bilməyənlərə məlumat vermək idi. Ümid edirəm ki, bir gün dünya birliyi heyvanlara qarşı bu amansızlığa son qoyacaq... (movahedi)

Ayı fermalarında

Çin, Vyetnam və dünyanın bir sıra başqa ölkələrində böyük qazanc məqsədi ilə ayı fermaları fəaliyyət göstərir. Fermalarda əsas iş ayılardan öd çəkmək və bu ödü konservləşdirib xarici ölkələrə satmaqdır. Ayılardan ödü rahat çıxarmaq üçün adətən onları kiçik qəfəslərdə yerləşdirirlər. Belə qəfəslərdə ayı hərəkət edə bilmir, onun qarnını yarmaq, öd kisəsinə katetr salmaq asan olur. Çin fermalarında böyük qəfəslər də görmək olar. Amma ayılardan öd çəkmək üçün onlar gündə iki dəfə əməliyyat qəfəslərinə ötürülür. 10-12 il bu qəfəslərdə yaşamaq və öd əməliyyatına məruz qalmaq heyvanları ağılagəlməz vəziyyətə salır. Heyvanların mühafizəsi üzrə beynəlxalq cəmiyyət dünyada mövcud olan ayı fermalarında araşdırma üçün 11 mütəxəssis ayırıb. Mütəxəssislər öz hesabatlarında yazırlar ki, fermada saxlanan ayılar olduqca gərgin vəziyyətdədir, onlar öz bədənlərini, əl ayaqlarını gəmirirlər. Bu fermalarda ayı ölümləri çox olur. Ardıcıl öd əməliyyatlarından cana gəlmiş heyvanlarda müxtəlif xəstəliklər yaranır. Onlardan bəzilərinin tükü, bəzilərinin dişi tökülür. Öd üçün yararsız vəziyyətə gələn ayıların diri diri pəncələri kəsilir, ölmüş ayının dərisi götürülür.



Öd çıxarma əməliyyatını görməyən insan bunun heyvanlar üçün nə qədər ağrılı olduğunu təsəvvür edə bilməz. Ayının zarımasını, göz yaşlarını yalnız bu fermalarda görə bilərsiniz. Öd iki üsulla çıxarılır. Bəzi ayıların qarını yarıldıqdan sonra ödə açılan dəliyə katetr başlığı taxılır. Bu ayı üçün çox ağrılıdır. Gündə bir neçə dəfə katetr vasitəsilə ayıdan öd çəkilir. İkinci üsul tədricidir. Yəni ödə açılan dəlikdən 24 saat öd axır. Məhz bu üsulla öd çıxarma zamanı ölən ayılar çox olur. Hazırda Çində fermalarda 7600 ayı saxlanılır. Öd istehsalı üçün meşələrdə ayıların öldürülməsi halı da çoxdur. Bu hadisələri üst üstə gəldikdə hər il 10 mindən çox ayı öldürülür. İnkişaf etmiş ölkələrin tanınmış şəxsiyyətləri bu hadisəyə etiraz etsələr də ayı ödünün əsas müştəriləri də həmin ölkələrdir. Hazırda ayı ödünü əvəz edə biləcək bitki mənşəli pereparatlar üzərində iş gedir. Hazırda ildə 500 kq ayı ödü istifadə olunur. Bu rəsmi məlumatdır. Əslində isə 7 ton öd çıxarılır və ödün əsas hissəsi qeyri-zəruri məhsulların hazırlanmasına, hətta spritli içkilərin istehsalına sərf olunur. (iranspca)

Rus ayısının ağrıları

Müasir farmakalogiya sənayesi dərman pereparatlarının hazırlanması üçün lazım olan bütün komponentləri istehsal edir. Bu komponentlər arasında UDCA adlanan turşu tərkibli komponent də var. Ayı ödünün toplanmasında əsas məqsəd bu komponenti əldə etməkdir. Dünya boyu ayılara qarşı amansızlıqla Rusiyada da qarşılaşmağımız bir qədər təəccüblüdür. Çünki dünyadan fərqli olaraq Rusiyada ayı simvol kimi qəbul olunur. Bayraqlarda, gerblərdə güc rəmzi olaraq ayı təsvirini görə bilərik. Öz böyük beyni ilə ayı gözəl yaddaşa malikdir. Amma tamahkar insan daha çox pul barədə düşünür və bu baxımdan ayı onun üçün hədəfə çevrilir. 20-ci əsrdə Rusiyada da ayıların sayı sürətlə azalıb. Heç bir qanun və cəza brakonyerlərin qarşısını ala bilmir. Əslində isə bu vəhşiliyin qarşısını almaq üçün müştərilərlə mübarizə aparmaq lazımdır. Əgər alıcı varsa, ayı ödü, ayı pəncəsi, ayı dərisinə böyük pul sayılırsa brakonyerlər də öz işini görəcək.



Cənub-Şərqi Asiyada – Çin, Yaponiya, Tayvan, Cənubi Koreya, Vyetnamda qara bazarda ayı ödü böyük qiymətə malikdir. Şimali Amerikadan Honkonq bazarına gətirilən bir ayı ödü 3000 dollaradır. Bir satıcıda qurudulmuş öd 2-3 kq olur. Bu miqdarda öd toplamaq üçün ən azı 50 ayı öldürülür. Bu çirkin biznes sayəsində ildə 11 min qara Amerika ayısının ödü bazara çıxarılır. Rusiyada da vəziyyət ağrılıdır. Kamçatkada ayı ölümü ayı doğuşunu yeddi dəfə üstələyir. Rusiya-Çin sərhəddində bu bizneslə məşğul olan Koreya və Çin qaçaqmalçıları daim həbs olunur.

Ussuriya gömrükçüləri Ruisyadan 192 ayı ölüsü çıxarmaq istəyən Çin vətəndaşını saxlayıb. Çinli cinayətkarlara rus ovçuları kömək edir. Cənubi Koreya bazarında ayı başı, ayı dərisi, ayı pəncəsi, ayı ödü ağıla gəlməyən miqdardadır. Koreyanın özündə yalnız zooparkada ayı tapılır.



Ayıların sayının kəskin şəkildə azalması Çin hökumətini narahat etməyə başlayıb. Amma hökumətin məqsədi ayı ödü biznesinə qadağa qoymaq olmayıb. 1989-cu ildə qeyri qanuni öd satışını qadağan edən qanun qüvvəyə minib. Hökumət probelmi fermalar, donor ayılar vasitəsilə həll etməyə cəhd göstərib. 7000 mindən artıq ayının özündən kiçik qəfəslərdə on il saxlanılması hökumət tərəfindən rəsmiləşdirilib. Bu qəfəslərdə ayı illər uzunu qalxıb otura bilmir. Fermalarda öd çəkilməsində sanitariya qaydalarına əməl olunmadığından ayılarda xroniki infeksiyalar yaranır və ölüm sayı daim artır. Fermerlər adətən həkimlərin köməyi olmadan ayılara katetr yerləşdirir. Ferma sahibi müştəri olanda diri ayının pəncəsini kəsməyə hazırdır. Ayılar nə qədər ki, orqanizmində öd istehsal olunur fermada saxlanılır. Bu ayılar qış yuxusundan da məhrum edilib. Daimi hərəkətsizlik və daimi ağrı onların psixikasını korlayıb. Özünü dişləyən, bədəni daim əsən ayılar fermada çoxdur. Təbiətdə ayının ömrür 35 ildən çoxdur. Fermalarda isə ayı 10 12 ildən artıq yaşamır. Çin hökuməti rəsmiləri iddia edirlər ki, məhz rəsmi fermaların hesabına qeyri-qanuni ovun qarşısı alınıb. Əslində isə belə deyil. Ümumi öd istehsalı miqdarı fermalardakı öd istehsalını qat qat üstələyir. Öd artıqca bu nadir maddədən müxtəlif sahələrdə istifadə olunur. Tərkibində ayı ödü olan şampunlar, kremlər, likyorlar çox bahadır. Alıcı olduğundan ayı ödü istehsalı genişlənməkdədir. Çinlilər bu fikirdədir ki, təbiətdəki ayının ödü fermadakı ayının ödündən çox keyfiyyətlidir. Bu səbəbdən ovçuların əldə etdiyi öd daha yüksək qiymətə satılır. Ayı ödü istehsalının qarşısını almaq üçün ilk addım bütün dünya ölkələrində bu istehsalın qadağan olunmasıdır. (ursosan)


Nur-az.com


1766 بازدید
در حال ارسال اطلاعات...