Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Mart 2014

Hər yerdə yaxşı və...

Bəzən həyatda elə məqamlar yaranır ki, insan öz dini vəzifəsini yerinə yetirmək üçün həyatını riskə qoyur. Mövzuya qeyri-dini, sırf insani prizmadan baxdıqda belə nəzərdə tutulan hallar çoxdur. Əgər sən şahid olursansa ki, xəlvət bir küçədə bir neçə şərəfsiz yoldan ötən qıza söz atır, əl uzadır, nə etməlisən? Bu səhnəyə laqeyd qalan, bir gözünü yumub ötüb keçən insan nə inki mömin, hətta vicdanlı insan sayıla bilməz.

İki il əvvəl Tehranda belə bir səhnəyə şahid olan gənc Əli biganə qala bilmədi. Onun gözü qarşısında altı şərəfsiz qoluzorlu iki qızı zorla maşına əyləşdirmək istəyirdi. Mömin və fədakar gənc bu hadisənin yanından gözünü yumub keçə bilməzdi. O irəli getdi və...



İslam dinində vacib vəzifələrdən biri insanları yaxşıya dəvət edib, pisdən çəkindirmək (əmr be məruf və nəhy əz münkər) sayılır. Əgər bu günkü dünya əxlaqsızlıq və cinayət böhranı yaşayırsa bunun əsas səbəbi insanların məhz bu vəzifəyə əməl etməməsidir. Biz rastlaşdığımız qeyri-insani, cinayət xarakterli hadisələrin yanından biganəliklə ötüb keçirik. Nəticədə cəmiyyət hər gün əmin-amanlığını itirir, insanların şərəf və ləyaqəti, həyatı təhlükə altına düşür.
Şəhid Əli Xəlilinin Tehranda iki il əvvəl dii vəzifəsini yerinə yetirərkən bıçaqlanması məhz onun imanı ilə bağlı idi. İki il ölüm yatağında əzab çəkən bu gənc nə üçün bu addımı atması soruşulanda sevinclə deyirdi: "Mən həzrət Ağanın (Ayətullah Xameneinin) bir təbəssümü eşqinə irəli getdim." İki il öncə Nimeyi-şəban günü gecə saat 12-də iki yeniyetməni motoskillə evə çatdırmaq üçün yola çıxan Əli yolda altı qoluzorlunun iki xanımı zorla maşına əyləşdirmək istədiyni görür. Yanındakı yeniyetmələr çox gənc olduğundan irəli getmir. Əli onlara yaxınlaşıb bu işdən çəkinməyə dəvət edir. Bu zaman ona arxadan bıçaq zərbəsi endirilir. Bıçaq boyun nahiyəsindən daxil olub səs tellərinə qədər işləyir. Əli oradaca yerə yıxılır və həmin şəxslər qaçırlar. Əlinin yanındakı yeniyetmələrdən biri motoskillə onları izləyib maşının nömrəsini götürür. Əli yarım saat küçədə qalır. Nəhayət, iki sərnişinlə şimala hərəkət edən maşın dayanıb Əlini təcili yardım məntəqəsinə çatdırır. Həkimlərin qərarı bu olur ki, yaralı yarım saata mütəxəsis cərrahlar tərəfindən əməliyyat olunmasa həyatını itirəcək. Əlini 26 xəstəxanaya aparırlar. Vəziyyəti ağır olduğu üçün heç bir xəstəxanada onu qəbul etmirlər. Nəhayət sübh saat 5-də İrfan xəstəxanasında Əli cərrahiyyə stoluna çıxarılır. Maşın nömrəsi götürülmüş cinayətkarlar tapılır və həbsə alınır. Beş aydan sonra məhkəmə qurulur. Altı nəfərdən birinə üç il həbs verilir, qalan beş nəfər 60 qamçı zərbəsinə məhkum olunur. Amma həbs olunan şəxs də sənət girov qoymaqla azadlığa çıxır. Şəhid Xəlilinin cərrahiyyə əməliyyatı həmin dövrün səhiyyə naziri xanım Mərziyə Vəhid Dəstcerdi tərəfindən təşkil olunub və cərəhhaiyyə xərcləri ödənilib.



Həyatını təhlükəyə atan, ölümə doğru gedən insanın bu işi nə üçün görməsi çox mühümdür. Dünyada hər gün qətl hadisələri baş verir. Bu qətillərin arxasında çox vaxt tamahkarlıq məqsədi, sərxoşluq kimi amillər dayanır. Şəhid Xəlili əmin idi ki, o namus müdafiəsi yolunda bu addımı atıb. Təbii ki, dini baxımdan onun hərəkəti əmr be məruf adlandırıla bilər. Amma Əli belə demirdi. Deyidi ki, namusu qorumaq hər bir müsəlmana vacibdir və mən öz vəzifəmi yerinə yetirmişəm. İki il şəhid Xəlilinin yatağından uzaqlaşmayan mömin gənclər ondan maraqlı xatirələr danışır. Ondan soruşulanda ki, təkbaşına qoluzorlunun üstünə gedəndə nə düşünürdün? Belə cavab verir: "İnsanın Allahdan başqa arxası yoxdur. Mən onlara doğru gedəndə ümimi Allahdan qeyrisinə bağlamamışdım. Amma həzrət Ağanın bir təbəssümünə xatir bu işi görməyə dəyərdi." Əli iki gün öncə dünyasını dəyişdi. O 40 gün qabaq şəhadət çilləsi tutmuşdu. Dostları soruşurdu ki, şəhid olmaq istəyirsən? Səs telləri zədələndiyindən səsi asata və xırıltılı idi. Deyirdi ki, bəli, şəhid olmaq istəyiərm.
Ötən gün şəhid Əli Xəlilinin dəf mərasiminə on minlərlə insan qatılmışdı. Tehranda başqa ab-hava vardı. Müsəlman, qeyri-müsəlman, mömin, qeyri-mömin, bir sözlə bütün insanlar xalqın namusunu qorumaq üçün həyatından keçən bu insana özünü borclu bilirdi. Ağlamayan yox idi. O çox gənc idi, onun da arzuları vardı. Çalışqan tələbə kimi tanınmışdı, yeniyetmələr, uşaqlar üzərində böyük təsiri vardı. Sanki iki il dünya, eləcə də Tehran bu gəncdən xəbərsiz qalmışdı. Necə ola bilər ki, bir insan sənin namusuna görə iki il yataqda əzab çəksin, sənsə bundan xəbərsiz qalasan?! Dəfn mərasimində bir növ hamı öz borcunu qaytarmağa gəlmişdi. Bəsic, dindarlar, dəfn mərasimindən xəbər tutuna əksər tehranlılar, polislər, şəhid ailələri dəfn mərasimini zorakılığa qarşı aksiyaya çevirmişdilər.



Biganəlik hər zaman insanı hədələyir. Biganəlik ağır xəstəlikdir. Biganə insan bir gün dininə, səhəri gün vətəninə, o biri gün ailəsinə, sonda özünə biganə olur. Cəmiyyət mərhəmət və sevgi ilə çiçəklənir. Bu günkü dünyamızı zülm-sitəm ağuşuna atan əsas səbəb biganəlikdir. Həmin gecə şəhid Xəlili ilə olan dostları deyir ki, həmin gecə onu hansı xəstəxanaya aparırdıqsa əvvəlcə pul tələb edirdilər. Gecə saat 12-dən sübh 5-dək ağır qanaxma içində xəstəxanalarda gəzdirilən şəhid Xəliliyə bu münasibət əsrimizin bəlasıdır.
Hadisədən bir neçə gün öncə Rəhbər Ayətullah Xamenei öz çıxışında mömin gəncləri əmr be məruf və nəhy əz münkərə çağırmışdı. Əli öz rəhbərinin çağırışına ləbbeyk dedi. O nə dava saldı, nə təhqir etdi. Xoş dillə qoluzorluları bu hərəkətdən çəkindirmək istədi. Onun atdığı addımı heç bir əsasla qınamaq olmaz. Dəfn mərasimində dəfnə qatılanların əlində şüarlar var idi: "Ey dövlət nəhayət Əli şəhid oldu, addım at!"; "Şəhidlərin yolu açıqdır!"; "Doğru yola çağırış şəhidlərin yoludur!"; "Xəlilini vuranlar edam olunmalıdır".
Dəfnə qatılanların əksəri tələb edirdi ki, şəhid Xəlilini qətlə yetirənlər cəzalandırılmalıdır. Müxbirlə söhbətləşən xanımlardan biri göz yaşları içində deyirdi ki, əl-ələ verib məsullardan tələb etməliyik.
Höccətül-İslam Seyid Meysəm Mömini göz yaşları içində çıxış edir, Baqirul-ülum elm hövzəsinin tələbələri, Fatimeyi-Zəhra mərkəzinin bəsici (könüllüləri), dəfnə qatılanlar əzadarlıq edirdi. Mömini öz çıxışında dedi ki, bu şəhidin başı üzərində İmam-Zaman dayanıb, məsullar xalqın sözünü eşitsin! Hamı narazıdır ki, nə üçün mömin gənci bu vəziyyətə gətirənlər azadlıqdadır? Məsullardan birinin övladı bu vəziyyətə düşsəydi cinayətkar cəzasız qalardımı?! Qətlin qisası var və bu edamdır! Xalqın etirazına cavab olaraq höccətül-islam Siddiqi fars xəbər agentliyinə verdiyi müsahibədə deyib ki, şəhid Xəlilini vuranların yenidən mühakiməsinə göstəriş verilib.

Hadisə ilə bağlı müxtəlif təşkilatlar bəyanat yayıb. Bəyantlardan biri Hizbullah tərəfindən verilib. Hizbullah inqilabi tələbə Əli Xəlilinin tədrici şəhadətindən dolayı təqsikarları mühakimə edir. Bəyanatda həm də əmr be mərufdan dolayı həbsə düşənlərin azadlığı tələb olunur. Bəyanatda deyilir: "Şəhidlər və siddiqlərin Rəbbinin adı ilə. İmam Xomeyni buyururdu ki, şəhidin şəhadəti onun haqlı olması dəlilidir. Rəhbər buyurur ki, şəhadət müharibədən sonra hər kəsə nəsib olmayan dəyərli cəvahirdir. 30 ay qabaq 21 yaşlı Əli Xəlili öz dini vəzifəsini yerinə yetirərkən zorakılıqla vurulub. O da şiələrin anası Fatimeyi-Zəhra kimi dinin müdafiəsinə görə zərbə alıb. Öz vəzifəsinə əməl edən ruhani və tələbənin həbsə alınması halları da var. Bu daha çox ürək ağrıdır. Şəhid Əli Xəlilinin şəhadəti ümumilikdə Hizbullahın məzlumiyyətidir. İmam Xomeyni buyururdu ki, məsullar siz bəsicdən xəbərsiz qalsa cəhənnəmdə qalacaq. Bu işə görə məsuliyy