Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Mart 2014

İmam Zaman (əc) haradadır?

On ikinci Məsum İmam həzrət Mehdinin (əc) harada olması bu mövzuda ən çox gündəmə gələn sualdır. Xüsusilə gənclər bu barədə çox soruşur. Hər birimizin zehninə gəlir ki, İmam Zaman (əc) harada yaşayır? O yer adlanan planetdədir, yoxsa başqa bir aləmdə?

Əgər yerdə yaşayırsa, ünvanı haradadır? O da başqaları kimi hansısa şəhərdə məskunlaşıb, tanınmadan ömür sürür? Yoxsa onun həyatı qeyri-adidir? Həzrət gözə görünür, yoxsa yox? Əgər o fiziki baxımdan mövcuddursa, necə olur ki, gözə görünmür?

Bu qəbildən suallar çoxdur. Dini mənbələr bu barədə nə yazır? Şeyx Tusi "Kitabul-ğəybə" əsərində bu mövzuya işarə edir. Həzrət Mehdi (əc) İbn Məhzyara (Mazyar) buyurur: "Atam İmam Həsən Əskəri məndən əhd alıb ki, yaşamaq üçün qayalı dağları, quru və uzaq çölləri seçim." Belə rəvayətlərdən aydın olur ki, İmam (əc) insanların əli çatan yerdə deyil. O ağır bir həyat sürür. Onun yerindən kimsə xəbərdar deyil. İmamın yaşadığı məntəqə naməlumdur.

İkinci qrup rəvayətlərdə İmamın yaşadığı məntəqə haqqında danışılır. Əbu Bəsir deyir: İmam Baqir (ə) buyurur ki, İmamın qeybinin ünvanı var...

O cəmiyyət arasındadır, insanlarla ünsiyyəti var. Onun həyatı təbiidir, dini mərasimlərdə, həcdə iştirak edir. Amma kimsə onu tanımır. Həmişə belə olub və indi də belədir. Yəni bir şəxs insanlar arasında şəxsiyyəti bilinmədən ömür sürür. (Üsuli-Kafi, c. 1; səh. 340).

Bəzi rəvayətlərdə bildirilir ki, İmamın ətrafında 30 nəfər var, bu adamlar onu tənhalıqdan uzaq edir. Bəzi rəvayətlərə görə həzrətin Mədinədə evi var. Bir qrup şəxs tanınmadan onun ətrafındadır. Bu qəbil rəvayətlər "ünvanlı qeyb" qrupuna aid rəvayətlərdir. Bu rəvyaətlərə əsasən, İmam hamı kimi ömür sürür, sadəcə onu tanıyan yoxdur. Amma 30 nəfər mövuzsu qeyb fəlsəfəsinə uyğun gəlmir. Bu 30 nəfərin İmamı tanıması, onunla bir yerdə olması qeyb fəlsəfəsinə ziddir.

Başqa bir qrup rəvayətlər görə İmam Mədinə ətrafında dağda yaşayır. Əbdül Əla Ali Sam deyir: İmam Sadiqlə (ə) Mədinədən kənara çıxmışdıq. İmam bir dağa tərəf baxıb buyurdu: "Bu dağın adı var. Kiçik və böyük qeyb dövründə bu dağ yaxşı sığınacaqdır." (Dağın adı "Rəzəvi" kimi qeyd olunur).

Bir qrup rəvayətə əsasən İmam Zaman (əc) Məkkə ətrafında "Zi Tuva" adlanan bir yerdə yaşayır. İmamın elə həmin məntəqədə qiyam qaldıracağı bildirilir. İmam Baqir (ə) buyurur: "İmam Zaman (əc) üçün qeyb dövrü var." Sonra İmam (ə) Zi Tuva məntəqəsinə işarə edir. (Əl-Ğeybəti-Nemani).

Rəvayətlərdə İmamın zühur yeri, onun tərəfdarlarının toplaşacağı məkan haqqında da danışılır. Üçüncü qrup rəvayətlərdə İmamın olduğu yerin adı çəkilməsə də, onun cəmiyyət arasında yaşadığı bildirilir. İmam Sadiq (ə) buyurur: "Sahibul-əmr (İmam Zaman (əc)) Yusif peyğəmbərə bənzəyir. Allah Yusiflə necə etdisə öz Höccəti ilə də elə edəcək. Onun haqqı tapdanıb, bəzən tanınmadan onu sevənlərin evində olar. Allah icazə verənə qədər özünü tanıtdırmayacaq. Necə ki, Yusifə özünü tanıtdırmaq icazəsi verdi." (Əl-Ğeybəti-Nemani).

Əgər qəbul etsək ki, İmamın ətrafında kimlərsə var bu zaman qeyb ünvanlı qeyb olur. Sadəcə İmam tanınmadan cəmiyyətə qatılır.

Bu üç qrup rəvayəti necə dəyərləndirməliyik? Elmi araşdırmalardan belə bir qənaətə gəlmək olar ki, İmam adi həyat sürür. Onun müəyyən vaxtlarda Məkkə və Mədində olması mümkündür. Bəzi vaxtlarda adi həyat tərzi təhlükəli olduğundan İmamın (əc) cəmiyyətdən uzaqlaşması mümkündür. Olsun ki, elə bu baxımdan İmam Həsən Əskəri (ə) dağ və səhrada yaşamağı tövsiyə edir. Demək rəvayətlər arasında böyük ziddiyyət yoxdur və İmam (əc) tanınmadan həm cəmiyyət, həm də cəmiyyətdən kənarda yaşaya bilər.

Nur-az.com/Tebyan


1577 بازدید
در حال ارسال اطلاعات...