Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Mart 2014

Ayətullah Xamenei 10 sualı cavablandırdı

İmam Rizanın (ə) hərəmində çıxışından sonra Böyük Rəhbər Ayətullah Xamenei Müqavimət İqtisadiyyatı siyasəti ilə bağlı sualları cavablandırıb. On sualın cavabını diqqətinizə çatdırırıq:

Sual: Müqavimət İqtisadiyyatı nədir? Onun hansı mənfi və müsbət xüsusiyyətləri var?

Cənab Rəhbər:
Müqavimət İqtisadiyyatı məmləkətimizin ehtiyaclarına uyğun elmi normativ, modeldir. Bu özü elə müsbət cəhətdir. Amma təkcə bizim ölkəmizə aid deyil. Bu gün çox ölkələr son 20-30 ildə baş vermiş ictimai təlatüm və iqtisadi böhrandan sonra öz şəraitlərinə uyğun şəkildə belə bir ideya ardıncadırlar. Demək, bizim hazırkı işimiz başqa ölkələrdə də gündəmdədir...

Sual: “Daxildən müqavimət iqtisadiyyatı” dedikdə nəyi nəzərdə tutursunuz?

Cənab Rəhbər:
Bəli, bu iqtisadiyyat daxildən coşan iqtisadiyyatdır. Yəni məmləkətimizin öz potensialı, öz xalqımızdan qaynaqlanır. Bu nihalın, ağacın inkişafı ölkəmizin imkanlarından qidalanır.

Sual: Müqavimət İqtisadiyyatının daxildən qaynaqlanması öz iqtisadiyyatımızın mehvər götürülməsidir?

Cənab Rəhbər:
Yox, bu özünü mehvər götürmək deyil. Nəzərdə tutmuruq ki, öz iqtisadiyyatımızı mühasirəyə salaq, sərhədlərimizdə məhdudlaşdıraq. Müqavimət İqtisadiyyatı daxili potensialla dünyaya inteqrasiyadır. Müqavimət İqtisadiyyatı dünya iqtisadiyyatı ilə rabitədədir və iqtidarla ortaya çıxır. Demək, öz potensialından güc alır, amma özünü mehvər götürməyib. Bu nöqtələri ona görə qeyd edirəm ki, qərəzli, düşmən qələmlər, dillər, beyinlər belə bir təlqinə məşğuldur: Bunlar (İran) ölkə iqtisadiyyatını divara salmaq, məhdudlaşdırmaq istəyir!! Xalqımızı və məsullarımızı bu səadət yolundan saxlamaq üçün min bir təxribatçı təhlil verirlər. Mən ictimai fikri işıqlandırmaq üçün danışıram.

Sual: Müqavimət İqtisadiyyatı dövlət iqtisadiyyatıdır?

Cənab Rəhbər:
Müqavimət İqtisadiyyatı adı ilə təqdim olunan bu iqtisadiyyatın dayağı xalqdır. Yəni dövlət iqtisadiyyatı yox, xalq iqtisadiyyatıdır. Bu iqtisadiyyat xalqın iradəsi, xalqın sərmayəsi, xalqın iştirakı ilə həyata keçəcək. Ona görə dövlət iqtisadiyyatı deyil deyirik ki, dövlət bu layihəyə görə məsuliyyət daşımır. Dövlətin bu işdə məsuliyyəti proqramlaşdırma, zəmin yaratmaq, meydan açmaq, yol göstərmək, əl tutmaqdır. İqtisadi fəaliyyətlər isə xalqın əlindədir, xalqın ixtiyarındadır. Dövlət ümumi məsul olaraq nəzarət və kömək edir, yol göstərir. Bu layihədən sui-istifadə edib maliyyə fırıldağına əl atanların qarşısını dövlət almalıdır. Bu yöndə köməyə ehtiyacı olanlara əl tutmaq da dövlətin işidir. Demək, dövlət hazırlıq işləri görməli, şərait yaratmalıdır.
Digər tərəfdən qeyd etdik ki, bu iqtisadiyyatın elmi bünövrəsi var, yəni elmi nailiyyətlərdən yararlanır, ona arxalanır, elm mehvərində qurulur. Amma bu o demək deyil ki, bu iqtisadiyyat alimlərin ixtiyarındadır, yalnız onlar bu səhnədə rol oynayır. Belə deyil. Təcrübələr və məharətlər, texnoloqlar və sənətkarların təcrübə və məharəti bu iqtisadiyyatda müsbət rol oynaya bilər. Bu iqtisadiyyatın elmmehvər olması o demək deyil ki, uzun illər təcrübə əsasında böyük uğurlara imza atmış sənətkar və əkinçilərin təcrübəsinə ehtiyac yoxdur. Xeyr, onların bu işdə mühüm rolu var.

Sual: İqtisadi Müqavimət müstəvisində ədalət nədir?

Cənab Rəhbər:
Bu iqtisadiyyatda ədalət əsasdır. Yəni təkcə iqtisadi meyarlarla, məsələn milli gəlir, məcmu qazanc kimi parametrlərlə kifayətlənmək olmaz. Kapitalist sistemində, dünya iqtisadiyyatında olduğu kimi təkcə bu parametrlərin artması nəzərdə tutulmur. Çox vaxt bir ölkədə ümumi istehsal, milli gəlir göstəriciləri yüksəlsə də, həmin ölkədə insanlar acından ölür. Biz bunu qəbul etmirik. Müqavimət İqtisadiyyatında əsas meyar, prinsip ədalətdir, iqtisadi və ictimai ədalət. Amma dünyada mövcud olan elmi parametrlərə də etinasız deyilik. Yalnız ədalət əsasında həmin göstəricələr də nəzərə alacaq. Ədalət yoxsulluğu bölüşmək yox, milli istehsalı və sərvəti artırmaqdır.

Sual: Müqavimət İqtisadiyyatı ölkədəki cari iqtisadi problemləri həll edəcəkmi?

Cənab Rəhbər:
Dedik ki, ölkənin iqtisadi problemlərinin həlli üçün ən üstan yol Müqavimət İqtisadiyyatıdır – buna şübhə yox! Amma bu o demək deyil ki, ölkənin bütün mövcud problemləri əhatə ediləcək. Problemlərin bir hissəsi sanksiyalarala, bir hissəsi hansısa yanlış proqramlarla əlaqədir. Problemlər həmişə olub. Müqavimət İqtisadiyyatı iqtisadiyyatın bünövrəsini, infrastrukturları möhkəmləndirməkdir. Belə bir iqtisadiyyat istər sanksiyalar dövründə, istər başqa dövrləedə faydalıdır və xalqa kömək edəcək.

Sual: Haqqında şüar verdiyimiz Müqavimət İqtisadiyyatı reallaşa bilər, yoxsa bu utopiyadır?

Cənab Rəhbər:
Tam və qəti şəkildə reallaşa bilər. Nə üçün? Çünki potensial imkanlar var. Bu ölkə qeyri-adi daxili imkanlara malikdir. Bu o qədər aşkardır ki, səs-küylü statistikalara ehtiyac duyulmur.

Sual: Müqavimət İqtisadiyyatının reallaşmasına yol açan hansı potensial imkanlar var?

Cənab Rəhbər:
Ən böyük potensiallarımızdan biri insan potensialıdır. Bu çox böyük gücdür və böyük fürsət yaradır. 15-30 yaş arası insanlar əhalinin böyük hissəsini təşkil edir. Universitet təhsili almış on milyonlarla gəncimiz var. Ötən illərdə on milyonlarla gənc ali təhsilini müvəffəqiyyətlə başa vurub. Hazırda dörd milyon şagirdimiz ali təhsilə hazırlaşır. Əziz gənclər bilsin ki, bu say zalım şah rejimi dövründəkindən 25 dəfə çoxdur. Bu gün bu sayda ali təhsilli gənc və şagirdimiz var. Bundan əlavə milyonlarla təcrübə və məharət sahibi olan insanlarımız fəaliyyətdəsir. Müharibə zamanı ordunun köməyinə gələn bu zümrə idi. Qəbul etdirilmiş müharibədə ağrılarımızdan biri ali təhsil ocaqlarında fəaliyyətin dayanması, mühüm mərkəzlərin bombalanması, nəqliyyat və digər sahələrdə təchizatdan məhrumluq oldu. Özüm şahidəm ki, müharibə illərində Tehran və əyalətlərdən təcrübəli və məharətli insanların böyük əksəriyyəti cəbhəyə yollandı. Allahın tövfiqi ilə son vaxtlar meydana yeniləri gəlib. O zamankı gənclər bu gün yaşlaşsa da əvvəlki eşqlə səhnədədir. Müharibəyə eşqlə getmişdilər, bir qismi də şəhadət məqamına nail oldu. Bu məharət və təcrübə sahibləri müharibədə çox köməyi olan qəribə körpülər qurdular, sonradan yenidənqurma işləri apardılar, avtomobil sənayesi yaratdılar, yollar çəkdilər. Onlar bu gün də səhnədədirlər. Təhsilləri olmasa da, böyük təcrübə və məharətləri var. Onlar bəzən təhsilli insanlardan daha faydalı olurlar. Bu insanlar böyük qüvvədir. Kənd təsərrüfatında da, sənayedə də belə insanlar çalışır.
Böyük potensiallarımızdan biri təbii sərvətlərimizdir. Ötən ilki görüşümüzdə də dedik ki, bizim neft-qaz ehtiyatlarımız dünyada birincidir. Heç bir ölkədə İranda olan həcmdə neft və qaz ehtiyatları yoxdur. Neft və qaz ehtiyatlarının birlikdə həcmi İranı şərqdən qərbə dünyada birinci edib. Qaz kəşfiyyatında müəyyən edilib ki, qaz ehtiyatımız ötən ilki rəqəmlərdən ikiqat artıqdır. Bütün dünya işığı, istiliyi, rifahı, sənayeni enrji ilə qidalandırır. Ən böyük enerji mənbələrinə malikik. Ölkə ərazisi başdan-başa qızıl, əlvan metal yataqlarıdır. Ölkəmiz sənayenin anası sayılan daş kömür yataqları, qiymətli daşlar, metallarla zəngindir. Bu böyük potensialdır.
Başqa bir sərvətimiz İranın mühüm çoğrafi mövqedə yerləşməsidir. Gediş-gəlişdə olan 15 ölkə ilə qonşuyuq. Tranzit imkanları məmləkətimizə böyük imkanlar açır. Ərazimiz cənubdan azad sulara, şimaldan dənizə uzanır. Ətrafımızdakı ölkələrdə 370 milyon insan yaşayır. Bu əzəmətli cəmiyyətlə əlaqələr, qonşuluq ölkə iqtisadiyyatının çiçəklənməsinə böyük imkanlar yaradır. Bütün bunlar daxili bazardan əlavədir. Daxili bazarımız 75 milyonluq cəmiyyətə hesablanıb. Bu çox mühüm bazardır.
Başqa bir potensialımız infrastrukturlardır. Cihaz və proqram təminatı, “44-cü maddə” kimi mühüm saytlar, həyatyüklü qanunlar, eləcə də yollar və körpülər iqtisadi inkişaf üçün münasib zəminələrdir.

Sual: İqtisadi sanksiyalar qüvvədə ikən ölkənin potensial imkanlarından istifadə etmək mümkündür?

Cənab Rəhbər:
Kimsə deyə bilər ki, sanksiyalar olmasaydı mövcud imkanlardan yaxşı faydalanmaq olardı. Bu düzgün fikir deyil. Biz sanksiyalar şəraitində bəzi sahələrdə zirvə nöqtəsinə çatmışıq. Elm və texnologiya sahəsində uğurlarımız yaxşı nümunədir. Bu sahələrdə sanksiya indi də qüvvədədir. Dünyanın aparıcı elm mərkəzlərinin qapısı iranlı alim və tələbələrin üzünə bağlıdır. Amma biz nanotexnologiya, nüvə sənayesi, kök hüceyrə, müdafiə sənayesində, raket və sərnişinsiz təyyarələr istehsalında uğurlar qazandıq. Düşmənin gözü kor olsun! Nə üçün iqtisadiyyatda geri qalmalıyıq?! Bu qədər uğura imza atmışıqsa, əl-ələ verib iqtisadiyyatı da çiçəkləndirə bilərik. Gözləməyək ki, düşmən sanksiyaları nə vaxt ləğv edəcək. Cəhənnəm olsunlar! Baxaq görək özümüz nə edə bilərik.

Sual: Əgər Müqavimət İqtisadiyyatının həyata keçməsi mümkünsə, bunun üçün nə etmək lazımdır?

Cənab Rəhbər:
Əvvəla, məsullar milli istehsala kömək etməlidir. İqtisadi inkişafda milli istehsal mühüm halğadır. Əgər qanunla kömək etmək mümküncə qanun tənzimlənməlidir. Hüquqi yardıma ehtiyac varsa, bu yardım göstərilməlidir. İcraiyyə baxımından kömək lazımsa bu köməyi əsirgəməməlidirlər.
İkincisi, sərmayə sahibləri milli istehsala əhəmiyyət verməlidir. Yəni məhsuldarlıq artırılmalıdır. Bunun üçün bütün imkanlardan səmərəli istifadə edilməlidir. Sənətkar işini diqqətlə görməlidir. Həzrət Peyğəmbər (s) buyurur ki, Allah rəhm etsin işini diqqətlə yerinə yetirənə (رحم الله امرء عمل عملا فاتقنه). Sərmayədən maksimum faydalı istifadə etmək, istehsal xərcini aşağı endirmək lazımdır.
Sərmayədarlar istehsala başqa sahələrdən çox əhəmiyyət verməlidir. Ölkəmizdə qeyri-istehsal sahəsinə pul yatırıb böyük qazanc əldə edə biləcək insanlar var ki, ölkənin inkişafına xatir, az qazanclı istehsala sərmayə yatırıblar. Bu əməl sədəqədir, xeyir əməldir. İstər az, istər çox sərmayəsi olan istahsala pul yatırsın.
Xalq bütün sahələrdə milli istehsala çalışsın. Mən iki il öncə elə burada eyni mövzu üzərində dayandım. Deyilənə əməl edənlər oldu. Daxili istehsaldan istifadə mühümdür.
Əzizlərim! Siz xarici yox, İran istehsalı olan bir şey alanda iş yeri açmış olursunuz. İranlı sənətkarı vadar edirsiniz ki, öz işini ortaya qoysun. Daxildə istehsal olunan mal satılanda istehsalçı yenilik ardınca gedir, təlaş göstərir. Qədimdə, zalım rejim dövründə xarici maldan istifadə ənənəyə çevrilmişdi. Xarici mala maraqlı idilər. Bu ənənə aradan qaldırılmalıdır.

Nur-az.com