Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Aprel 2014

Müqavimət İqtisadiyyatının reallaşması üçün...

Müqavimət İqtisadiyyatı dünya imperializmi tərəfindən təzyiqlərlə üzləşmiş müsəlman ölkələri üçün zəruri bir siyasətdir. Bu iqtisadiyyatın reallaşması üçün on şərtə əməl olunmalıdır.

1.Müqavimət İqtisadiyyatının reallaşması üçün zəminələri tanımazdan öncə mövcud iqtisadiyyatın problemləri aydınlaşdırılmalıdır. Müqavimət İqtisadiyyatı üçün mərkəz, mehvər, bünövrə nədir? Bu sahədə çalışanlar öz biliklərini bölüşməlidirlər. Müqavimət İqtisadiyyatının həyata keçməsi üçün ayıq bir qərərgaha ehtiyac var. Elmi və təcrübi fəaliyyətlər üçün zəruri biliklərə yiyələnmək qaçılmazdır. Aparıcı qüvvə aktual mövzularla bağlı məlumatlandırılmalı, tam hazırlıqlı olmalıdır. Milli Təhlükəsizlik Şurası kimi qurumlar bu sahədə fəal qrupa hər tərəfli yardım göstərməlidir.

2. Müqavimət İqtisadiyyatının reallaşması istiqamətində fəaliyyətlərdə ölkənin və dünyanın iqtisadiyyatı araşdırılmalıdır. Bu iki mövzu aydın olmadan addım atmaq olmaz. Bu iki mövzunu əhatə etmək üçün iqtisadiyyatımızı hədələyən amilləri tanımalıyıq. Bilməliyik ki, iqtisadiyyatımız hansı müqavimət gücünə malikdir. Təzyiqlər qarşısında dayana biləcəkmi? Qərb iqtisadiyyatının öz meyarları var. Bizim də meyarlara ehtiyacımız var. Gənc mütəxəssislərimiz bu işin öhdəsindən gələ bilər.

3.İslam sevərlər, İslam qanununa bağlı insanlar, ümumiyyətlə bütün cəmiyyət üçün normativ həyat tərzi müəyyənləşməlidir. Müqavimət İqtisadiyyatını qəbul edənlər qəbul olunmuş həyat tərzinə səs verməlidir. Dövləti münasib şəkildə idarəçiliyə, xalqı münasib şəkildə həyat tərzinə sövq etmək lazımdır.

Milli gücü etimad, cihad ruhiyyəsi, haram tikədən çəkinmək zəruri həyat tərzinin üç əsasıdır. Müqavimət İqtisadiyyatı ardınca gedənlər bu üç prinsipə sadiq qalmalıdır. Dini dəyərlərə diqqət bu üç prinsipin həyata keçməsinə yardım edir. Xalq meydan savaşını daha yaxşı görür. İnformasiya savaşı, ideoloji savaş çoxlarının diqqətini çəkmir. Cihad ruhiyyəsini yüksəltmək sayəsində insanların gözünü açmaq olar. Rəvayətlərdə deyilir ki, meydan savaşında olmayan və ya qəlbində cihad hədisi zümzümə edilməyən insan həyatı tərk etmiş kimidir.

İnsanlarda fədakarlıq və cihad hissini oyatmaq lazımdır. Yalnız bu halda cəmiyyətdə biganəliyə son qoymaq olar. Rəsmi və qeyri-rəsmi təlim-tərbiyədə inqilabi ruhiyyəyə önəm verilməlidir. Nəzərdə tutduğumuz iqtisadiyyatın tələblərinə uyğun bir ruhiyyəyə ehtiyacımız var.

Təbii ki, Müqavimət İqtisadiyyatı fərd və cəmiyyətin mənəvi sərmayəsinə arxalanır. Mənəviyyat olmadan müqavimət göstərmək olmaz. Haram tikədən çəkinmək bir nümunədir. İstənilən bir həyat tərzində haram tikə, haqqın olmayanı yemək səni süquta aparır. Dilinə haram dəyən insan mübarizə və müqavimət səhnəsində xeyir verə bilməz. Haram tikə virus kimidir. O insanın immun sisteminin dağıdır.

Müqavimət İqtisadiyyatı xalq iqtisadiyyatıdır. Xalq hökmən səhnəyə daxil olmalıdır. Sələmçilərin, zəhmətsiz qazanc ardınca olanların qarşısında dayanmaq lazımdır. Mömin və yaradıcı gənclərə yol açılsa cəmiyyətdə böyük dəyişikliklər baş verər.

4.Təhsil sistemi Müqavimət İqtisadiyyatının tələbləri əsasında qurulmalıdır. Şagirdlər və tələbələr yaranmış tarixi şəraitin tələblərinə uyğun tərbiyə edilməlidir. Təəssüf ki bu sahədə böyük boşluq var. Görün Amerika nə edir? ABŞ müdafiə nazirliyi 400 səhifəlik bir kitabda ölkənin milli təhlükəsizliyi üçün zəruri nöqtələri sadalayır. Bu kitabı müəllimlər də oxuyur. Müəllimlərdən tələb olunur ki, kitabla bağlı şagirdlərə məlumat verilsin. Amerikanın qonşu

ölkələrdən təhlükəsi yoxdur. Bu ölkə özü başqaları üçün təhlükədir. Bununla belə təhsil sistemini elə qurub ki, yeniyetmə və gənclər öz ölkələrinin təhlükəsizliyinə önəm versinlər.

Bəs biz nə edirik? Bizim təhsil sistemimizdə şagird və tələbələr təhlükəsizliyimizə necə yanaşır? Aşağı siniflərdən başlayaraq təhsildə ölkənin taleyi yüklü təhlükəsizlik məsələsinə diqqət verilməlidir.

5.Ölçülü təbliğata ehiyacımız var. Rəsmi və qeyri-rəsmi informasiya şəbəkələrində xalq məlumatlandırılmalıdır. Müqəddəs Müdafiə illərində şəbəkələr bu işi bacardığı həddə yerinə yetirirdi. İnqilabdan zaman ötdükcə bir növ süstləşmə hiss olunur. Hansı ki internet, peyk şəbəkəsi kimi yeni imkanlar yaranıb.

6.Dəqiqləşdirilməlidir ki, mövcud iqtisadiyyatın müqavimət gücü hansı həddədir. Bu iqtisadiyyat dünyaya mesajını verəndə reaksiyalarla üzləşəcək. Ehtimal olunan böhranların qarşısında dayanmaq üçün önləyici tədbirlər görülməlidir. Xalqın dözümü nə həddədir? Boşluqlar doldurulmalı, müqavimət ruhiyyəsi yüksəldilməlidir.

7. Müqavimət İqtisadiyyatının uğuru xalqın yekdil iştirakındadır. Dövlətin bu sahədə addımlarını gözləmək lazım deyil. Taleyinə biganə olmayan xalq səhnəyə daxil olub iqtisadiyyata nəzarəti ələ almalıdır. Böhranla bağlı fürsəttələb insanlar faizlə pul verir, sələmçilikdən böyük qazanc götürürlər. Xalq səhnəyə girməsə dövlət bu fəlakətin qarşısını almaqda acizdir. Siz gənclərə yol açın. Gənclər səhnəyə daxil olsa çox böyük müsbət dəyişikliklərə şahid olacağıq.

İkinci Dünya Müharibəsi dövründə Amerikanın məşhur iqtisadiyyatçıları müdafiə nazirliyində layihələr yaradır, yaranmış böhrandan çıxış yolları axtarırdılar. Biz də xalqımızın imkanlarını növbəti dəfə araşdırmalıyıq. Bilməliyik ki, ağır gündə kim nə bacarır.

Olsun ki, Müqavimət İqtisadiyyatının uğuru üçün onun aparıcı şəxsləri fərdi şəkildə müəyyənləşməlidir. Yəni konkret bölgü aparılmalı, ideoloqlar, fəallar təyin edilməlidir. Universitet müəllimləri, hövzə ustadları, tələbələr və şagirdlər, geniş xalq kütləsi öz vəzifəsini bilməlidir.

8.Təbii ki, dövlət fəalları himayə etməlidir. Sənətkar və əkinçilər himayə olunsa onlar ağır gündə böyük dəstək ola bilər. Dövlət onların qarşısındakı maneələri aradan qaldırmasa xalqdan kömək gözləməyə dəyməz. Həzrət Əlinin (ə) Malik Əştərə məktubunda bu məsələ yetərincə işıqlandırılıb.

9.Potensial qüvvələri, beynəlxalq imkanları işə salmaq üçün diplomatik korpus fəal olmalıdır. Müqavimət İqtisadiyyatı dünya iqtisadiyyatı müstəvisində məna kəsb edir. Mövcud imkanları işə salmaq lazımdır. Dünya iqtisadiyyatında qloballaşma Müqavimət İqtisadiyyatına da yeni baxış tələb edir. Dünya iqtisadiyyatı miqyasında mütəxəssislərə ehtiyacımız var. Hamı üçün açıq, eləcə də qapalı layihələr hazırlanmalıdır. Başqa ölkələrin təcrübəsində istifadə etməliyik. Əksər ölkələr iqtisadi problemlə üzləşib. Əgər diplomatik korpus beynəlxalq təcrübəni əldə edib xalqın ixtiyarına versə bu çox faydalı olar.

10.Müqavimət İqtisadiyyatı mövzusu universitetlərdə, cəmiyyətdə ən isti mübahisə mövzusu olmalıdır. Məhz bu mübahisələr sayəsində xalqın iştirakı güclənir. Dininə bağlı, xalqını sevən iqtisadçı müəllimlərin fəaliyyətinə ehtiyac var.

Təbii ki yuxarıda sadalanan mövzular barədə daha ətraflı söhbətə ehtiyac var. Bizim dediklərimiz sadəcə oxucuda mövzu ilə bağlı təsəvvür yaratmaq məqsədi daşayırdı.

Doktor Adil Peyğami
Nur-az.com


1528 بازدید