Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Dəmir Gümbəz, yoxsa Kağız Gümbəz?

Yaxın Şərqdə İşğalçı İsrail rejimini müxtəlif müdafiə vasitələri ilə qorxudan çıxarmaq istəyən ABŞ buna nail ola bilmir. Üzərində uzun illlər işlənilmiş, milyardlarla vəsait xərclənmiş raketdən müdafiə sistemi Dəmir Gümbəz bu dəfə də ümidləri puça çıxarıb. Belə görünür ki, Qüdsü işğal etmiş rejim bu yararsız RƏM sisteminin adını dəyişməli olacaq.
Bu dəfə Dəmir Gümbəz özündən həyəcan siqnalı uydurub və nəzərdə tutulmuş səmada olmayan hədəfə iki raket buraxıb. Hadisənin mahiyyətindən xəbərsiz İsrail başçıları əvvəlcə ölkəyə hücum edildiyini düşünərək bunkerlərə qaçıb. Sonradan məlum olub ki, heç bir hücum baş verməyib və Dəmir Gümbəz “sarsaqlayıb”. Raketlər İlat qəsəbəsinə düşüb. Artıq rəsmi sionist mənbələri baş vermiş hadisəni təsdiqləyib. Hansı ki, bundan az öncə idiia edilirdi ki, raketlər Livan Hizbullahı tərəfindən atılıb. 0404 informasiya agentliyi Müqavimət Qüvvələri tərəfindən raket atılmadığını etiraf edib.
ABŞ söz vermişdi ki, bu gümbəz DƏMİR olacaq və İsraili bütün ehtimal olunan hücumlardan qoruyacaq. 2006-cı ildə 33 günlük İsrail-Livan müharibəsində məğlub olan sionistlər Dəmir Gümbəz yaratmaq fikrinə düşdülər. İsrail əvvəllər Arrov adlı uzaqmənzilli sistem qurmuşdu. 33 günlük müharibədə bu sistemin yararsızlığını görüb Dəmir Gümbəz layihəsini (İron Dome) həyata keçirdilər.
Dəmir Gümbəz müdafiə sistemini İsrailin Rafael hərbi sənaye müəssisəsi istehsal edib. Məqsəd işğal olunmuş torpaqları raket zərbələrindən qorumaq olub. Ordu komandanlığı iddia edirdi ki, bu sistem atılmış raketin yaşayış məskəni, yoxsa boş ərazilərə uçduğunu özü təyin edəcək. Onlar bir ay ərzində Qəzzədən atılmış 300 raketin 80 faizinin bu sistem tərəfindən vurulduğunu deyir. Sistem üç hissədən ibarətdir: raketi izləyən radar, nəzarət mərkəzi, cavab zərbəsi bölməsi. Dəmir Gümbəz ABŞ-ın Patriot sistemlərini əvəz etməli idi.
Dəmir Gümbəz 2007-ci ilin fevral ayında müdafiə nazirinin iştirakı ilə layihələndirilib, 2011-ci ilin mart ayında istifadəyə verilib. Sistem milyard avrodan çox xərc aparıb. Sionistlər sistemin səmərəliliyinə inanmadığından bu məbləğin bir hissəsini ABŞ ödəyib. Obama işğal olunmuş torpaqlara qeyri-qanuni səfəri zamanı Dəmir Gümbəzlə yaxından tanış olub.
24 saat fasiləsiz işğal olunmuş əraziləri hücumdan qorumalı olan Dəmir Gümbəzin yararsızlığı artıq kimsədə şübhə doğurmur. Bu sustem nəinki nəzərdə tutulmuş vəzifələrini yerinə yetirə bilmir, hətta özü bir təhlükəyə çevrilib.
Fələstin Müqavimət Qüvvələrinə qarşı 9 günlük müharibədə fələstinlilər ilk dəfə BARAN raketlərindən istifadə etdilər. Yaxın mənzilli FƏCR raketləri də İsraildə nəzərdə tutulmuş hədfələri vururdu. Hansı ki Dəmir Gümbəz məhz bu raketlərin qarşısını almaq üçün nəzərdə tutulmuşdu. Sübuta yetdi ki, Dəmir Gümbəz məhz BARAN raket komplekslərinin qarşısında acizdir. Hizbullahın yüksək dəqiqlikli raketləri, fələstinlilərin İran istehsalı olan SİCCİL, ŞAHAB, QƏDR, AŞUİRA raketləri Dəmir Gümbəzi kağız kimi yarıb işğalçıların başına ələnir.
İki il öncə İsrail yenidən bir-birinə qarışdı. Naməlum pilotsuz təyyarə İsrail səmasına daxil olub ölkənin mərkəzindəki Dimuna nüvə mərkəzinə yaxınlaşmışdı. Pilotsuz öz kəşfiyyat işini başa çatdırandan sonra vurulmuşdu. Artıq kəşfiyyat məlumatları pilotsuz təyyarəni qaldıran mərkəzə ötürülmüşdü. İsrail ərazisinə 300 km irəliləmiş pilotsuz İsrail strateji mərkəzləri üzərindən uçmuşdu. Sonradan Hizbullah lideri Seyid Həsən Nəsrullahın bəyanatından aydın oldu ki, İran istehsalı olan pilotsuz təyyarə Müqavimət Qüvvələri tərəfindən buraxılıb. 33 günlük müharibədə İsrailin əfsanəvi Merkava tanklarını külə döndərən Hizbullah pilotsuz təyyarə əməliyyatı ilə yeni fəslin başlanğıcını göstərdi. Ən maraqlı nöqtə bu idi ki, pilotsuz təyyarə Dəmir Gümbəzi yarıb keçsə də sistem heç bir müdaxilə qeydə almamışdı. Hazırda İsraili havadan təkcə HHQ, Dəmir Gümbəz yox, həm də ABŞ gəmiləri qoruyur. Daim dəqiqlikdən danışan ABŞ hərbçiləri də bu pilotsuzun göz qabağından necə ötüb-keçdiyini şərh edə bilmədi.
Pilotsuz təyyarənin adı ƏYYUB idi. ƏYYUB ABŞ və İsrail hərbi gəmilərinin başı üzərindən asanlıqla ötüb-keçmişdi. Hizbullah pilotsuzun hansı nöqtədən İsrailə daxil olduğunu şərh etmədi. Amma mütəxəssislər üç giriş nöqtəsi ehtimal edirdilər. Bütün işğal olunmuş əraziləri əhatə edən Dəmir Gümbəzi yarıb keçmiş ƏYYUB Dimuna nüvə mərkəzinə yaxınlaşmışdı. İsrail ordu qərargahı etiraf edib ki, pilotsuzu heç bir cihaz qeydə almayıb, onu keşikçilər adi gözlə görüb.
Hizbullah baş katibi bu pilotsuzun İran istehsalı olduğunu bildirdikdən sonra İsraili növbəti həyacan dalğası silkələdi. Sionist hərbçilər düşünürdü ki, adi pilotsuzu qeydə almayan Dəmir Gümbəz İranın ŞAHİD29, FƏTRUS kimi qurğuları qarşısında necə dayanacaq? İran sübuta yetirdi ki, növbəti dəfə raketlərlə təchiz olunmuş daha yüksək texnologiyalı pilotsuzun İsrailin əsas strateji nöqtələrinə zərbə endirməsi çətin olmayacaq. Müsəlmanlara qənim kəsilmiş bu işğalçı rejim regionda İranın vuran əli olan Hizbullah qarşısında həmişə acizdir.
İran pilotsuzunun tarixi səfəri və Dəmir Gümbəzin yanlış siqnal əsasında iki raket buraxması göstərdi ki, bu müdafiə sisteminin adını dəyişib “Kağız Gümbəz” qoymaq vaxtı çatıb.

Nur-az.com


1416 بازدید