Şrift ölçüsü:
A+
A
A-
Kr
02 Aprel 2014

Şəhidin məqamı

Rəvayətlərdə Allah-Taala şəhidlərə 7 xüsusiyyət əta edib:

1.Tökülən qanları günahlarının bağışlanmasına səbəb olar;
2.Başlarını behişt hurilərinin dizlərinə qoyarlar;
3.Behişt libasları ilə bəzənərlər;
4.Gözəl ətirlərlə ətirlənərlər;
5.Behiştdə öz yerlərini müşahidə edərlər;
6.Behiştdə onlara bütün yerləri gəzmək icazəsi verilər;
7.Pərdələr kənara çəkilər və Allah-Taala nəzər edər.

Peyğəmbər (s) bir nəfərin belə dua etdiyini eşidir: “Pərvərdigara, Səndən istənilən ən yaxşı duanı mənə əta et.” Peyğəmbər (s) buyurdu: “Əgər bu duan müstəcab olsa Allah yolunda şəhid olacaqsan.” (Mustədrək, c.2, səh. 243).

Rəvayətdə deyilir: Hər yaxşılıqdan üstün, daha üstün yaxşılıqdır. Amma bir insan şəhid olarsa, bundun üstünü təsəvvür edilməz. (Biharul-ənvar, c. 74, səh. 61).

Qiyamət günündə şəhidin şəfaət məqamı verilər. (Biharul-ənvar, c. 2, səh. 15).

İmam Sadiq (ə) buyurur: “Şəhidin bütün xətaları özlərinə göstərilər.” (Vəsailuş-şiə, c. 11, səh. 9).

Ön cəbhədə vuruşub şəhid olanların məqamları yüksək olar. (Mizanul-hikmət).

Şəhidlər behiştin məxsus qapısından varid olarlar.

Hamıdan öncə behiştə gedərlər.

Beşihtdə məxsus yerləri var. (Biharul-ənvar, c. 97, səh. 11).

Yalnız şəhidlərdir ki, arzu edərlər bir daha dünyaya gəlsinlər və yenə də şəhid olsunlar. (Kənzul-ummal, c. 4, səh. 290).

İmamlarımız (ə) şəhid olublar, bir çox peyğəmbərlər və onların ardıcılları da şəhid olublar.

Həzrət Əli (ə) çoxlu fəzilət sahibi olmasına baxmayaraq, şəhid olan vaxtı buyurdu: “Kəbənin Rəbbinə and oslun ki, feyzə çatdım.”
O birinci iman gətirən şəxs olub, təhlükəli vaxtda Peyğəmbərin (s) yerində yatıb, Peyğəmbərin (s) qardaşı oldu, yalnız onun evinin qapısı Peyğəmbər (s) məscidinə açılırdı, İmamların atası və həzrət Zəhranın (s) həyat yoldaşı idi, Xəndək günüdəki zərbəsi, səqəleyn ibadətindən üstün oldu. Amma göstərilən bu məqamlara baxmayaraq buyurmayıb: “Mən qazandım! (feyzə çatdım)”

Həzrət Əli (ə) Uhud müharibəsində şəhid olmadığı üçün çox narahat olmuşdu. Həmin vaxt, gələcəkdə şəhid olacağı haqda həzrət Peyğəmbərdən (s) müjdə alır.

Səxavətli, hünərli və elmli insan öz vücudunun bir hissəsi olan elm və hünərini əbədiləşdirir, lakiş şəhid isə özünü əbədiləşdirir. (Həmaseyi Hüseyni, c. 3, səh. 40).

Heyvanat aləmində ölü qoyunun heç bir dəyəri yoxdur, amma qoyun üzü qibləyə və Allahın adı ilə kəsilsə çox dəyərli olar.

Korlar görməyin nə olduğunu başa düşmədikləri kimi, həyatda yaşayanlar da şəhidləri dərk etmirlər.

Allah yolunda yaxşılıq etməyin savabı 700 bərabər və ya ondan çoxdur, bəs, Allah yolunda şəhid olmaq necədir?

Şəhid olmaq həyatın sonu deyil, başlanğıcıdır. Çoxlu insanlar həyatdan gediblər, lakin Allah yolunda şəhid olanlar diridirlər.

Şəhid olmaq məğlub olmaq və nəyi isə əldən vermək deyil, əksinə tapmaq və sahib olmaqdır.

Şəhid haqda həlak və ya xəsarət demək yolunu azanların təfəkkürüdür. İslah olunmalıdırlar.


Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



1021 بازدید