Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Peyğəmbər(s) hədisinə istehza edənin aqibəti

İmam Zeynəl-abidin (ə) buyurur: “Bilmirik insanlarla nə edək! İstəyirik bəzi şeyləri ki, həzrət Peyğəmbərdən (s) eşitmişik onlara deyək, amma mümkündür istehza edələr. Eyni zamanda da həqiqətləri deməmək də istəmirik!”
Zömrət ibn Məbəd deyir: Siz nə eşitmisiniz deyin!
Həzrət (ə) buyurur: “Bilirsiniz ki, Allah düşmənini tabuta qoyub qəbiristanlığa aparanda nə deyər?”
Zömrət deyir: Xeyr.
Həzrət Zeynəl-abidin (ə) buyurur: Onu aparanlara deyər: Eşitmirsiz? Allahın düşmənindən sizə şikayətim var. Bizi aldadıb qara günə saldı və nicat vermədi. Mənimlə dostluq edib, məni xar edənlərdən şikayətim var. Himayət etdiyim övladdan məni zəlil etdiyi üçün şikayətim var. Köhnə evimi təmir etdirdim, axırda digərləri sakin oldu. Mənə rəhm edin! Bu qədər tələsməyin!
Zömrət deyir: Ölü bu qədər yaxşı söhbət edə bilirsə, aparanların çiynində durub otura da bilər?
İmam (ə) buyurur: Pərvərdigara! Əgər Zömrət həzrət Peyğəmbərin (s) buyuruqlarını lağa qoyursa, ondan intiqam al!
Zömrət 40 gündən sonra ölür. Onun cənazəsinin kənarında olan qulamı dəfndən sonra İmamın (ə) hüzuruna gəlib oturur. İmam (ə) buyurur: “Haradan gəlirsən?”
Ərz edir: “Zömrətin dəfnindən. Üstünü torpaqlayandan sonra səsini eşitdim. Eynən həyatda olduğu vaxt kimi danışırdı. Deyirdi: Vay olsun sənə Zömrət ibn Məbəd! Bu gün bütün dostların səni xar etdi. Əbədi yerin olacaq cəhənnəmə yola salınırsan.”
İmam Zeynəl-abidin (ə) buyurur: “Hər kim ki, Peyğəmbərin (ə) hədisini istehza etsə, aqibəti budur.” (Kafi, 2/587).


Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com