Şrift ölçüsü:
A+
A
A-
Kr
04 Aprel 2014

Fatimə və Səhiheyn

Buxari və Müslimin Peyğəmbərdən Fatimeyi-Zəhra haqda nəql etdikləri hədislərə nəzər salın:

1. Səhih-Buxari, h: 3714:
"Fatimə canımın bir parçasıdır, onu qəzəbləndirən məni qəzəbləndirmişdir!"

2. Səhih-Müslim, h: 2449:
"Qızım (Fatimə) canımın bir parçasıdır, onu incidən hər bir şey məni incidər!"

3. Səhih-Buxari, h: 3711-3712:
"Fatimə (atasının vəfatından sonra) Peyğəmbərin hədiyyə verdiyi Fədək bağını istədi, Əbu Bəkr isə vermədi".

4. Səhih-Buxari, h: 3092-3093:
"Peyğəmbərin vəfatından sonra Fatimə öz irsini və atasının bağışladıqlarını istədi. Əbu Bəkr isə Peyğəmbərin "Biz (peyğəmbərlər) irs buraxmırıq" – dediyini söyləyib bundan boyun qaçırdı. Fatimə Əbu Bəkrə qəzəbləndi və ömrünün sonuna qədər onunla barışmadı".

5. Səhih-Müslim, h: 1759:
"Peyğəmbərin vəfatından sonra Fatimə öz irsini və atasının bağışladıqlarını istədi. Əbu Bəkr isə Peyğəmbərin "Biz (peyğəmbərlər) irs qoymuruq" – dediyini söyləyib Fatiməyə bir şey verməkdən imtina etdi. Fatimə Əbu Bəkrə qəzəbləndi, ömrünün sonuna qədər onunla küsülü qaldı və danışmadı".

6. Nəml surəsi, ayə 16:
"Süleyman (atası) Davud (peyğəmbərdən) irs apardı".


7. Səhih-Buxari, h: 4240; Səhih-Müslim, h: 1759:
"Əli Fatiməni gecə dəfn etdi və Əbu Bəkrə onun cənazə namazında iştirak etməyə icazə vermədi".

Düşünün: Fatiməni kim incitdi və bu davada onların hansı haqlı idi???


Nur-az.com


1422 بازدید