Şrift ölçüsü:
A+
A
A-
Kr
05 Aprel 2014

Vaşinqton (ABŞ) sakinləri ayaq altda

ABŞ dünyada yeganə ölkədir ki, onun paytaxt sakinlərinin səsvermə hüququ yoxdur

BMT İnsan Haqları Komitəsi öz dördüncü dövri hesabatında Amerikada insan haqlarının durumu ilə bağlı Ağ Evə xəbərdarlıq edib. Dövlətdən tələb olunub ki, Vaşinqton sakinlərinin seçki hüququnu tanısın və konqresdə Vaşinqtonun nümayəndəsinə yer verilsin.
BMT komitəsi vətəndaşlıq haqları və siyasi hüquqular maddəsinə istinad edərək Vaşinqton sakinlərinin hüquqlarının tapdanması ilə bağlı narahatlığını bildirib. Belə ki ABŞ konqresi və ABŞ senatında Vaşinqton sakinlərinin təmsilçisi yoxdur və bu istiqamətdə heç bir addım atılması nəzərdə tutulmur. BMT komitəsi ABŞ dövlətindən yazılı şəkilədə tələb edib ki, şəhər sakinlərinin seçki hüququ təmin edilməlidir.
Vaşiqtonun 646 min sakini seçki hüququndan, konqresdə təmsilçi hüququndan məhrumdur. “Hər vətəndaş bir səs” şüarı ilə ibtidai hüquqlqrını tələb edən, bu tələblə dəfələrlə aksiya keçirən Vaşiqton sakinlərinin səsini hələ ki eşidən yoxdur.
BMT-nin insan haqları bəyannaməsinin 25-ci maddəsi ABŞ dövləti tərəfindən də qəbul edilmiş hüquqular nəzərdə tutur. Qanuna əsasən hər bir vətəndaşın ölkənin taleyi ilə bağlı çıxarılan qanunlara münasibət bildirmək hüququ var. Vətəndaş konqresdəki nümayəndəsi vasitəsi ilə ölkənin siyasi həyatında iştirak edir. Bütün bunları nəzərə alan BMT İnsan Haqları Komitəsi Vaşinqton sakinlərinin hüquqlarının pozulması ilə bağlı AĞ Evə rəsmi etirazını bildirib.
Mütəxəssislər bu fikirdədir ki, Vaşinqton sakinlərinin hüquqlarının pozulması ölkədəki milli və irqi ayrıseçkiliklə bağlıdır. Vaşiqton əhalisinin 60 faizini, təqribən 400 min nəfərini Afrika mənşəli qaradərililər təşkil edir. Bu şəhər sakinlərinin səsvermə hüququna mal