Şrift ölçüsü:
A+
A
A-
Kr
09 Aprel 2014

Ərdəbilin cümə namazı – 21 mart (1 fərvərdin)

Birinci xütbə


بسم الله الرحمن الرحیم


الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. Allah-Taala təqva haqqında böyük sözlər buyurur. Quranda heç bir dəyər bu qədər vəsf olunmamışdır. Təqva haqqında buyurulanlardan biri budur ki, xeyir aqibət yalnız təqva ilə əldə olunur. (bax: Qəsəs, 83)

İlahi təqvaya dəvət

Əgər insan həyatda, işdə xeyir sonluq istəyirsə, bunun yeganə yolu təqvadır. Bəzi insanlar ömrü başa çatanda, dünyaya gözünü qapayanda, zaman və məkan ölçülərindən çıxanda onu məst etmiş bütün dünya uyuşdurucuları təsirdən düşür. Gözünü açıb həqiqəti görür. Öz əxlaqını, əməllərini olduğu kimi müşahidə edir. Əxlaq və əməlləri qarşısında təcəssüm edir, bütün bunlar alova çevrilir və onu mühasirəyə alır. Kəhf, 29: "Və de: “Haqq Rəbbinizdəndir. Kim istəyir inansın, kim də istəyir inanmasın (kafir olsun). Biz zalımlar üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri (dumanları) onları bürüyəcəkdir. (Cəhənnəmin qalın divarları zalımları əhatə edəcəkdir). Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis məskəndir!" Başqalarını aldadan, onların malını yeyən, xəyanət edən insanlar başdan ayağa od içində olar. Həzrət Zəhra (s) ömrünün sonlarında dua üçün əl açıb belə dedi: "İlahi, məni oda yox, Özünə tərəf apar."

Xanım Fatimə (s) bütün dövürlər üçün nümunədir

Qarşıda həzrət Zəhranın şəhadət günləri gəlir. Bu günlərdə cəmiyyətimizin məsumlardan öyüd götürməsinə daha çox ehtiyac var. Cəmiyyətimiz onların həyat tərzinə, rəftarlarına çox ehtiyaclıdır. Bu gün dünyada ideallar, nümunələr müharibəsi gedir. Xalqımıza yerdən göyədək nümunələr təklif olunur. Belə bir məqamda düzgün seçim üçün ağıla ehtiyac var. Allah-Taala xanım Zəhranı öz lütfü ilə yaradıb, bütün dövürlər üçün nümunə və ideal seçib. Xanım Zəhra zaman məhdudiyyətlərinin fövqündədir. Kimsə deyə bilməz ki, həzrət Zəhranın dövrü ötüb, bu gün başqa zamandır. Xanımın xütbələrinə baxın, görün ki, zamandan necə xəbərdardır. Məsumların isməti bununla bağlıdır ki, nəfs istəkləri, ictimai şərait, tarixi təbəddülatlar onları dəyişmir. Din tarixin cığırları ilə hərəkət etsə də tarixi şəraitlə məhdudlaşmır. Biz xanım Zəhranın (s) sorağına getməliyik. Bəşəriyyətin fəxri olan Peyğəmbər (s) qarşısında bütün varlıq aləmi baş əyir. Allahın əmridir ki, Zəhra qarşısında da təzim edilsin. Bu nə deməkdir? Quranda Peyğəmbərin məqamına işarə olunur. Nəcm, 8, 9: "Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi; (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu." Bu məqam aydınlaşdırılmalıdır. "Tədəlli" məqamı ilə "dunuvv" məqamı arasında fərq var. Dunuvv yaxın, tədəlli isə ali bəndəliyin zühur etdiyi yüksək məqamdır. Bu məqamın sahibi xanım Zəhra qarşısında təzim edirdi. Bu sadəcə atanın övlad qarşısında təvazösüdür? Peyğəmbər (s) ona görə Peyğəmbərdir ki, Allah tərəfindən nazil olan vəhylərlə hərəkət etsin. Ona təvazö əmri verilir. Nəcm, 3, 4: "O, könlü istəyəni (havadan) danışmır; Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir." Dünya bu barədə düşünməlidir. Burada nə sir var? Həzrət Peyğəmbər (s) həzrət Zəhra (s) qarşısında təvazö göstərir və başqalarını da bu işə çağırır. Bütün aləm Peyğəmbərin (s) qarşısında təvazö etdiyi zaman İmam Zaman (əc) buyurur ki, işdə mənim iqtida etdiyim şəxs anam Zəhradır. Rəvayətlərdə xanım Zəhranın məqamından ona görə çox danışılır ki, biz bu mövzuya adi yanaşmayaq. "Ziyarəte Camee Əimmətəl-mominin"də oxuyuruq ki, Allah özü sizin qəlbinizi ələ alıb, özü sizi tərbiyə edib. İmam Zaman buyurur ki, biz Allahın höccətiyiksə, anamız Zəhra bizim üçün höccətdir. Əgər biz yüksək məqama çatmasaq, soruşular ki, nə üçün ananız Zəhra çata bildi?! Həzrət Zəhra məhşər səhnəsinə zahiri batin, batini zahirindən aşkar olan qübbədə daxil olar. Bu qübbənin zahiri Allahın əfvi, batini mərhəmətidir. Xanım məhşər səhnəsinə daxil olanda başında tacla daxil olar. Bu tacı Allah onun başına qoyub. Bu tac ulduz kimi parlayar. 70 min mələk sağdan, 70 min mələk soldan xanımı müşayiət edər. Xanımın süvar olduğu dəvənin ipi bir şəxsin əlindədir ki, bu şəxs bütün aləmlərin mənəvi ruzi vasitəsidir. O bütün peyğəmbərlərə vəhy gətirmiş Cəbraildir. Xanımın miniyinin cilovunu o tutar. Məqsədimiz bu şəxsiyyətə yaxınlaşmaq, nəslimizi ona bənzətməkdir. Xanım Zəhra məhşər səhnəsinə daxil olanda behiştin qarşısında dayanar, içəri daxil olmaz. Allahdan nida gələr ki, nə üçün daxil olmursan? Xanım buyurar ki, nə qədər ki, mənim şiələrim gəlməyib, aşiqlərim gəlməyib behiştə daxil ola bilmərəm. Xanım elə bir şəfaət edər ki, bütün görənlər fatimilik, onun övladı olmağı arzu edər.
Qayıdaq günümüzə. Bu gün küçədə özünü xalqa göstərən qızlar və xanımların həzrət Zəhraya nə oxşarlığı var? Həzrət Zəhraya oxşamaq iftixardır, yoxsa liberal-demokratiya mədəniyyətinin üfunətli təfəkkürünə malik modellərə oxşamaq?!
Mədinədə bir qadın xanım Zəhranın görüşünə gəlir. Qadın deyir ki, onu əri göndərib və bilmək istəyir ki, o sizin şiələrdəndir, yoxsa yox? Xanım buyurur ki, əgər dediklərimizə əməl edirsə, qadağalarımıza tabe olursa, bizim şiələrdəndir, əks-təqdirdə yox! Xanımın sözünü ərinə çatdırından sonra kişi başına vurub ağlamağa başlayır. Deyir: "Bu sözdən belə çıxır ki, mən şiə deyiləm." Az qalır kişinin ürəyi dayansın. Qadın xanım Zəhranın yanına qayıdıb ərinin vəziyyətindən danışır. Xanım Zəhra burada belə buyurur: "Gərək qan ağlaya!" Bir daha əvvəlki sözləri təkrarlayır. Bunu da qeyd edir ki, əgər bizi sevsə, aşiqlərimizdən olsa, Allah onu paklayandan sonra behiştə gedər. Xanım hansı sifətlərdən paklanmağı şərh etmir. Məlum olan budur ki, axirətdə insan odla paklanır. Oddan ayaqqabı geyir ki, beyninədək ərisin. Bu ən kiçik əzabdır.

Əbədi idealın xüsusiyyətləri

Həzrət Zəhra bəşəriyyət üçün əbədi nümunədir. Təbii ki, əbədi nümunənin xüsusiyyətləri olmalıdır. Bu xüsusiyyətlərdən biri elmdir. Çünki cahilə tabe olmaq düzgün deyil. Başqa bir xüsusiyyət ismət və paklıqdır. Günahkarın ardınca getmək olmaz. Başqa bir xüsusiyyət gözəllikdir. Gözəllik cazibə yaradır, insanı özünə çəkir. Növbəti xüsusiyyət duyğular, mərhəmət və sevgidir. Bu dörd dəyər baxımından həzrət Zəhra zirvə nöqtədədir.
İmam Sadiq (ə) həzrət Zəhranın elmi ilə iftixar edərək buyurur: "Həzrət Fatimənin müshəfi (kitabı) əlimizdədir. Buna görə hamı bizə möhtacdır. Bizim kimsəyə ehtiyacımız yoxdur. Xanımın isməti haqqında bunu deyə bilərik ki, onun isməti Peyğəmbər tərəfindən imzalanmışdır." (ان الله یغضب لغضب فاطمه و یرضی لرضاها) Həzrət Peyğəmbər buyurur ki, dünyanın bütün gözəllikləri bir yerə toplansa və onun təcəssümü istənilsə, bu təcəssüm mənim övladım Zəhradır. Həzrət buyurur ki, Zəhra insan şəklində huridir. Xanımın şiələrlə mənəvi əlaqəsi elə bir həddədir ki, İmam Sadiq bir şəxsi günahdan çəkindirmək istəyəndə "belə etmə, anam Zəhra narahat olar", buyurur. Həmin şəxs deyir ki, dünyasını çoxdan dəyişmiş xanım onun əməllərindən necə xəbər tutur? Cavaba diqqət yetirin. Bu, şiənin başına qoyulmuş iftixar tacıdır. İmam Sadiq (ə) buyurur: "And olsun Allaha! Gördüyünüz bütün işlər anama çatdırılır və ona çox ağırdır." Nə üçün bəziləri cəmiyyətə diqqəti çəkəcək görkəmdə çıxır? Bu fitnə-fəsaddan, azğınlıqdan Allaha pənah aparıram. Muhəmməd, 31: "(Ey möminlər!) And olsun ki, Biz içərinizdəki mücahidləri və (əziyyətlərə) səbr edənləri ayırd edib bilmək (ümmətə məlum etmək) üçün sizi imtahana çəkəcək və sizə dair xəbərləri (əməllərinizi) də yoxlayacağıq. (Elə edəcəyik ki, Allahın sizin barənizdə əzəldən bildikləri – kimin həqiqi, kimin yalançı mömin olduğu zahirə çıxıb Onun bütün bəndələrinə bəlli olsun!)" Bəli, bütün xəbərlər yerinə çatır.

Nümunəyə çatmaq üçün hərəkət

Bəs həzrət Zəhranın hansı xüsusiyyətindən başlamalıyıq? Xülasə şəkildə üç nöqtəni nəzərinizə çatdırıram.
Biri iffət və həya, hicab, müxalif cinslə münasibətdə məhdudiyyətdir. Bu barədə nə desəm, xanım Zəhranın buyuruqlarına çatmayacaq. Dünya Onun sözü qabağında itaətsizlik göstərsə də vaxt gələcək ki, hamının başı daşa dəyəcək və xanım Zəhranın buyuruqlarına üz tutacaqlar.
İkinci nöqtə xanım Zəhranın sadəliyidir. Sadə həyat tərzi, dəbdəbəçilikdən uzaqlıq bu gün çox ehtiyac duyduğumuz xüsusiyyətdir.
Üçüncü xüsusiyyət vilayətin müdafiəsidir. Bu gün qərb tez-tez yeni nümunələr təqdim edir. Geyiminiz belə olsun, saçınız belə olsun, yerişiniz belə olsun, məclisləriniz belə olsun - deyirlər. Mübahisə bundadır ki, qadının şəxsiyyətində təyinedici nədir? Qərb qəti şəkildə ortaya qoyub ki, qadının şəxsiyyəti onun cazibəsindədir. Qadın soyunmaqla olsa belə diqqəti cəzb etməlidir!! Dinimiz bunu qəbul etmir. Xanım cazibə istəyirsə, hicaba diqqət yetirməlidir. Göz qarşısında olan, əl çatan heç bir şey cazibəli deyil. Libasını soyunan, həyasını çölə atan insan özünü dəyərdən salır. Həzrət buyurur ki, bu vəziyyətdə insan həyasını itirir, onda məlahət qalmır. Həyasını itirmiş qadın duzsuz xörək kimidir. Bu xanımın təbiridir. Gözəl təbirdir. Xörək nə qədər gözəl olsa, duzu olmayanda insanı çəkməz. Qərb üstümüzə hücuma keçib, hicaba aşağılayıcı adlar qoyurlar. Onu parçadan həbsxana adlandırırlar. Hicab həbsxanadır, yoxsa eşq kəməndi?! Allah öz qeyrəti ilə fahişəliyi haram buyurur. Çünki bəndəsinin qeyrətini çəkir. İstəmir ki, insan kiçilsin, ayaq altda qalsın. Əgər qadın izdivacsız, nikahsız cinsi həyata başlayarsa, onun şəxsiyyəti məhv olar. Qərb düşüncəli professorlar xarici şəbəkələrin təsiri altında mövzuya belə yanaşırlar ki, hazır süd almaq mümkünsə, nə üçün inək saxlayıb, bu qədər pul xərcləməli, əziyyət çəkməliyəm?! Pərvərdigara, bu bənzətmədən sənə pənah aparıram! İnsanın şəxsiyyətini bundan da aşağı necə salmaq olar?! Quldarlıq necə modernləşir! Müasir cahiliyyət tarixi cahiliyyəti necə ötüb keçir! Bizim qərblə fikir ayrılığımız bu mövzudan dolayıdır.
Əzizlərim! Ailə qurmaq üçün ləyaqətli, sağlam nəslin bünövrəsini qoya biləcək xanım seçin. Bu barədə gözəl məsəllər var. Deyirlər ki, nəsil ağacını hər yerdə əkməyin. Bəzən ailə qurmaq üçün elə bir qapıya gedirsiniz ki, nəslinizi zaya çıxarırsınız. Günaha batan qadın başa düşürmü ki, nəslinə necə zülm edir?! Nə üçün zinadan doğulanla şübhəli doğulmuş arasında fərq qoyulub? Nə üçün zinadan doğulan ali məqamlardan məhrum sayılır? Çünki zina Allah qarşısında qiyamdır. Bu səbəbdən müqəddəs şəriət zinadan doğulan insanı ali məqamlardan məhrum edir. Həyat yoldaşı seçəndə meyarınız nədir? Elə bir xanımla ailə qurun ki, körpəyə süd verəndə dəstəmaz alsın. Xanım namaz qılmırsa, dəstəmazdan danışmağa dəyməz. Bu xanımın dünyaya gətirdiyi körpəni cəmiyyətə layiq tərbiyə edə biləcəksinizmi?! Qadının məharəti övlad tərbiyəsindədir. Dünya malı toplamaqda yox. Xanım Fatimənin dünya qadınlarına tövsiyəsi analıq vəzifəsinin layiqincə icrasıdır.
Xanım Zəhraya bənzəmək istəyən qadın yadda saxlamalıdır ki, xanım necə dəfn olunacağından nigaran idi. O vəsiyyət etdi ki, cənazəsini gecə dəfn etsinlər və kimsə görməsin. Ona dedilər ki, cənazənin görünməsinin qarşısını alan tabut deyilən bir şey var. Xanım ölümündən qabaq tabut hazırladı. Bu gün günün günorta vaxtı ac canavarların ac gözləri qarşısına kamil hicabsız çıxan qadın həzrət Zəhranın vilayətindən xaric olmayıb?! Həm xanım Zəhranı istəyirsiniz, həm də ona layiq olmayan rəftarları. Əhzab, 3: " Allah bir adamın sinəsində (daxilində) iki ürək yaratmamışdır..."
Mənim bacım! Sənin geydiyin libasın dili var, danışır. Allah-Taala buyurur ki, sözü gözəl olan libas geyin. Allahın istəyi budur ki, əyninə geydiyin libasın cəmiyyətə sözü iffət olsun. İffətli libas qadını təcavüzdən qoruyur. Başqa libaslar baxanlarda pis fikir yaradır. Bu barədə Şəhriyar gözəl deyib: "Qadın öz geyimi ilə deyir ki, mən iffət və həya məmləkətinin sultanıyam..."
İnşaallah, nəslimiz Fatimə nəsli olar!

İkinci xütbə

اعوذبالله من الشیطان الرجیم
بسم الله الرحمن الرحیم

Yalnız təqvalıların əməli qəbuldur


Özümü və əzizləri ilahi təqvaya dəvət edirəm.
Allah-Taala buyurur: (Ya Rəsulum!) Onlara Adəmin iki oğlunun əhvalatını olduğu kimi söylə. Onlar qurban gətirdikləri zaman birinin qurbanı qəbul edilmiş, digərininki isə qəbul olunmamışdı. (Qurbanı qəbul olunmayan Qabil qardaşı Habilə) demişdi: “Səni mütləq öldürəcəyəm! (Habil ona) belə cavab vermişdi: “Allah yalnız müttəqilərdən (qurban) qəbul edər!" (Maidə, 27). Allah-Taala əməllərin qəbulu üçün meyar göstərir. Bildirir ki, yalnız təqva əhlinin əməllərini qəbul edər. Bu ayə Qurani-Kərimin əsas ayələrindəndir. Bəziləri düşünür ki, çox ağlamaq əməllərin qəbulu nişanəsidir. Amma belə deyil. Əməllərin qəbulu üçün şərt təqvadır. Çoxları ağlayır, gözüyaşlıdır, amma naməhrəmlə rastlaşanda gözünü qoruya bilmir. Bəziləri düşünür ki, meyar ibadətdir və çox ibadət edirlər. Amma çox ibadət edənlər arasında elələri var ki, əli beytül-mala çatanda hər şeyi yaddan çıxarır. Bəziləri xeyriyyəçilik edir. Bu da meyar deyil. Çox xeyirxah bir adam günaha şərait yarananda özünü cilovlaya bilmir. Nə qədər düşünsəniz, günahın qarşısını alacaq şeyin yalnız təqva olduğunu görəcəksiniz. Allah bunu meyar təyin edib. Təqvalı insanın da meyilləri var, günaha yolu açıqdır. Amma o çox həssasdır, qəflətdən tez oyanır. Əraf, 201: "Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar." Bəli, bəzi insanların namaz və həcc kimi əməlləri təqvasızlıq səbəbindən puç olub gedər. İmam Baqir (ə) buyurur: "Qiyamət günü qarşısında ağ və parlaq libas kimi nurla gələn dəstə olar. (Bu nur həmin əməllərdir). Əməllərə əmr olunar ki, toz zərrələrinə çevrilsinlər. (Bütün əməllər toza çevrilər). Sonra buyurular ki, bu insanlar namaz qılıb oruc tutdular, amma haramla rastlaşanda günaha yol verdilər."

12 fərvədin böyük milli və dini bayramdır

Əzizlər! Həzrət İmam (r) 12 fərvərdin haqqında buyurub ki, bu gün bizim üçün böyük dini və milli bayramdır, xalqımız bu günü bayram etsin. Bu gün çox əzəmətli gündür, bu gündə cumhuriyyətimizin forma və məzmunu təyin olunub. Forması respublikadır, mahiyyəti İslam. Həzrət İmam (r) İnqilabdan iki ay ötməmiş xalqı seçkilərə dəvət etdi və buyurdu ki, istədiyinizi seçin. Dünyada görünməyib ki, bir hökumət 98 faizdən artıq səs qazansın.

Xalqın səsi böyük tarixi sənəddir

Həmin vaxt bəziləri deyirdi ki, seçkilər keçirmək tezdir, cəmi 50 gündür inqilab qələbə qazanıb. Amma İmam (r) idarəçiliyin xalqa məxsus olduğunu buyurub, xalqın öz taleyini təyin etməsini istədi. İmama dedilər ki, axı siz inqilab şurası yaratmısınız. Yenə cavabı mənfi oldu. Dedilər ki, xalq sizi qəbul edib və siz İslam Respublikası elan etsəniz hamı razı qalacaq. Belə bir vəziyyətdə seçkiyə, referenduma ehtiyac olmadığını dedilər. Amma İmam mövqeyini dəyişmədi, buyurdu ki, xalq referenduma gedib qərar çıxarmalıdır. Referendum keçirildi və tarixi bir sənəd əldə olundu.

"Cümhuriyyət" qeydi

Əzizlər! Müsəlman gənc, xüsusilə iranlı gənclər dərk etməlidir ki, nə üçün cümhuriyyət sözü İslam sözü kənarında yer aldı. Ümumiyyətlə cümhuriyyətlə İslam bir araya sığırmı? Gürcüstanda nümayiş keçirildi və dedilər ki, demokratiya ilə din bir araya sığmır, ölkə ya demokratik olmalıdır, ya da dini. Dedilər ki, biz azadıq və demokratik quruluşu seçirik. Xalqı beləcə yoldan azdırdılar. Məgər demokratiya qarşısında şərt qoymaq olar?! Deyirlər ki, əgər demokratiya sözü qabağında İslam varsa, onda demokratiyadan danışmağa dəyməz. Dəlilləri budur ki, İslam gələndə artıq seçki keçirilmir.
İslam və üsul-idarəmizin gözəlliyi bundadır ki, demokratiyanı İslamın kənarında qəbul edir. Bunun mənası nədir? Bu mövzunu aydınlaşdırmalıyıq. Əgər demokratiya İslamla şərtlənməsə, az canavarları rəsmi şəkildə sürüyə buraxmış oluruq. İslam Respublikası ilk dəfə dini hökuməti dini demokratiya ilə bir araya gətirib insan ləyaqəti və insan haqlarını qorudu. Demokratiya qarşısında iki şərt qoyuruq: Məsullar üçün və vətəndaşlıq hüquqları üçün.
İslam Respublikası deyir ki, biz hər şeyi seçkinin öhdəsinə buraxa bilmərik. Hakim seçirik, amma seçkidə onun ədalətinə göz yuma bilmərik. Ədalət, ləyaqət, iffət və həya, hicab seçkiyə çıxarıla bilməz. Bütün bunlar insan həyatının zərurətlərindəndir. Seçilən insana cəmiyyətin taleyi tapşırılır. Bu şəxs ədalətli, sadiq, şücaətli, alim və bəsirətli olmalıdır. Əgər bu xüsusiyyətlər nəzərə alınmadan hər şey seçkinin ixtiyarına verilsə, xalq qumarbazı prezident seçər. İranda iş başına gələn Rzaxan Ərdəbildə on minlik dəstəyə başçılıq edənin mehtəri idi. Bu şəxsi gətirib ölkəyə başçı qoydular. Həmin vaxt bir şeir də məhşur idi: Zaman keçir hər şey dəyişir, mehtər İrana başçı olur!!
Ərdəbildə İbrahimabad körpüsünün altında Rzaxan qumar oynayırdı. Tərəflər arasında dava düşür, Meyvəçi Tapdıq deyilən şəxs bıçağı çıxarıb Rzaxanın üzünə çəkir. Nə vaxt Ərdəbilə gəlibsə, həmin Meyvəçi qaçıb gizlənib. Biz bu şəxsi özümüzə başçı seçmişdik!
Necə olur ki, Hitler, Səddam, Buş, Reyqan, Klinton, Fəhəd kimi dəhşətli varlıqlar iş başına gəlir?! Bu insanlar nə qədər qan axıdıb! Allah buyurandı ki, işi şuraya tapşırın, nəzərdə tutmayıb ki, namazı, namazın neçə rəkət olmasını şura təyin etsin. Hakim, başçı sədaqətli olmalıdır. Əgər bu mövzuları seçkiyə buraxsaq, cəmiyyətin fatihəsi oxunmuş olar. Muminun, 71: "Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət (və Peyğəmbər öz qövmlərindən olduğu üçün şərəf olan Quranı) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən (və şərəflərindən) üz döndərirlər." Bu ayəni qızıl suyu ilə yazmaq lazımdır. Rəis əmanətdar olmalıdır. Allah-Taala həzrət Musanın Fironun sorağına göndərdi. Əmr olundu ki, Firondan insanlar üzərindən hakimiyyəti tələb etsin. Duxan, 18: "(O demişdi: ) “Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mötəbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm!"
İnsanların ilk ehtiyacı sağlam tərbiyə mühitidir. Bu mühitdə sağlam övladlar tərbiyə olunur. Firon və fironçuların hakimiyyəti arltında belə bir mühit ola bilərmi?! Həzrət Yusif xəzinənin məsuliyyətini öhdəsinə götürmək istəyəndə əmanətdar olduğunu dilə gətirir. Yusuf, 55: "(Yusif) dedi: “Məni bu yerin (Misirin) xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyanam, (işləri idarə etməyi) bilənəm!" İndi Rəhbərdən başlamış prezident, nazirlər, sadə fəhləyədək təsəvvür edək. Bu sırada sadə fəhlə də sədaqətli olmalıdır. Həzrət Şüeyb xidmətçi götürmək istəyəndə qızı ona deyir ki, əmanətdar olduğu üçün Musanı seçsin. Bildirir ki, bizimlə gələndə qabaqda gedirdi ki, bizi görməsin. Bir insan başqalarının namusuna göz diksə, başçı ola bilərmi?! Qəsəs, 26: "(O iki qızın) biri dedi: “Atacan! Onu muzdla (çoban) tut, çünki bu güclü, etibarlı adam (indiyə qədər) muzdla tutduqlarının ən yaxşısıdır!”"
Həzrət Şüeyb Musanın əmanətdar olduğunu görüb qızını ona ərə verir. Demək izdivacda da əmanətdarlıq, sədaqət şərtdir. Zifaf gecəsi müstəhəbdir ki, oğlan bir əli ilə qızın saçından tutub o biri əlini dua üçün açsın və desin: "Pərvərdigara bu xanımı ata-anası yox, Səndən əmanət götürürəm." Bu mövzular aydınlaşdırılası böyük mövzulardır.

Din kafir və fitnəkarlara səs verməyi yasaqlayır

Dinimiz icazə vermir ki, fasiq, günahkar insana səs verək. Kafirə səs vermək olmaz. Elə bir insana səs verməməliyik ki, qadınların hicabına qadağa qoymaqla namusu tapdalasın. Həzrət Peyğəmbər (s) görür ki, əsir götürülmüş qadın hicabsızdır. Əynindən əbasını çıxarıb xanıma verir ki, örtünsün. Əgər məmləkəti atasının evinə çevirəcək birini başçı seçsək və vəzifələr satılsa, bu ölkədə hansı əmanətdarlıqdan danışmaq olar?! Nisa, 58: "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir. Həqiqətən, Allahın bununla (belə bir tapşırıqla) sizə verdiyi öyüd necə də gözəldir! Əlbəttə, Allah (hər şeyi) eşidəndir, görəndir!"
İslam Respublikası bu sahədə böyük uğura imza atıb, xalqın işini özünə tapşırıb, prinspial məsələlərdə, xüsusilə məsulların xüsusiyyəti, vətəndaşlıq aktlarında dini prinsipləri əsas götürüb. Hazırda ölkəmizdə Rəhbərdən kənd şurasına qədər xalq tərəfindən seçilir. Amma nəzərdə tutulmuş əsas prinsiplər toxunulmaz qalır, bu sahədə seçim yoxdur. Bizim dinimiz zorakılıq dini deyil. Həzrət Əli (ə) buyurur ki, əgər bir yerə toplansanız, hakimiyyəti qəbul edirəm, toplanmasanız qəbul etmirəm. (Nəhcül-bəlağə, xütbə 3).

İslam Respublikası modeli dövrümüzdə yeni modeldir

İslam Respublikası əsrimizdə yeni bir modeldir. Əzizlər, dünyaya laik, dinsiz dövlətçilik hakim olub. Dini kənara qoyub hökm çıxarırlar. Deyirlər ki, dinin yeri məscid, qəbiristanlıq, əzadarlıq mərasimləridir. Allahın yerini məsciddə, İmam Hüseynin yerini hüseyniyyədə görürlər. Allaha ibadət etməliyik, itaət yox!! Neçə yüz ildir dünyaya bu model hakimlik edir. Böyük cinayətkarlar yetişdirilib, böyük cinayətlər baş verir. Biz hökumət Quranda dünyada mövcud sistem bizə qarşı qalxdı. Dedilər ki, dini hökumət qurmaq olmaz. Bəhanələri bu oldu ki, dini hökumət quranda dinin müqəddəsliyi məhv olur. Din məsciddə qalsa müqəddəs olar!!

Azərbaycanda laik hökumət

Azərbaycan Respublikasının populyar proqramlarından birinin aparıcısı vəhabilərin cinayətlərini göstərib deyir ki, din və ruhanini qəbiristanlıqdan çıxarıb ictimai səhnəyə gətirəndə, ona tribuna verəndə belə terrorçular yetişir. Bu aparıcı özü seyiddir. O Quranı, Peyğəmbər və Əhli-beyti aşağılayıb. Şuəra, 10: "(Ya Rəsulum!) Yadına gətir ki, bir zaman Rəbbin Musaya belə buyurmuşdu: “Get o zalım tayfanın yanına." Bəli, Allah Musanı qəbiristanlığa yox, Fironun üstünə göndərdi. Vəhabilərin tövhidi qəbiristanlıqda, bizim tövhidimiz qəsrlərdədir. Çünki Allah qəbiristanlıq yox, qəsrlərin üstünə getməyi əmr edir. Fatir, 22: "Dirilərlə ölülər də eyni deyillər! (Bütün bunlar kimi kafirlə mömin, küfrlə iman, Cəhənnəmlə Cənnət, batillə haqq da eyni olmazlar!) Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!" Peyğəmbər (s) hökumət qurdu və buyurdu ki, hakimiyyət əldə olmasa, siyasət, əxlaq, tərbiyə, ədalət əldə olunmaz. Həzrət Əli (ə) də hakimiyyəti qəbul edəndə buyurdu ki, alimlər acların aclığını, toxların toxluğunu qəbul etməsələr, mən hakimiyyəti qəbul edirəm. Həzrət imamlar yox, alimlər dedi. Alimlərin məsuliyyəti çox ağırdır. Necə olur ki, günahkar şəxs hakimiyyətə gələndə alimlər susur, vilayəti-fəqih yarananda qovğa qopur? Taliban və əl-Qaidənin hakimiyyəti ilə bizim cümhuriyyətin hakimiyyəti eynidirmi? Ölkəmizdə inqilabdan sonra demək olar ki, hər il seçki keçirilib. Dinin hökumətdən ayrı olması məsihilərə aid olan fikirdir. Əqidələri təftiş etdilər, xalqın başına min oyun açdılar, qərara gəldilər ki, dini hökumətdən ayırsınlar. Bu münasibət bizim dinimizə aid deyil. Allah buyurur ki, dində məcburiyyət yoxdur.
Əgər Azərbaycanda dini hökumət olsaydı, torpaqlarının 20 faizi işğal edilməzdi. İndi müğənniləri cəbhəyə aparırlar ki, əsgərlərin ruhiyyəsini qaldırsınlar. Mən həmin seyid aparıcıya tövsiyə edirəm ki, cəddi Əmirəlmömininin (ə) yolunu getsin. Bir seyid hər şeyi də satsa, ata-babasını satmaz.

Nur-az.com


2267 بازدید