Şrift ölçüsü:
A+
A
A-
Kr
11 Aprel 2014

Seyid Həsən Nəsrullah: ABŞ öz mənafelərini güdür...

Höccətül-İslam vəl-müslimin Seyid Həsən Nəsrullahın Livanın Əl-Səfir qəzeti ilə söhbətindən

Əl-Səfir: Suriya hökumətinə qarşı cəbhədə yekdillik davam edir?

Seyid Həsən Nəsrullah:

Bismillahir-Rəhmanir-Rəhim. Baş verən hadisələrdən belə bir nəticə çıxarmaq olar ki, Suriya hökumətinə qarşı cəbhə parçalanmış və zəifləmişdir. Suriyanı süquta uğratmaq istəyən cəbhəni nəzərdə tuturam. Bəzi nöqtələri nəzərə almalıyıq:
Əvvəla təfərrüatına varmayacağımız Misirin daxili məsələlərindən başlamalıyıq. Misirdə dəyişiklik, cənab Məhəmməd Mursinin işdən kənarlaşdırılması, İxvanul-Musliminin (Müsəlman Qardaşları) iqtidardan getməsinin nəticələri var. Səudiyyə Ərəbistanı Misirdəki yeni durumu himayə etdi. Hansı ki Türkiyə və Qətər buna müxalif idi. İlk nəticə Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə və Misir cəbhəsinin parçalanması oldu. Mursi gedəndən sonra Səudiyyə Ərəbistanı ilə Qətər və Türkiyənin rabitələri pisləşdi. Problemlər artdı. Bu birinci dəyişklik oldu. Bu dəyişiklik özünü harada göstərdi? Suriyada! Onlar Suriya mövzusunda yekdil olduqlarını desələr də, münasibətlər əvvəlki kimi deyil.
İkincisi, Suriya İxvan üçün prioritet məsələ idi. Misir hadisələri nəticəsində İxvan üçün birinci və həyati məsələ Misirin daxilinə qayıtdı.
Üçüncüsü, İxvanla Səudiyyə Ərəbistanı arasındakı qarşıdurma Suriyada özünü göstərir. Məntəqədə vəziyyət belədir.
Dördüncü nöqtə Türkiyənin daxili problemləridir.
Beşinci nöqtə Qətərdə baş verən hadisələrdir.
Altıncı İraq hadisələridir. İraq Livan kimi hərəkət etdi. O qədər susdu, susdu, susdu ki, Suriyanın İraqla həmsərhəd məntəqələri minalanmış maşın zavoduna çevrildi. Gün ərzində 10-20 maşın partlayırdı. Araşdırmalar bu əməliyyatlar arxasında dayananların kimliyini göstərdi. Nəticədə İraq dövləti Dayişlə baş-başa gəldi. İraq-Dayiş döyüşləri Suriya və İraqın durumuna təsir göstərdi. Bu səbəbdən son ildə İraqın ərəb ölkələri xarici işlər nazirlərinin toplantılarında siyasi mövqeyi dəyişdi.
Bütün bunlar aşkarda baş verən hadisəlrdir. Amma pərdə arxasında qalan hadisələr də var. Suriya hökumətinin möhkəmliyini görən bir çox ərəb dövlətləri gizli danışıqlarda Suriya hökuməti ilə birlikdə olduqlarını dedilər. Məndə məlumat var ki, bəzi ərəb ölkələri zahirdə Suriya dövlətinə müxalif mövqe nümayiş etdirsə də, bu dövlətdən fürsətdən istifadə edib döyüşləri qətiyyətlə başa çatdırmasını istəyir. Bu, ərəb dünyasının qəribəliklərindəndir.

Əl-Səfir: Suriya hadisələrində İsrail nə kimi rol oynayır?

Seyid Həsən Nəsrullah:

Biz hadisələri əvvəldən izləyirdik, İsrail nigarançılıq içində idi. Qəribə də olsa ərəb dünyasında hələ də gün uzunu İsraildə baş verən hadisələri, sionist rejimin bəyanatlarını, konfranslarını, araşdırmalarını, seçimlərini isləyən var.
Suriya hadisələrinə qədər İsrail çox narahat idi. Desək ki, dəhşət içində idi, yalan olmaz. Konfrans keçirdilər, dedilər ki, məntəqədə strateji dəyişikliklər baş verir, İsrailin mənafeləri təhlükə altındadır. Onlar bu dəyişikliklərin yüz faiz Müqavimət Hərəkatının xeyrinə olduğunu deyirdilər. Deyirdilər ki, İran, İraq, Suriya, Fələstin, Misiri istiqamətləndirən xətt formalaşır. Deyirdilər Hüsni Mübarəkin süqutu, Liviya və Tunisdə inqilablar bu ölkələri müqavimət xəttinə qoşur. Düşünürdülər ki, bütün region bu xəttə qoşulur. Narahat olmaları yersiz deyildi. Çünki məntəqə ölkələrində böyük partiya və hərəkat rəhbərləri vardı ki, bu ölkələrin müştərək strateji marağını dərk edib Amerikaya qarşı birləşə bilərdilər. İsrail o qədər narahat idi ki, Misirlə sərhəddə hərbi qüvvələr yerləşdirirdi. Hərbi strukturlarda dəyişiklik planlaşdırıldığı zaman Suriya hadisələri baş verdi. Yeni mərhələyə daxil olduq. Bu mərhələni soyuq müharibə mərhələsi də adlandırmaq olar. Bu gün Rusiya bütün güclü nöqtələrini qorumağa çalışır. Moskva Suriyadan əl götürməyəcək və Suriyadan dolayı sazişə getməyəcək.
Suriyada böhran başlayanda İsraildə durum 180 dərəcə dəyişdi. Rahat nəfəs aldılar. Tələsik dedilər ki, bizi qorxudan xətt süquta uğramaqdadır. Düşünürəm ki, İsrail bütün variantları Bəşar Əsədin hakimiyyətdə qalmasından üstün sayır. İsrailin durumunu təhlil edəndə, siyasilərin, hərbçilərin, təqaüdə çıxmış təhlükəsizlik işçilərinin fikirləri ilə tanış olanda belə qənaət yaranır. Bu qeybə aid xəbər deyil. Bütün söhbətlərində, haşiyə müzakirələrdə Əsədin getməsinə önəm verirlər. Suriyanın parçalanması İsrailin xeyrinədir. Suriyanın viran qalması onları razı salır. Suriyada müharibənin 20-30 il uzanması da onların mənafeyinə işləyir. Bəşar Əsədi “beynəlxalq mücahidlərlə” müqayisə edəndə mücahidlərə üstünlük verirlər. Bu seçim arxasında bir məntiq var. Mən onların sözünü deyirəm, öz sözləridir. Deyirlər ki, Bəşar və Suriya hökuməti İran, İraq, Livan, Fələstini birləşdirən müqavimət hərəkatının tərkib hissəsidir. Bəs beynəlxalq cihad qrupları haklimiyyətə gəlsə nə olacaq? Əvvəla, Suriyada daxili savaş davam edəcək. İkincisi, bu qrupların dövlətçilik təcrübəsi yoxdur, eynən Əfqanıstandakı kimi dövlət qura bilməyəcəklər. Demək, İsrailə qarşı qüvvəyə çevrilə bilməyəcəklər. Amma hazırkı Suriya hökuməti Müqavimət Hərəkatının qollarındandır. Üçüncüsü, beynəlxalq cihad qruplarının hədəfi İsrail deyil. İnlar Hizbullah, İran, hətta sünniməzhəb müqavimətə qarşıdırlar.
Bu səbəblərdən düşmən rahat nəfəs dərdi. Düşündü ki, müqavimətin sütunu uçulur. Suriya zəifləyirdi və bu onların arzusu idi. Biz İsrailin 33 günlük müharibədən sonrakı araşdırmalarından, xüsusi komitə yaratmasından, çıxış yolları axtarmasından xəbərdarıq. Ərəb Baharı, İslam Oyanışı, necə adlandırılmasından aslı olmayaraq məntəqə xalqlarının qiyamından qabaq və bu qiyamlar zamanı İsrail qərara gəlmişdi ki, artıq Hizbullahla döyüşə girə bilməz. İranla da müharibə apara bilməyəcəklərini düşünürdülər. Onlar yeganə çıxış yolunu müqavimətin sütununu, yəni Suriyanı silkələməkdə görürdülər. Bu işi necə görəcəklərini bilmirdilər. Suriya hadisələri başlayanda İsrail rahat nəfəs aldı...

vilayet.nur-az.com/ khamenei.ir


1180 بازدید
در حال ارس