Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Aprel 2014

Bir arifdən öyrənəcəklərimiz

Böyük alimlərin həyatı başdan-başa ibrətamiz nöqtələrdir. Onların qarşılaşdığı nöqtələr ayrıları üçün dərs ola bilər. Ayətullah Mərəşi böyük fəqihlərdəndir ki, özünü İslam yolunda əridib və ömrü boyu Məsumları (ə) müdafiə edib. Ayətullah Mərəşinin əxlaqi səciyyələri saysızdır, amma biz onlardan bir neçəsinə işarə edəcəyik.

1.Sadə həyat tərzi
Ayətullah Mərəşinin gözəl xüsusiyyətlərindən biri sadə həyat tərzi, dünya malına etinasızlıq idi. O Quma gəlib evləndikdən sonra, maddi cəhətdən bir müddət çətinlikdə olur. İllərlə icarədə yaşayır və yavaş-yavaş bir torpaq alıb orada balaca ev tikib ömürlərinin axırına qədər orada yaşayırlar. Onun heç vaxt maddi vəziyyəti yaxşı olmayıb. Hər nə ələ gətirərdisə fəqirlərin həyat tərzinin yaxşılaşması üçün sərf edirdi. Qazancının çox hissəsini özünə sərf etməzdi.

Ömrünün axırıncı gecəsi buyurdu: “Mənim yüküm çox yüngüldür, heç bir narahatçılığım yoxdur. Yalnız bir şey məni narahat edir. Yaşadığım müddət ərzində yazdıqlarım və ya söhbətlərim haqqın nahaqq olmasına səbəb olmuş ola. Yaxud da qonşumuzun ac oluduğu halda biz doyunca yemək yemiş olaq. Allaha and olsun ki, əgər belə bir şey olubsa da mənim xəbərim olmayıb.”
O dünyadan gedəndə məhərrəm və səfər aylarında geydiyi qara bir əbası vardı. Onun cibində 800 tümən puldan savayı heç nəyi yoxu idi.

2.Camaat namazında davamlı iştirak
Ayətullah Mərəşinin xüsusiyyətlərindən biri də həzrət Məsumənin (s) hərəmində camaat namazı təşkil etməsidir. 60 ilə yaxın davamlı olaraq gündə üç dəfə həzrət Məsumənin (s) hərəmində camaat namazı qılıb. Sübhlər hərəmə gələn birinci şəxs o olardı. Bəzi vaxtlar sübh namazından bir saat qabaq gələrdi və qapının arxasında oturub qapının açılmasını gözləyərdi ki, içəri girən birinci zəvvvar o olsun.

O zaman qış çox soyuq olardı, hətta qarın qalınlığı 80-90 santimetrə çatardı. Ayətullah Mərəşi sübh azanından qalab əlinə bel götürüb öz evindən hərəmə qədər yolu camaat üçün qardan təmizləyərdi. Bəzən ona deyərdilər ki, ağa siz bu işi görməyin. O buyurardı: “Mən istəyirəm savab qazanım.”
Vəsiyyətnaməsində yazıb: “70 il üstündə gecə namazı qıldığım səccadə və sayı qədər istiğfar etdiyim İmam Hüseynin (ə) türbətindən olan təsbihim də mənimlə dəfn edilsin.

3.Elm və kamala eşq

Onun növbəti gözəl xüsusiyyətlərindən biri də elm öyrənmək olub. Ayətullah Mərəşi buyurub: “Biz Nəcəfdə elmə məşğul olanda elə olurdu ki, 40 gün ət yeyə bilmirdik. Üzümüz də gəlmirdi ki, o zamanın alim və böyüklərindən nəsə istəyək. Elə olurdu ki, 24 saat ac qalırdıq, amma belə şeylərə etina etmirdik.”

Yenə buyururdu: “Nəcəfdə Həzrət İmam Əlinin (ə) hərəminin yanındakı Qəvam mədrəsində təhsil alanda, o zamanın böyük alimlərindən olan mərhum Ayətullah hacı seyid Əbulqasim Ərsəncani Şirazi ilə bir hücrədə qalırdıq. Bəzi vaxtlar yeməyə bir şeyimiz olmazdı. O vaxtın varlıları da övladlarını Nəcəfə dərs oxumaq üçün göndərərdilər. Amma onlar çox vaxtı dərs oxumurdular. Yaxşı yeməklər yeyərdilər. Bəzi vaxtı kahini çox alırdılar və üst yarpaqlarını qırıb hovuzun kənarına atardılar. Mən də həmhücrəmlə birlikdə gizlində gedib o kahi yarpaqlarını yığıb yuyub yeyərdik. Heç kimə çətinlikdə yaşamağımızı deməzdik. Bütün çətinliklərə baxmayaraq dərsimizi çox yaxşı oxuyardıq.”

4.Daxili imkanlardan istifadə etmək

Ayətullah Mərəşi buyurur: “Mən özümü tanıyan gündən və öz ayağım üstə dayanandan sonra xarici libaslardan istifadə etməmişəm.”
Yenə də buyurub: “Bu da bir növ müstəmləkəçilərlə mübarizədir.”
Bir gün dərzi gəlib ona deyir: Düymə xaricdən gəlir və mən də məcburəm qəbanıza o düymədən tikim. Ayətullah Mərəşi icazə vermir və dərzi bir müddət fikirləşir ki, nə etsin. Nəhayət xanımlar evdə əbanın qıraqlarına tikdikləri toxumalardan düymə düzəldib ağanın əbasına tikir. Ağanın bütün libaslarına düymə əvəzinə daxildə istehsal olan toxumalardan istifadə olunardı.

5.Əhli-beytə (ə) məhəbbət

Onun əxlaqi xüsusiyyətlərdən biri də Məsumlara (ə) təvəssül və yalvarışları olub. Ayətullah Mərəşi buyurur ki, hər vaxt təzə libas alanda onu aparıb Məsumların hərəminə sürtüb sonra istifadə edərdim.
Onun nəzarəti altında kitabxana, mədrəsə, hüseyniyyə və ya hər hansı bir bina tikilərdisə binövrəsi qoyulan zaman İmam Hüseynin (ə) türbətindən ora tökərdi və deyərdi ki, buranı bu türbətlə sığortalayıram.
Hər vaxt hərəmə gedəndə, hərəmin girəcəyində özünü yerə atardı və libasını yerdə, qapıdan olan toza sürtərdi. Bizə deyərdi ki, siz bu işi görməyə xəcalət çəkirsiniz. Bu xəcalət bais olur ki, Məsumların qapısından uzaqlaşırsınız. Bəzi vaxtı özünü tanıtmadan Aşura gecələrində əzadarlara qoşularaq sinə vurardı və deyərdi ki, bu sinə vurmaqla özümü il ərzində sığortalayıram.

Eləcə də buyururdu ki, Qumda olduğum müddət ərzində hər vaxt bir problemim olsaydı həzrət Məsumənin (s) hərəminə gedərdim və bir neçə saat orada qalardım və problemim həll olardı.

Gün ərzində Quran oxuması
Ayətullah Mərəşi öz vəsiyyətnaməsində buyurur: “Sizlərə sifariş edirəm ki, sübh namazından sonra “Yasin” surəsini hər gün bir dəfə, zöhr namazından sonra “Nəbə” surəsini, əsr namazından sonra “Əsr” surəsini, məğrib namazından sonra “Vaqiə” surəsini, işa namazından sonra isə “Mulk” surəsini oxuyun. Davamlı olması üçün təkid edirəm. Bu işi ustadlarımdan öyrənmişəm.


Dilimizə çevirdi: R. Hüseynov
Nur-az.com



1224 بازدید