Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Şah görür ki, bu onun yeyəcəyi yemək deyil!

Nasirəddin şahın Xorasana səfəri zamanı hər şəhərə getsəydi bütün təbəqənin insanları onun görüşünə gələrdi. Eləcə də getmək istədikdə onu yola salardılar. Beləliklə Səbzivar şəhərinə çatır. Orada da bütün təbəqənin insaları onu qarşılayırlar. Yalnız şahın görüşünə həkim, filosof, arif Molla Hadi Səbzivari getməmişdi. Şahın Xorasana səfərindən məqsədi təqribən bütün İranda məşhur olan və Səbzivarda Elmiyyə Hövzəsi təsis etmiş Hacı Molla Hadi Səbzivarini yaxından ziyarət etmək idi.
Şah bütün günü görüşlərdən yorulmuşdu, istəyirdi ki, həkimin ziyarətinə getsin. Şaha dedilər: Həkim, şah və vəzir tanımır. Şah deyir: Lakin şah həkimi tanıyır.
Hadisəni həkimə xəbər verirlər və görüş üçün vaxt təyin olunur. Bir gün şah günorta vaxtı yalnız bir nəfər xidmətçisi ilə həkimin evinə gedir. Həkimin evi həddən artır kiçik və sadə idi. Şah söhbətarsı deyir: Hər nemətin şükrü var, elm nemətinin şükrü tədris və rəhbərlikdir. Var-dövlətin şükrü köməklik və əl tutmaqdır. Səltənət nemətinin şükrü də hacətdir. Ona görə də istəyirəm ki, məndən bir şey istəyəsiniz və mən də onu yerinə yetirmək üçün tövfiq tapım.
-Mənim hacətim yoxdur və bir şey də istəmirəm.
-Eşitmişm əkin üçün torpağın var, icazə ver onu vergidən azad edim.
-Maliyyə nazirliyinin hər şəhərdən nə qədər pul topladığı məlumdur, əgər məndən vergi almasanız, həmin miqdarda ayrılarından artıq alınacaq ki, Səbzivarın öhdəsinə düşən vergi planı doldurulmuş olsun. Elə bilirəm ki, şah razı olmaz ki, məndən az pul almaq və ya tamam almamaqla yetimlərə, kasıblara zülm edilmiş olsun. Həm də insanların can və mallarının qorunması dövlətin öhdəsindədir. Mən tam razılıqla öhdəmə düşən maliyyatı ödəyəcəyəm.
-İstəyirəm b