Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Aprel 2014

Ustad Qəraəti mürtəd Rüşdi haqqında

“Sadəlikdən, sadə həyat tərzindən uzaqlaşan İslamdam uzaqlaşır.”

“Şeytan ayələri” kitabına görə haqqında İmam Xomeyni (r) tərəfindən ölüm hökmü çıxarılmış Salman Rüşdi son müsahibələrindən birində deyib: “Düşünürəm ki, artıq hər şey sona çatıb və ümidsizəm.”

Höccətül-İslam vəlmüslimin Qəraəti Quran dərslərindən birini bu muzdur şəxsə həsr edib.

Bismillahir-Rəhmanir-Rəhim.
Bugünkü söhbətimizin mövzusu İslamın qüdrəti, izzəti, nüfuzu ilə bağlıdır. Şəmsi 1367-ci il, 25 bəhməndə, 25 il qabaq mərhum İmam (r) fitva verdi ki, İslam Peyğəmbərini (s) təhqir etmiş Salman Rüşdi edam edilməlidir.
Hələ 1356-cı ildə bir qəzetdə İmam Xomeyni (r) təhqir edildi. Tələbələr ayağa qalxıb Qumda alimlərin qapısına toplandılar. 19 dey hadisələri həmin vaxt baş verdi. O zaman yüzədək tələbə və qumlu şəhadətə çatdı. Bu şəhidlərin 40-ı günü Təbrizdə qiyam baş verdi və şəhidlər oldu. Təbriz şəhidlərinin 40-ı günü Yəzd ayağa durdu. Beləcə 40 mərasimlərində şəhid verə-verə hərəkat başladı, “şaha ölüm” şüarları bütün İranı bürüdü. İmamın təhqiri inqilab üçün qığılcıma döndü.
Salman Rüşdinin kitabında da belə bir təhqir yer almışdı. Rüşdi Bombey şəhərində təhsilli bir ailədə doğulub. 13 yaşında təhsil üçün Britaniyaya gedib, sonra Pakistana qayıdıb. Sonradan Britaniya vətəndaşı olub, ingilis qadınla evlənib. Övladı olandan sonra bu qadından ayrılıb. Sonra amerikalı qadınla evlənib. Arvadı da yazıçı olub. İsa Məsihə qarşı kitablar yazıb. Sanki bu ər-arvad müqəddəslikləri təhqir etmək üçün dünyaya gəlib. Amma İslamda olan mənlik məsihilikdə yoxdur. Yoxsa Papa Rüşdinin arvadına ölüm hökmü verərdi.
Rüşdinin kitabı 547 səhifədir. Kitabın yazılması üçün 850 min funt pul verilib. Kitabın yazılması İsrail kəşfiyyatı tərəfindən himayə edilib. Bu kitab yox, söz azadlığı yox, müqəddəsliklərin təhqiri hadisəsi sayıla bilər. Quranda peyğəmbərlərin təhqir olunması, onlara şair, divanə deyilməsi nəql edilir. (bax: Saffat, 36) Bir vaxt hədd aşılıb, indi də aşılır və bu şəxs mürtəddir, cəzalandırılır, edam edilir.
Amma bu sadəcə bir hadisə deyildi, fitnəkar plan idi. İmam (r) buna xatir fitva verdi. 12 ölkə birfədəyə səfirini İrandan geri çağırdı. İsrail elan etdi ki, Salman Rüşdinin təhlükəsizliyini təmin etməyə hazırdır.
Bu necə kitabdır ki, İsrail onun müdafiəsinə qalxır, 12 ölkə səfirini geri çağırır? Bir şəxs Peyğəmbərə (s) dedi ki, mən araşdırma aparmayınca sizi qəbul edə bilmərəm, mənə iki aylıq amannamə (təhlükəsizliyimə təminat) ver. Peyğəmbər öz əmmaməsini toxunulmazlıq nişanəsi olaraq bir kafirin başına qoyub buyurdu ki, sənə dörd ay vaxt verirəm. Quran elan edir ki, dəliliniz varsa göstərin. (bax: Bəqərə, 11; Ali-İmran, 190; Bəqərə, 230; Bəqərə, 164...)
Bizim yolumuz elmdir. Rəhbər ali səviyyədə elmə malik şəxs olmalıdır. Elm və təqva bizim mayamızdır. Biz məsciddə yalnız təqvalı şəxsin arxasında namaz qılırıq.
Söz azadlığı deyilən şey təhqirdən fərqlənir. Salman Rüşdinin kitabında Quran, bütün müqəddəsliklər təhqir edilib. Britaniya Salman Rüşdinin mühafizəsinə hər il 200 min dollar xərcləyir. Altı mühafizəçi, cangüdəni var, yediyi bütün qidalar yoxlanılır. Hava qaralmamış onu xüsusi sığınacağa aparırlar. Gündüzlər havaya çıxarırlar, necə ki qoyunu otarmağa aparırlar. Salman Rüşdinin heyrət doğuran sözlərinə baxın: “Təəccüblüdür ki, ağlımı itirməmişəm.” Mükafat aldığı zaman ağlayır və deyir: “Düşünürəm ki, artıq hər şey sona çatıb və ümidsizəm. Dünya o qədər dar olub ki, sinəmə ağırlıq düşür. Yalnız telefon əlqəsi saxlaya bilirəm. Arvadım da məni atdı. Gün uzunu əsas işim qab-qacaq yumaqdır.”
“Şeytan ayələrini” İtaliyada tərcümə edən şəxsi öldürdülər. Yapon dilinə tərcümə edən şəxs ağır yaralandı. İmamın nəzarət etdiyi fondlardan biri Salman Rüşdini öldürənə 2 milyon dollar mükafat təyin etdi.
Rüşdi deyir: “İstədim tövbə edəm, müsəlman olduğumu deyəm, amma qərb dövlətləri mane oldu.” Bəli, bu söz azadlığı yox, bir təxribat idi. Əxlaqsız videolar, hicabsızlıq artıq günah həddini aşıb, ideoloji bir hücumdur. Əgər söz azadlığı varsa, imkan verin desin ki, səhv etmişəm, tövbə qılsın. Qoymursunuz, çünki bu planlı təxribat hadisəsidir.
İmam hələ şəmsi 1342-ci ildə demişdi ki, ABŞ prezidenti mənim gözümdə ən mənfur adamdır. Hansı prezident olsaydı ürəyi dayanardı. Bəli, qərb bizim gözümüzdə mənfurdur. Hansı cinayətlərə imza atmadılar! Peyğəmbərə Allah-Taala, mələklər salam deyir. (bax: Əhzab, 56) . Quran tapşırır ki, peyğəmbərdən qabağa keçməyin. (bax: Hucurat, 1) Danışanda səsiniz peyğəmbərin səsindən yuxarı olmasın. (bax: Hucurat,2) Peyğəmbərə ehtiram vacibdir.
Peyğəmbər milyardlarla insanı zəlalətdən, azğınlıqdan xilas edib. Biz iranlıları xilas edib. İsveçrədə prezidenti təhqir edəni ölüm cəzası gözləyir. Bu adamlar bəşəriyyətə, cəmiyyətə hansı xidməti göstərib ki, onları təhqir edənlər üçün cəza nəzərdə tutulur?! Bir dövlət rəsmisinin təhqirini cinayət sayanlar necə olur ki, milyarddan yuxarı insanın rəhbərinə qarşı təhqiri söz azadlığı hesab edir?! Əgər söz azadlığı budursa, nə üçün özünüzə qarşı təhqirə dözmürsünüz?!
İmam Sadiq (ə) buyurur: “Bir şəxs Allahın rəsulunu təhqir etsə, bunu eşidən adam əlində olanla həmin şəxsi vursun və imamın hökmünə ehtiyac yoxdur. ” (کافي، ج‏7، ص‏259)
Əmirəlmöminin (ə) buyurur: “Allahın Rəsulunu təhqir edənə aman vermə!”
İmam Riza (ə) buyurur: “Allahın Rəsulunu təhqir edən dərhal öldürülməlidir. Peyğəmbər (s) Məkkənin fəthi günü üç nəfər istisna olmaqla hamını bağışladı. Buyurdu ki, həmin üç nəfəri tövbə, minacat halında görsələr də qətlə yetirsinlər.”
Təhqir məsələsində müsəlmanla kafir arasında fərq yoxdur. Müsəlman da kafiri təhqir edə bilməz. Həzrət Əlinin (ə) tərəfdarlarından biri Müaviyəni söyür. Həzrət onu qınayır. Buyurur ki, biz onunla vuruşuruq, amma təhqir etməməliyik.
Quran buyurur ki, bütpərəstləri söyməyin, yoxsa onlar da sizin məbudunuzu söyər. Həzrət Əli (ə) buyuru ki, əgər desələr Əlinin tərəfdarları acıdildir, bu məni narahat edər. (نهج‏البلاغة، خطبه 206)
Müsəlman olub, sonradan dindən çıxana mürtəd deyirlər. Mürtədin tövbəsi qəbul deyil. Soruşula bilər ki, nə üçün əvvəlcədən dində olmayan tövbə edə bilər, amma amma sonradan dindən çıxan yox? Cərrah əməliyyata başlamasa eybi yoxdur. Amma əməliyyatı yarıda qoyub getsə cinayətkardır.
Peyğəmbər təhqir olunan zaman insan müstəqil qərar çıxarıb təhqir edəni öldürə bilər. Yəhidi alimlər peyğəmbərin dövründə gündüz iman gətirib, axşam arxa çevirərdilər. Bu bir plan idi. Başqa yəhidilərə deyirdilər ki, onun dinində faydalı bir şey görmədik. Bu planları ilə sadə müsəlmanları da şəkkə salırdılar. Öz dinlərini möhkəmləndirir, müsəlmanları zəiflədirdilər.Allah bu fitnə barədə öz rəsuluna xəbərdarlıq edir. (bax: Ali-İmran, 72) İnsan bu barədə düşünsə çox nöqtələr aydınlaşar.
İmamın (r) oğlu Hacı Mustafa deyir ki, İmam Türkiyədə sürgündə olduğu zaman ona günəş işığından istifadə etməyə icazə vermirdilər. İmam gündüz vaxtı pəncərini bağlayıb, mütaliə üçün lampa yandırırdı. İmam Təhrirül-Vəsiləni belə bir şəraitdə yazıb.
Ömrümüzün böyük hissəsini faydasız keçiririk. İmam yazır ki, insan peyğəmbərin inkarı sayılası, şəriətə qarşı olan iş görsə, mürtəddir, murdardır. İmam dini aşağılayan işləri nəzərdə tutur. İnsan mürtəd olanda arvadı ondan ayrılmalıdır. Təbii ki Salman Rüşdinin arvadı buna görə boşanmayıb. Sadəcə Rüşdi artıq ər sayıla bilməzdi. Kişi mürtəd olanda onun mülkü də arvadla bölünür. Beləsini edam gözləyir. Müsəlman məsul yalnız zərurət yarananda bir şeydən istifadə edir. Adi halda müsəlman sadə yaşamalıdır. Sadəlikdən, sadə həyat tərzindən uzaqlaşan İslamdam uzaqlaşır. Məscidlər çox sinətlənib. İslam sadə olanda Afrika, Avropanı fəth etmişdi. Qonaqlığın qaydası budur ki, süfrə bahalaşdıqca qonaqların sayı azalır. İndi bir məscidə xərclənən pulla 30 məscid tikmək olar.

İmamın fitvası:

İnna lillahi və inna iləyhi raciun

Dünyanın bütün qeyrətli müsəlmanlarının nəzərinə çatdırıram ki, İslam, Peyğəmbər və Quran əleyhinə yazılmış Şeytani ayələr kitabının müəllifi və bu kitabın məzmunundan xəbar olaraq onu çap edənlər edama məhkumdur. Qeyrətli müsəlmanlardan istəyim budur ki, bu adamları gördükləri yerdə cəzalandırsınlar. Qoy İslam müqəddəsliklərini təhqir etməyə kimsənin cürəti çatmasın. Bu yolda ölən şəhiddir, inşaalah. Müəllifin yerini bilən, amma onu öldürə bilməyən hər kəs başqalarını məlumatlandırsın. Əssəlamu ələykum. Ruhullah Musəvi Xomeyni.

Böyük Rəhbər Ayətullah Xamenei fitva ilə bağlı buyurur: “İmamın (r) Salman Rüşdi haqqında hökmü dəyişməzdir. Müsəlmanların müqavimətinin davamı ilə kimsə onların təhqirinə cürət etməz.”

Bu iynə ilə sap (iynə təqlid mərcəsi alim, sap xalqdır) birlikdə olsa, hər zalım hakimi tikə bilər. Amma rəhbərlə xalq arasına ayrılıq salsalar, təqlid məsələsini sual altına almış olurlar.

Bu fitva İslamın qüdrətini göstərirdi, İnqilabın nüfuzunu göstərirdi, Rəhbərin dünyada mövqeyini göstərirdi, müsəlmanlara qarşı fitnəkarlıqları göstərirdi.

Əlbəttə bu hadisə ilə həm də xalq üzərində psixoloji test aparırdılar. Bilmək istəyirdilər ki, müsəlmanların müqəddəsliyə bağlılığı qalıb, yoxsa yox. Gördülər ki, bir ruhani qərbin nüfuzunu necə heçə endirir. Amerika İslamı, müqavimətsiz, ölü, biganə, qul İslam yaratmaq üçün nələr etmişdilər, nə qədər pul xərcləmişdilər, Asiya və Afrikada məscidlər tikmiş, saxta müsəlmanlatr və din xadimləri yetişdirmiş, vəhabi qəlibləmişdilər. Hamısı heçə getdi. Xomeyni, inqilabi İslamı səhnədən çıxara bilmədilər.
Bu fitva göstərdi ki, qərb necə zəifdir. Onlar nə Rəhbəri, nə cəmiyyəti, nə ruhaniləri tanıyıblar. Düşündülər ki, İmam İraqla müharibədə qətnaməni qəbul etsə, demək təslim oldu. Yox! Livan müsəlmanlarının rəhbəri Şeyx Səid Şəban deyir ki, bir filmdə ərəb şahzadəsini məsxərəyə qoymuşdular, şahzadə Britaniya ilə əlaqələri kəsdi. Amma bu namərdlər Peyğəmbər təhqir olunanda susurlar, əlaqəni kəsmirlər. Xadim kimdir, xain kimdir, məlum olmalıdır.
Ermənilər, aşurilər, kəldanilər Salman Rüşdini ittiham etdi. Britaniyada minə yaxın məscid var. Bu min məsciddə İmamın fitvasına dəstək nitqləri söyləndi, əzəmətli nümayişlər keçirildi. Hər məsciddən 300 nəfər qatılanda görün necə aksiya alınır. ABŞ deyir ki, İmamən fitvasından sonra rəsmi 178 partlayış hədəsi gəldi. İmamıən fitvasından sonra baş vermiş 300 hadisə haqqında kitab çap olunub. İmamın fitvasından sonra keçmiş Sovetlər Birliyində kitab qadağan edildi. Britaniya səfiri Qorbaçovun cavab məktubunu İmama aparan Rusiya səfirindən xahiş edir ki, onun da məktubunu aparsın. Rus səfiri deyir ki, siz Rüşdiyə sığınacaq vermisiniz, mən sizin məktubu apara bilmərəm.

Sünnə əhlinin imamı Əhməd Hənbəl deyir: “Peyğəmbərin təhqiri küfrdür.”
İmam Şafei: “Peyğəmbəri təhqir edən qətlə yetirilməlidir.”
Əbu Hənifə deyir: “Peyğəmbəri təhqir edən mürtəddir.”

Yəni Salman Rüşdinin edamı məsələsində sünni-şiə birdir. Peyğəmbər söyüş söyən şəxslərin cəzalandırılmasını əmr edib. Bir kafir qadın Peyğəmbəri söydü. Həzrətin göstərişi ilə bu qadını cəzalandırdılar. Amma Səddam şərəfsiz Hələbçədə kimyəvi bomba ilə beş min nəfəri qətliam edir, qərb susur. Salman Rüşdiyə görə demokratiya, söz azadlığı deyə bar-bar bağırırlar. Səudiyyə Ərəbistanı təyyarəni vurur, yüz nəfər həlak olur, qərb susur. Qərb budur, mədəniyyət libası geymiş canavar!
İndi Salman Rüşdi çoxdur, film çəkirlər, konfetdən saqqıza qədər, bütün mallarında əxlaqsız şəkillərdən istifadə edirlər. Hüseynin (ə) qanı İmamın damarlarında axırdı. Bizim də damarımızda var, gərək qeyrət göstərək. Ata-analar övladlarını çirkin təbliğatdan qorumalıdır. Dinimiz Hüseynin qanindan yaranıb. Siz yüz min insanın şəhadətinə şahid oldunuz. İndi bir Salman Rüşdi dinimizi aşağılayacaq?! Bir şirkət pula xatir gənclərimizi yoldan çıxaracaq?! Ayıq olaq, qeyrət göstərək.
Gənclər məscidlərə toplansın, Rəhbərə müraciət etsin ki, biz varıq, lazımsa küçə və meydanlardakı azğınlıqlara son qoyaq! Vicdanlı axundlar bu gəncləri oyatmalıdır. Hüseyn var, qanı da Rəhbərin damarlarında!
İmam (r) 40 yaşı olanda bir məktub yazmışdı. Salman Rüşdinin eyni olan Kəsrəvi vardı. İslamı məsxərəyə qoymuşdu. İmam müraciət edirdi ki, Kəsrəvi kimi yoldan ötən biri dininizi məsxərəyə qoyur, siz də susursunuz. Nə cavab verəcəksiniz ilahi məhkəmədə?!
Bəli, qeyrətimiz olmalıdır. Qardaşlar, bacılar, ideoloji hücum çox təhlükəlidir. Qeyrətə ehtiyac var. Təhlükə qarşısında qeyrət dayana bilər. Qeyrətin də ruh yaradan məscidlərə ehtiyacı var.

Ustad Qəraəti


Nur-az.com


1427 بازدید
در حال ارسال اطلاعات...