Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Oktyabr 2013

Axmaqlığın birinci əlaməti

Məşhur misaldır ki, insanlar hər şeydən şikayətlənir, təkcə öz ağlından savayı. Əksər insanlar özünü ətrafdakılardan ağıllı sayır. Əslində axmaqlığın birinci əlaməti elə budur: Özünü hamıdan ağıllı saymaq!

İran İslam Respublikası ilə yaxından tanış olmayanlar, yalnız təbliğat vasitələrindən informasiya alanlar çox vaxt yanlış bir qənaətə gəlirlər: İran dini konservatizmin əsarəti altındadır!.. Əslində necədir? Biz bu qəbil təsəvvürləri alt-üst edən milyonlarla nümunədən birini, bir hadisəni nəzərinizə çatdırırıq.

Bu ölkədə Qurban bayramından Qədiri-Xum bayramınadək izdihamlı konsert proqramları keçirilir. İran televiziyasının 5-ci kanalı bu bayram tədbirlərini canlı yayımlayır.

Ötən gün canlı yayımda maraqlı hadisə baş verib. Komik rolların məşhur ifaçısı Yusif Səyyadi səhnədə aparıcı ilə söhbət zamanı ona etiraz edib ki, nə üçün cidii geyinməyən, hicab qaydalarına riayət etməyən xanımlar salonun mərkəzində, ön sıralarda yox, “kameranın gözündən qıraqda” kənar-bucaqda əyləşdirilib. Aktyorun dini dəyərlərə kinayəli münasibətinə aparıcı onun öz stilində cavab verib. Deyib ki, nisbətən açıq geyinmiş xanımların ön sırada yerləşməməsinin səbəbi onlara qayğı ilə bağlıdır. Bu xanımlar istilik sistemlərinə yaxın əyləşdirilib ki, üşüməsinlər! Mahir aktyorun dediyi sözə peşman olması gözlərdən yayınmayıb.

Eldar
Nur-az.com


1712 بازدید
در حال ارسال اطلاعات...