Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

İslam Peyğəmbəri (s) və elm

Ənsardan olan bir kişi həzrət Peyğəmbərin (s) hüzuruna gəlib sual edir: Ya Rəsuləllah! Bir şəxsin cənazəsi ortada qalıb və gərək dəfn oluna. Eyni zamanda da bir elmi məclis var ki, orada iştirak etmək lazımdır. Eləcə də hər iki mərasimdə iştirak etmək də mümkün deyil. Bu məclislərin hər hansı birində iştirak etsəm, o birindən məhrum olacağam. Sən bunlardan hansı birini çox istəyirsən, mən də həmin məclisdə iştirak edim.
Rəsuli-Əkrəm (s) buyurdu: “Əgər cənazəni dəfn etmək üçün başqaları varsa, elm məclisində iştirak et. Elm məclisində iştirak etmək, min cənazənin dəfnindən, min xəstəyə baş vurmaqdan, min gecə ibadətdən, min gün oruc tutmaqdan, min dirhəm sədəqədən, min vacib olmayan həccdən, min vacib olmayan cihaddan yaxşıdır. Sadaladıqlarım hara, elm məclisində iştirak etmək hara? Məgər bilmirsən ki, elm vasitəsilə Allaha itaət olunur və elm vasitəsilə Allaha ibadət edilir. Dünya və axirət xeyri elmlə eynidir. Eləcə də dünya və axirət şərri də cəhalətlə eynidir.

Allahın Rəsulu (s) və iki dəstə

Rəsuli-Əkrəm (s) Mədinə məscidinə daxil olur. O həzrətin (s) gözü məsciddəki iki dəstəyə sataşır ki, dəstələr dövrə vuraraq işlə məşğul idilər. Bir dəstə zikr və ibadətlə məşğul idi, o biri dəstə isə öyrədib öyrənməklə məşğul idi. O həzrət hər iki dəstəni nəzərdən keçirir və həvəslə onlara baxırdı. Həzrət Peyğəmbər (s) onunla məscidə gələnlərə buyurur: “Hər iki dəstə çox xeyir işlər görürlər. Lakin mən təlim və elmləndirmək üçün gəlmişəm. Beləliklə, o həzrət (s) elmlə məşğul olanlara tərəf gedir və onların arasında əyləşir.


Nur-az.com


1216 بازدید