Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2014

ABŞ-da xəstəxanaların yarıdan çoxu ruhi xəstələrdir

İnsanların öz psixoloji sağlamlıqlarına münasibətdə nigarançılıqlarının artması gerçəklikdir. Əksəriyyət mənim bu iddiamı təəccüblə qarşılasa da, Amerikada xəstəxana çarpayılarının yarıdan çoxunu ruhi xəstələr tutur. Onlar məcburi surətdə təbii həyatdan və cəmiyyətdən ayrılmışlar. Onların ailələri də əzab içindədir. Ailədə yeri olan insandan uzaq düşmək çox üzücüdür
Müxtəlif büdcələrdən ruhi xəstələrin saxlanması və müalicəsi üçün ayrılmış vəsaitlərin həcmi insanı heyrətə gətirir. Bu sahədə mütəxəssislərə olan ehtiyac da çox böyükdür. Hazırda bu sahədə çalışan mütəxəssislər uyğun ehtiyacın yalnız on faizini təşkil edir. Əgər Amerikadakı bütün həkimlər, psixoloqlar, ictimai fəallar, qəyyumlar bu işə qoşularsa, yenə də ehtiyac ödənməz. Bu say cəmiyyətin ehtiyacına cavab vermir və müalicə üçün lazım olan üsulların təlimi çox vaxt aparır. Psixi xəstələr tərəfindən baş verən faciələr, başqalarına yetirilmiş fiziki xəsarətlər, onların həddi aşmış tündməcazlıqları çox kədərləndiricidir. Bu həqiqətləri hamı bilir. Amma günbəgün sayı artan bu xəstələrə kömək edə bilirikmi? Bu suala belə cavab vermək olar ki, uyğun problemlərin səbəblərini aradan qaldırmalıyıq.
Mən öz işimə yaşlı ruhi xəstələrin müalicəsi ilə başladım. Var gücümlə çalışsam da, xəstə imkan daxilində mənimlə həmkarlıq etsə də, nəticələr çox cüzi və pərişanedici oldu. Uşaqların müalicəsinə başladım. Çünki onlar müalicələrə daha yaxşı reaksiya verirdilər. Onların sağalma şansı daha böyük idi. Bəli, nəticələr sevindirici idi.
Əlbəttə ki, psixi sağlamlığın şərtləri geniş bəhsdir. Amma əksəriyyət bu fikirdədir ki, uşaq yaşlarında formalaşmış ruhi qüsurlar ahıl yaşlarda çox çətin müalicə edilir. İstənilən bir dəyişiklik uzun vaxt tələb edir və çox çətinliklə əldə olunur. Doğrudur, dəyişiklik ehtimal olunur, amma bu ehtimal çox cüzidir. Əksər vaxt ən dəqiq müalicələr uğursuzluğa düçar olur.
Bir halda ki, insanın şəxsiyyəti onun uşaqlıq dövrü yaşamalarının təsiri altındadır, demək, şəxsiyyət həmin dövrdən başlayaraq nəzarətə alınmalıdır. Əksər mütəxəssislər bu məsələni qəbul etsələr də, valideynlərə kömək üçün çox az çalışırlar. Son onilliklər ərzində gigiyena və sanitariya sahələrində böyük tərəqqi müşahidə edilmişdir. Hamilə qadınların sağlamlığına nəzarət cəmiyyətdə adi hal almışdır. Uşaqlara düzgün nəzarət, müxtəlif xəstəliklərə qarşı aparılan peyvəndlər, dövri şəkildə təşkil olunan müayinələr günün zərurətlərinə çevrilmişdir. Artıq hamıya aydındır ki, uşaq yaşlarında xəstəliyin qarşısını almaq və onu tam müalicə etmək daha asan olur.
Məni ən çox təəccübləndirən budur ki, fiziki sağlamlığa bir bu qədər fikir verildiyi halda, demək olar ki, uşaqların ruhi sağlamlığı unudulmuşdur. Təəssüf ki, bu sahədə ya heç bir iş görülmür, ya da ağır ruhi xəstələr müalicə olunur. Ümid edirəm ki, nə vaxtsa mütəxəssislər bu sahədə öz hazırlıqlarını elan edəcəklər. Hal-hazırda isə bu məsuliyyətli iş valideynlərin öhdəsinə buraxılmışdır.
Təbabətlə məşğul olduğum illər ərzində öz övladının xoşbəxtliyini istəyən, amma bu sahədə məlumatsızlıqdan əziyyət çəkən valideynlərlə çox rastlaşmışam. Çox vaxt onlar həyatlarına kölgə salmış təəssüblərin günahsız qurbanına çevrilirlər. Bu insanlar özünü məlumatlı göstərən, əslində isə həqiqətdən tam xəbərsiz olanların nəsihətlərinə qulaq asırlar. Ətrafdan heç bir kömək olmadıqda və etibarlı mənbəyə əl çatmadıqda insanlar budaqdan-budağa gəzən ağıllarını dinləyirlər. Bu kitab övladlarının psixoloji durumundakı problemləri həll etməkdə çətinlik çəkən valideynlərə kömək üçün onları psixologiyanın ən son nailiyyətləri ilə tanış edir.
Şiddətli və zəif ruhi sarsıntılar çoxdur. Onların bəziləri adiləşib və hər gün qarşımıza çıxır. Bəzi sarsıntılar isə ciddi səbəblərdən qaynaqlanır. Adi ruhi sarsıntılar hər gün rastlaşa biləcəyimiz böhranlardan ibarətdir. Bu çətinliklərə münasibətdə düzgün mövqe tutularsa, nəinki problem həll olar, hətta daha çətin problemlərə müqavimət qüvvəsi artar. Problemə yanlış münasibət adi çətinliyi mürəkkəb çətinliyə çevirir. Mənim fikrimcə, bu işdə əksər valideynlər səhvə yol verirlər. Çünki onlar öz övladlarının təfəkkür və təsəvvürlərini düzgün anlamırlar.

Doktor Li Salk

Nur-az.com


1207 بازدید
در حال ارسال اطلاعات...