Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

İmam Musanın ilkin fəaliyyətləri

İmam Musa Sədrin Livandakı fəaliyyətlərini dörd prinsip üzərində təsvir etmək olar:

a)Mədəniyyət-din: İmam Musa Sədr Livana daxil olduğu andan əsaslı və dəqiq bir proqramla hərəkət etməyə başladı. O ardıcıl şəkildə məscidlərdə, məktəblərdə, universitetlərdə, sair ictimai mərkəzlərdə nitq söyləyir, faydalı siniflər təşkil edərək gənc nəsli məlumatlandırmağa çalışırdı. Qısa bir müddətdə bir çox müsəlman və məsihi gənclər imam Musa Sədrin qurtuluş müjdəli düşüncəsinin təsiri altına düşdü. Beləcə, mədrəsələr, məktəblər, universitetlər qərb mədəniyyətinə qarşı polad səngərlərə çevrildi.

b) İqtisadiyyat-mədəniyyət: İmam Musa Sədr mədəni işlərlə yanaşı xalqın iqtisadi problemlərinə də diqqət yetirirdi. Əslində bu iki yönümü bir-birindən ayrılmaz sayır və deyirdi: “Ümumi şəkildə Livan xalqının yaşayış səviyyəsini yaxşılaşdırmaq, xüsusi ilə müsəlmanların elmi səviyyəsini yüksəltmək mənim dini vəzifəmdir. Mən əminəm ki, hazırkı maddi durumla düşüncə səviyyəsini qaldırmaq olmaz...” (“Savakın məlumatları”, c.1, s.333) Bu səbəbdən də o əsaslı bir addım ataraq təhsil, tərbiyə və iqtisad mərkəzlərini hərəkətə gətirməyə başladı. Aşağıdakı işlər nəzərdə tutulurdu:

1.Cəbəli-amilin peşəməktəbi gənc oğlanlara xarratlıq, dülgərlik və qaynaqçılığı öyrətsin;

2. Mərhum Şərəfüddinin yoxsullara yardım cəmiyyətinin fəallaşdırılması,həqiqi ehtiyaclıların müəyyənləşdirilməsi, onlar üçün təlim-tərbiyə işləri;

3. Yoxsul və himayəsiz qalmış qızlara dərzilik, toxuculuq, əl işləri öyrətmək üçün qızlar evinin təsisi;

4.Tibb bacıları hazırlayan müəssisələr və qızlar üçün münasib iş yerlərinin açılması;

5. Xalçaçılıq sənətini öyrədən müəssisələr, ehtiyaclılar üçün bu sahədə iş yerlərinin açılması;

6. Yoxsulsinfin sağlamlığına xidmət üçün tibbi mərkəzlərin açılması;

7. İslamın düzgün təbliği üçün elmi hövzələrin təsisi;

8. Qadınların problemlərinin həlli üçün qadın təşkilatlarının təsisi;

9. Kimsəsiz uşaqların himayəyə alınması üçün yetimxanaların təsisi;

10. Savadsızlıqla mübarizə müəssisələrinin təsisi;

11. Əlillər evinin təşkili;

12. İdman mərkəzlərinin açılması,gənclərin ruhi, psixoloji, hərbi hazırlığının təşkili.

Nəzərdə tutulan mərkəzlərin açılışı istiqamətində fəaliyyətlər həmin dövrdə Livan müsəlmanlarının iqtisadi dirçəlişində mühüm rol oynadı. İqtisadi inkişaf gücləndi, insanların nikbinliyi artdı. İmam Musa Sədrin proqramları və fəaliyyətləri bu gün də Livan dövləti üçün nümunədir. Ölkənin iqtisadi dirçəlişi üçün uyğun iqtisadi proqramlardan istifadə edilir.

v) Siyasət-təşkilatçılıqİmam Musa Sədr öz fəaliyyətlərinin üçüncü mərhələsində daha əsaslı bir proqram üzrə “Livan şiələrinin ali məclisi” adı altında məclis təsis etdi. Bu tarixi addımın səbəbi Musa Sədrin özünün şiə olması deyildi. Sadəcə, ölkədə şiələrin vəziyyəti sünni və məsihilərin vəziyyətindən daha acınacaqlı idi.

Həmin dövrdə mövcud on beş firqə azlıqda olsa da, onların hər birinin rəsmi qurumu və rəhbərliyi vardı. Bu qurum və rəhbərlik öz üzvlərinin haqlarını müdafiə edirdi. Şiələrinsə heç bir təşkilatı yox idi. İmam Musa Sədr Hicri-qəməri1386-cı il Rəbiüs-sani ayının 27-də Beyrutda keçirdiyi böyük mətbuat konfransında şiələrin problemlərini mütəxəssiscəsinə, rəqəmlər əsasında açıqladı. Sonra bu problemlərin həlli üçün Livanda rəsmi şiə məclisinə ehtiyac olduğunu bildirdi. Müxtəlif fərdlərin və qrupların ciddi müxalifətinə baxmayaraq, nəhayət, imam Musa Sədrin təklifi məclisdəki şiə nümayəndələr tərəfindən rəsmi layihə şəklində təqdim olundu. Layihə müzakirə olunaraq h.q. 1387-ci ilin Səfər ayında təsdiq edildi. Uyğun proqram əsasında şiələrə ilk dəfə icazə verildi ki, öz haqlarının müdafiəsi üçün şiə məclisi təşkil etsinlər. Belə ki, ali şiə məclisi h.q. 1389-cu ilin yayında böyük şiə alimlərindən doqquz nəfərlik şəri heyət, on iki nəfərlik icra heyəti seçməklə rəsmi işə başladı. Həmin il ciddi bir yığıncaqda şəri və icraçı heyət üzvlərinin əksəriyyətinin rəyi ilə imam Musa Sədr ali məclisin rəisi seçildi. Rəyasət üçün altı il vaxt nəzərdə tutuldu. H.q. 1399-cu ilin səfər ayında bu müddət dəyişdirildi və imam Musa Sədr altımış beş yaşınadək uyğun məsuliyyəti öhdəsinə götürdü. O,dörd il ardıcıl şəkildə fəal çalışdı və sübut etdi ki, bu məclis prezidentdən, baş nazirdən, məclisdən daha çox fəal olmuşdur. O,şiələrə məxsus olsa da,Livanın bütün məhrumlarına və ehtiyaclılarına kömək üçün ciddi təlaşlar göstərmişdir. (“Məhrumların ümidi” )

d) Əqidə-orduİmam Musa Sədrin əsas proqramının dördüncü mərhələsi əqidə və hərb yönümlü iki mərkəzin təşkili idi. Bu mərkəzlərdən biri “yoxsullar hərəkatı” digəri, “əməl hərb təşkilatı” adlanırdı. Livan mühitində istənilən bir partiya və siyasi təşkilat xaricdən ideoloji və maddi dəstək alırdı. Yoxsullar hərəkatı ilk azad hərəkat oldu. “Nə şərq, nə də qərb” şüarı ilə 1391-ci ildə fəaliyyətə başlayan bu hərəkat ölkədəki ideoloji, mədəni və əxlaqi boşluğu doldurmağa çalışırdı. Məhz bu hərəkatın təlaşları sayəsində insanlar İslam maarifi ilə yaxından tanış olurdu. Həftə və ay ərzində çeşidli siniflər təşkil olunur, Seyid Məhəmməd Hüseyn Fəzlullah, Şeyx Mehdi Şəmsuddin, imam Musa Sədr, şəhid doktor Mustafa Çəmran kimi alimlərin vücudu sayəsində gənc nəsil həqiqətdən xəbər tuturdu. Yoxsullar hərəkatı tədricən öz fəaliyyət dairəsini genişləndirdi. İnsanlar hərəkatın nümayəndəlikləri qarşısında növbədə dayanır, adlarını qeyd etdirirdilər;qısa bir müddətdə cənub məntəqəsində üzvlərin sayı artdı, böyük şəhərlərdə, xüsusi ilə paytaxtda hərəkata qoşulanların sayı çoxaldı. Dörd il sonra, “Yoxsullar hərəkatında saysız islamçı və inqilabçı gənclər tərbiyə olunduğu bir vaxt imam Musa Sədr növbəti bir addım ataraq Hicri-qəməri1395-ci ilin məhərrəm ayında imam Hüseyn (ə) qiyamı mövzusundakı çıxışlarından birində “Əməl” hərbi təşkilatının təsisi barədə məlumat verdi. Həmin vaxt əksər solçu və sağçı firqələrin və qrupların silahlı dəstələri vardı. Lakin bu qrupların ideoloji xətti olmadığından xarici təcavüzlərin qarşısını ala bilmirdilər. Bu səbəbdən də Livan sərhədləri çox asanlıqla tapdalanırdı. Bəlkə də ölkədəki milli və dini qarşıdurmaların əsas amili xaricə bağlı olan partiyaların özü idi.

Əməl hərbi təşkilatı Livanda əmin-amanlığı təmin etmək üçün səhnəyə daxil oldu və öz vəzifəsini müvəffəqiyyətlə yerinə yetirdi. Artıq bu təşkilatın fəaliyyəti düşmənləri qəzəbləndirirdi. Bu hərbi mərkəzdə əvvəlcə Cəbəli-amildəki peşə məktəbinin və yoxsullar hərəkatının yetmişədək gənci toplanmışdı. Onlar Bəlbəktabeliyindəolan Yəmunə qəsəbəsində fəaliyyətə başladılar. Bir müddət sonra Fələstin Fəth təşkilatının həmkarlığı və yardımı ilə Əməl “Eynun-nəbiyyə” adlı böyük təlim mərkəzinə köçdü. (Şəhid Çəmran “Livan”, s.99) Əməl yeddi ay gizli fəaliyyət göstərdi. Hicri-qəməri 1354-cü ildə tank əleyhinə minalardan istifadə qaydalarını öyrənərkən minalardan biri partladı və təşkilatın iyirmi yeddi öncül gənci şəhadətə çatdı. Bu partlayış əməl təşkilatının fəaliyyətini üzə çıxardı. Həmin hadisədən sonra Eynun-nəbiyyə təlim mərkəzi ləğv olundu, mərkəz “Cənata” adlı başqa bir məntəqəyə köçürüldü. Fəal hərbi qüvvələrin təlimi davam etdirildi.

Digər bir tərəfdən, şiələrin hərbi gücü artdıqca solçu və sağçı qüvvələr öz varlıqları üçün təhlükə hiss edirdilər. Onlar Livan dövləti ilə əl-ələ verib müxtəlif üsullarla Əməl hərbi təşkilatını zəiflətməyə çalışırdılar.

 Nur-az.com



1227 بازدید