Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Sələfiliyin qısa tarixi

Sələfilər özlərini Əhli-hədis məktəbinin davamçısı sayırlar. Əhli-hədis məktəbi Abbasi xilafəti zamanı Mötəzilə, Əhli-kəlam və Şiə arasındakı toqquşmalardan sonra yaranmışdı. Bu məktəbin banisi olan Əhməd ibn Hənbəlin vəfatından sonra davamçıları onun yolunu davam etdirib həm etiqadda, həm fiqhdə özlərini Əhli-hədis adlandırdılar. Mütəvəkkildən Müqtədirə qədərki Abbasi xəlifələri bu məktəbi təbliğ etdilər. Hicrətin dördüncü əsrinin əvvəllərində Əbülhəsən Əşəri Əhli-hədis etiqadlarında xurafatların olduğunu görüb bir sıra islahatlar apardı. Çünki onlar "Quran əzəlidir", "İnsanda iradə azadlığı yoxdur", "Allahın əli, gözü var" kimi etiqadlara yiyələnmişdilər. Bu islahatlardan sonra təəssübkeş hədisçilər ondan uzaqlaşdılar və onun fikirlərindən ibarət Əşəri firqəsi meydana çıxdı.
Bu