Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2014

Sələfiliyin qısa tarixi

Sələfilər özlərini Əhli-hədis məktəbinin davamçısı sayırlar. Əhli-hədis məktəbi Abbasi xilafəti zamanı Mötəzilə, Əhli-kəlam və Şiə arasındakı toqquşmalardan sonra yaranmışdı. Bu məktəbin banisi olan Əhməd ibn Hənbəlin vəfatından sonra davamçıları onun yolunu davam etdirib həm etiqadda, həm fiqhdə özlərini Əhli-hədis adlandırdılar. Mütəvəkkildən Müqtədirə qədərki Abbasi xəlifələri bu məktəbi təbliğ etdilər. Hicrətin dördüncü əsrinin əvvəllərində Əbülhəsən Əşəri Əhli-hədis etiqadlarında xurafatların olduğunu görüb bir sıra islahatlar apardı. Çünki onlar "Quran əzəlidir", "İnsanda iradə azadlığı yoxdur", "Allahın əli, gözü var" kimi etiqadlara yiyələnmişdilər. Bu islahatlardan sonra təəssübkeş hədisçilər ondan uzaqlaşdılar və onun fikirlərindən ibarət Əşəri firqəsi meydana çıxdı.
Bundan sonra əşərilərlə Əhli-hədis tərəfdarları arasında qarşıdurmalar yaranır, bəzən qanlar tökülürdü. Lakin Sələfilik adlı bir məzhəb əsla mövcud deyildi. Nəhayət, İbn Teymiyyə sələflərin yoluna dəvəti özünə şüar seçdi. Bununla yanaşı, o da Sələfilik sözündən istifadə etmir və özünü hicrətin ilk 3 əsrində yaşamış əhli-sünnənin ardıcılı sayırdı.
İbn Teymiyyədən sonra Zəhəbi, İbn Qəyyim və İbn Kəsir kimi şagirdləri onun məktəbini rövnəqləndirə bilmədilər. Çünki onlar bunu Şam və Misir kimi elm mərkəzlərində yaymağa çalışırdılar. Lakin bu məktəb əsrlər sonra böyük alimləri olmayan Nəcd bölgəsində Məhəmməd ibn Əbdülvəhhab tərəfindən dirçəldildi, Səud ailəsinin dəstəyi ilə rəsmi məzhəbə çevrildi, ingilis müstəmləkəçilərin himayəsi altında Məkkə və Mədinəyə hakim olub bölgənin bütün məscid, mədrəsə, məktəb və universitetlərini ələ keçirdi.
Tədqiqatçıların fikrincə, Sələfilik şüarı ilk dəfə Misir mətbuatında irəli sürüldü. Misir İngiltərə tərəfindən işğal olunanda Seyid Camaləddin Əsədabadi və Şeyx Məhəmməd Əbdüh kimi islahatçı alimlər xalqı qərb mədəniyyətindən qorumaq üçün sələflərin İslamına dəvət etdilər. Lakin onlar bununla digərlərini kafir adlandırmaq və müsəlmanları parçalamaq istəmirdilər. 1929-c