Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Oktyabr 2013

Ruhani tələbənin maddi durumu yaxşı olsa...

Yadda saxlanılası bir tövsiyə var: qoy tələbənin vəziyyəti elə olsun ki, hər kəs ona ərə gəlməyə razı olmasın, nəticədə daha münasib zövcə tapılsın. Qoy hər kəs onun sorağına gəlməsin, ətrafında səfa-səmimiyyətli, nurani bir fəza yaransın.
Ruhani tələbənin təbliğ müqabilində pul almasının, əvəz götürməsinin iki növ ixlasla həyata keçməsi mümkündür. Bir ixlas ümumidir, o biri isə alimlərə məxsusdur. Ümumi ixlas budur ki, həzrət Əbülfəzl (ə) çay kənarında olanda bilmirdi ki, ona səhəri gün "Babul-həvaic" deyəcəklər. Həzrət Abbas ixlasla İmam Hüseyn (ə) yolunda qılınc çalırdı. Alimanə ixlas budur ki, insan əvvəlcədən məsələn Babul-həvaic olacağını bilir. Amma Allah şahiddir ki, bu onun ixlasına nöqsan gətirmir. Ruhani tələbənin ixlası alimanə ixlas olmalıdır. Elmi şuranın üzvü olmaq pis sayılmamalıdır. Amma bu işi ixlasla görmək lazımdır. Qərar verməliyik ki, ləyaqətsiz adamın əlinə imkan düşməsin.
Ruhani tələbənin aşağı maddi durumu Allahın istəyidir və bunda bir bərəkət var. Cəmiyyətdə yoxsulluq nə üçündür? Təfərrüata varaq. Biz illət və məlul barədə o zaman düşünürük ki, onların diqqətin zəifləməsinə təsiri olsun. Həyatda yaşayacaqsınız ki, ümid etdiyiniz amili Allah təsirsiz edəcək. Allahın məqsədi insanların ümidini Özünə doğru cəlb etməkdir. İnsan bu əqidədə olmalıdır ki, qarşısına çıxan hər bir hadisə onun xeyrinədir.
Ruzinin az olması, yoxsulluq bir istək deyil. Amma bu qarşıya çıxmışsa onu problem saymamalıyıq. Şübhə etməyin ki, ruhani tələbənin maddi durumu yuxarı olsa onun ətrafında pis adamlar artacaq. Tələbə yoxsul olduqda ona yalnız yoxsulluğu qəbul edən insanlar yaxınlaşır. Yoxsul tələbəyə kim qız verir? Yoxsul tələbə ilə kim qohum olmağa hazırdır? Adətən dünyapərəst insanlar maddi imkanı aşağı şəxslərlə yaxınlıq etmir. Əgər tələbə yoxsulsa onunla qohum olmaq istəyənlərin sayı da azalacaq. Bu hal münasib həyat yoldaşı seçmək üçün daha münasibdir. Mədrəsələr abadlaşanda, təhsil mərkəzləri gözəlləşəndə belə etirazlar vardı ki, artıq tələbə üçün nur qalmadı. Qədim tələbələr çətin şəraitdə yaşayar, ümumi hamamdan istifadə edərdi. Bunun da bir hekayəti var. Ariflərin tövsiyəsi budur ki, dini təbliğat yoluna qədəm qoymuş tələbə bu yolun çətinliklərini şirin saysın. Allah Özü tələbə üçün çətinliklər nəzərdə tutub.
Bəzi tələbələr təvazökarlıqda həddi aşıb qəsdən elmi şuraya üzv olmur, məsuliyyət qəbul etmirlər. Bu da düzgün yol deyil. Elmi şuranın üzvü olan insan ixlas yolunu gedə bilirsə bu dəyərlidir. Bəziləri təhsil haqqında şəhadətnamədən imtina edir, Allahın razılığı xatirinə oxuduğunu deyir. Yanlış fikirdir ki, bu şəhadətnamə insana hörmət gətirir. İnsanı hörmətli edən Allahdır.
Təbii ki, bir tələbə təhsil haqqında şəhadətnaməni gözə soxub öz elmi səviyyəsi ilə qürrələnsə bu xasiyyət onu ilahi tövfiqdən məhrum edəcək. Bəziləri deyir ki, kimsə dünyəvi təhsil alır və Allah da ona yardım edir. Qeyd edək ki, hər şeyin insanın niyyətinə, ixlasına qaydır. İnsanın cəmiyyətə xidmət etmək məqsədi ilə təhsil alması çox təsirlidir. Ruhani tələbənin isə məsuliyyəti daha böyükdür. Bir insan dolanışıq xatirinə tələbəlik yolunu tutursa şübhəsiz ki, zərərə düşür.
Tələbə üçün ən yüksək mənəvi hal odur ki, aldığı tələbə təqaüdündən (şəhriyə) istifadə edəndə onu nə vaxtsa qaytarmaq fikri olsun. Niyyət edir ki, aldığı şəhriyələri borc olaraq qəbul edir və imkanı olan zaman onu geri qaytaracaq.

Nur-az.com/Hawzah


1515 بازدید
در حال ارسال اطلاعات...