Şrift ölçüsü:
A+
A
A-
Kr
26 Aprel 2014

Allaha inam insanın həyatında nə rol oynayır?

Sual 1: Nə üçün Allah yaranışa əl qatıb, bir bu qədər mövcudu, eləcə də, insanı yaradıb?
Cavab: Əgər gözəl nitqi olan bir alim danışarsa, ondan nə üçün danışdığı soruşulmamalıdır. Çünki malik olduğu elm və natiqlik onu öz biliklərinin bəyanına vadar edir. Əgər o susub, elmini gizlədərsə, bu iş Sual doğura bilər.
Qadir, həkim və mehriban Allah torpaqdan buğda, buğdadan nütfə, nütfədən kamil insan yarada bildiyi halda, nə üçün də yaratmamalıdır?!

Sual 2: Allaha inam insanın həyatında nə rol oynayır?
Cavab: Sahibsiz, nəzarətsiz, səliqə-səhmansız bir mənzilə daxil olan insan istədiyini edə bilər. Əgər o, könlündən keçəni etməsə, səbəbsiz olaraq ləzzətlərdən məhrum qalır. Amma sahibli, müxtəlif nöqtələrində kameralar quraşdırılmış, səliqə-səhmanlı evə daxil olan şəxs özünü evin qanunlarına uyğun aparmağa vəzifəli və məcburdur.
Varlıq aləminin Allah kimi sahibi olduğuna, əməllərinə görə sorğu-Suala çəkiləcəyinə inanan, başqa sözlə, iman gətirən insan nəfsini cilovlayaraq, Allahın qanunlarına tabe olacaq. İmanlı insan bütün əməllərinin nəzərdən keçiriləcəyinə əmin olduğu üçün Allahın bəyənmədiyi işlərə yol verməyəcək.

Sual 3: Üzümüzü Kəbəyə tutub namaz qılmağımızı əmr etmiş Allahın bizim ibadətimizə ehtiyacı varmı?
Cavab: Hamı evini üzügünəşə tiksə, günəşin işığı artmaz və əksinə, hamı evini arxası günəşə tiksə, onun işığı azalmaz. Günəşin insanlara heç bir ehtiyacı yoxdur. Amma insanlar günəşin işıq və istiliyinə ehtiyaclı olduqlarından evlərini üzü günəşə tikirlər.
Namazı əmr etmiş Allahın bizim ibadətimizə heç bir ehtiyacı yoxdur. Amma insanlar Allaha üz tutmaqla onun lütfündən faydalanır və inkişaf edirlər. Quranın “İbrahim” surəsinin 8-ci ayəsində buyurulur: «Əgər bütün insanlar kafir olsalar, Allaha zərrəcə təsir etməz. Çünki, O bütün insanlardan ehtiyacsızdır.»

Sual 4: Nə üçün salehlər çətinlik, günahkarlar isə rifah içində yaşayır?
Cavab: Allah salehləri, öz dostlarını sevdiyi üçün hər hansı səhvə görə onları dərhal cəzalandırır ki, onlar öz səhvlərinə diqqətli olsunlar. “Haqqə” surəsinin 44-45-ci ayələrində buyurulur: “Əgər peyğəmbər bizə istinad edərək özündən sözlər danışsa, ondan mütləq intiqam alarıq.”
Möminlər də belədir. Səhv edən kimi cəzalandırılırlar. Günahkarlara isə əvvəlcə möhlət verilir, möhlət başa çatdıqdan sonra onlar əzaba düçar olurlar. (“Kəhf”, 59.) İslahına ümid olmayan kafirlərə qiyamət gününədək möhlət verilir ki, günahlarını daha da artırsınlar. (“Ali-İmran”, 178.)
Əgər eynəyinizin şüşəsinə bir damla çay sıçrasa, onu dərhal silirsiniz. Bu çay damlası paltarınıza düşsə, səbr edir, evdə paltarınızı dəyişirsiniz. Amma bu damla döşəməyə sərdiyiniz xalının üzərinə düşsə xalını yumaq qalır novruz bayramına.
Allah da hər kəslə onun şəffaflığına uyğun rəftar edir.

Sual 5: Nə üçün bütün əməllərin qəbulu namazın qəbulundan asılıdır?
Cavab: Yol polisi bir maşını saxladığı vaxt ondan sürücülük vəsiqəsi tələb edir. Nə şəxsiyyət vəsiqəsi, nə partiya bileti, nə ev kitabçası, nə idman dərəcəsi sürücülük vəsiqəsini əvəz edə bilmir. Bu vəsiqə yoxdursa avtomobil saxlanılır. Qiyamətdə məqsədə çatmaq üçün isə namaz qəbul olmalıdır. Namaz qəbul deyilsə, heç bir əməl qəbul deyil.

Nur-az.com




1132 بازدید
در حال ارسال اطلاعات...