Şrift ölçüsü:
A+
A
A-
Kr
27 Aprel 2014

Pisxasiyyətlik

Sevgi, bəşərin təbii ehtiyaclarından birini təşkil edir. Məhz bunun nəticəsində insanın daxilində digərlərlə ünsiyyət yaratmağa və onlara qayğı ilə yanaşmağa vadar edən bir qüvvə yaranır. Bu daxili hiss ilə mübarizə aparmaq və onun qarşısını almaq mümkün olmadığı üçün, insan öz vücudunda yaranan bu ehtiyacı aradan qaldırmağa çalışır.
Dostluq rahatlıq mənbəyi və ən gözəl bir ruhi qidadır. Bu hiss insanda təcəlli etdikdən sonra günü-gündən güclənir və özünün təkamül mərhələsinə çatır və bu dünyada ondan qiymətli ikinci bir şey tapmaq qeyri-mümkündür. Təklik və kiminləsə dostluq etməmək isə hər bir insan üçün ən böyük çatışmazlıqdır. Kiminləsə səmimi dostluq münasibətləri yarada bilmədikdə vücudumuzu iztirab və nigarançılıq bürüyür və dünya bizim üçün zülmətlir bir qaranlığa çevrilir. Alimlərdən biri deyir: «Xoşbəxtlik və səadətin sirri xarici aləmlə qərəzli yox, səmimi münasibətlər yaratmağımızdan asılıdır. Ətrafındakıları – istər insan olsun, istərsə də qeyri-insan – sevə bilməyən şəxslər heç vaxt iztirab və nigarançılıqdan yaxa qurtara bilməz. »
Müxtəlif cəmiyyətləri bir-biri ilə yaxınlaşdıran ən gözəl vasitə də məhz «səmimiyyət və mehr-məhəbbətdir». Dostluq və səmimiyyət iki şəxsin bir-birinə olan meyl və əlaqəsi nəticəsində meydana gəlir. Dostluq əlaqələrinin daim möhkəm qalıb tənəzzülə uğramaması üçün, insan özündə müşahidə etdiyi biganəlikləri bir kənara qoyub başqalarının ondan gözlədikləri səmimiyyətə müsbət cavab verməlidir. Ən gözəl dostluq isə şəxsi mənafedən uzaq, insanın məhəbbətə ehtiyac duyan ruhuna sevgi və məhəbbət bəxş edən dostluğudur. Dostluq əlaqələri yaratmaq istəyən hər bir şəxs bir an da olsun süstlük göstərərək səmimiyyətin zəifləməsinə yol verməməlidir. Dostluq etdiyi şəxs hər hansı bir çəti