Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Aprel 2014

ABŞ həmişəki kimi bədbinlik sorağında

İranla 5+1 arasında müzakirələrlə bağlı hər iki tərəf həssas məqamın çatdığını bildirir. Tərəflər bu etapda müvəffəqiyyətə daha çox ümid olduğunu vurğulayır. ABŞ isə həmişəki kimi müzakirələrə yönəli ümidləri qırmaqla məşğuldur. ABŞ XİN rəsmisinin son bəyanatı belə dağıdıcı addımlara misal ola bilər.
Hansı ki iranlı və avropalı rəsmilər afrdıcıl olaraq ümidverici bəyanatlarla çıxış edir. Ağ Ev də öz növbəsində psixoloji fəzanı bulaşdırmağa çalışır. Amerikalı rəsmi İranın nüvə proqramı və raket sənayesinə münasibətdə şübhə yaradan çıxışlar edib. Dünya mətbuatının liderləri bu xəbərə geniş yer verərək Ağ Evin ikili siyasətini bir daha işıqlandırmışlar.
ABŞ xarici işlər nazirinin fəza və müdafiə siyasətləri üzrə müavini Frank Rose deyib ki, İranla istənilən bir razılaşma ABŞ və dünya birliyini qane edən, Tehranını nüvə silahı yaratmaq istəmədiyini sübuta yetirən addımlara əsaslanmalıdır. Rose qeyd edib ki, ABŞ Fars Körfəzi ölkələrinin İranla bağlı nigaranlığından xəbərdardır.
Rose Yaxın Şərqdə raket müdafiəsi üzrə dördüncü konfransda çıxış edib. O deyib: “İranla razılaşmalarda ABŞ-ı qane edən bir variant var, o da İranın nüvə silahına malik olmamasıdır... İranla müzakirələr etimad üzərində qurulmayıb. Sübuta yetməlidir ki, İran nüvə silahı yaratmaq istəmir... Region ölkələri bir-birləri və ABŞ-ın himayəsi ilə raketdən müdafiə sistemi yaratmalıdır... ABŞ xarici işlər naziri Con Kerri deyib ki, Amerika üçün prioritet Fars Körfəzi ölkələri birlikdə raket müdafiəsi sisteminin qurulmasıdır. ” 



Frank Rose deyib ki, 5+1-in İranla müzakirələri ABŞ-ın regional siyasəitnə təsir göstərməyəcək və ABŞ regionun təhlükəsizliyi ilə bağlı öhdəçiliklərindən imtina etməyəcək.
Bütün deyilənlərdən aydın olur ki, ABŞ İranla nüvə müzakirələrinin müvəffəqiyyətini istəmir və öz mənafelərinə uyğun olaraq dünya ölkələrində İran xofu yaratmaqda davam edir. Təbii ki, şəraiti gərgin saxlamaq əsas məqsədlərdən biri məntəqə ölkələrinə silah satmaq və ölməkdə olan ABŞ iqtisadiyyatına süni nəfəs verməkdir.

Nur-az/Tabnak


1656 بازدید
در حال ارسال اطلاعات...