Şrift ölçüsü:
A+
A
A-
Kr
29 Aprel 2014

İmam Rizanın (ə) tibbi göstərişləri

İmam Riza (ə) dünyanın ən böyük tibb kitablarından birinin müəllifidir. İmam şəxsən özü bu kitabı qələmə alıb. Xəlifə Məmun bu kitabın qızıl suyu ilə yazılmasını göstəriş verib. Kitab “Risaleyi-zəhəbiyyə” adı ilə tanınır. Bu kitabda İmam (ə) öz elmi və tibbi baxışlarından yazır, qida və mayelərin təsirlərindən söz açır. Kitabda hətta psixoloji gərginliklər, epilepsiya kimi xəstəliklərin müalicə yolu göstərilir. Kitabdan bəzi göstərişləri oxucuların diqqətinə çatdırırıq:

1.Mədə ağrısından uzaq olmaq üçün yeyən zaman su içməyin. Yeməklə birlikdə su içənlərin həzm sistemində zəiflik yaranır. Yeməyin əvvəlində və ortasında su içmək mədə genişlənməsinə səbəb olur və xəstəlik yaradır.

2.Babasil (hemoroy), bağırsaq xəstəliklərindən amanda qalmaq istəyənlə