Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Obamaya rəğbət sıfra doğru

Washingtonpost-un Abcnews ilə birlikdə keçirdiyi sorğuya əsasən ABŞ prezidenti Obamaya qarşı rəğbət 41 faizədək azalıb. Demokratlar bu səbəbdən noyabr ayında keçiriləcək seçkilərdə məğlub ola bilərlər.
Bu il ABŞ konqresinə dövri seçkilər keçirilməlidir. Demokratların bu seçkilərdə ciddi maneələrlə üzləşəcəyi proqnozlaşdırılır. Bunun əsas səbəbi isə yuxarıda qeyd edildiyi kimi Obamaya rəğbətin azalmasıdır. Sorğunun nəticələrindən aydın olur ki, seçicilər artıq konqresi demokratların ixtiyarına vermək fikrində deyil. Sorğuya qatılanlar deyir ki, Obamanın fəaliyyətlərinə respublikaçıların nəzarət etməsi məqsədəuyğundur. Obamaya rəğbğət ilin ilk üç ayında 46 faizdən 41 faizə enib. Bu göstərici Obamanın prezidentlik dövründə ən aşağı göstəricidir. Sorğuda iştirak edənlərin yalnız 42 faizi Obamanın iqtisadi fəaliyyətlərini dəstəkləyib. 37 faiz səhiyyədə, 34 faiz Ukrayna böhranında Obamanın addımlarını düzgün sayır.
Washingtonpost yazır ki, Obamaya rəğbətin azalması payız seçkilərində özünü göstərəcək. Konqresə seçkilərdə həmişə prezident seçkilərindən az adam iştirak edir. Respublikaçılar ağdərililər və ortayaşlı nəsil arasında çox tərəfdara malik olduğundan daha artıq ümidlidirlər. Obama 2008 və 2012-ci il seçkilərində qələbəyə görə gənclər və azlıqlara borcludur. Konqresə seçkilərdə isə bu iki qrup fəal deyil.

Nur-az.com


1058 بازدید
در حال ارسال اطلاعات...