Şrift ölçüsü:
A+
A
A-
Kr
01 Oktyabr 2013

Babasil? Bıçaq altına tələsməyin, öncə dərman müalicəsi!

Xalq arasında cərrahlara münasibət birmənalı deyil. Bunu köklü səbəbləri var. Tarixə düşmüş cərrahiyyə əməliyyatları var ki, bu barədə oxuyan ya eşidənlər bəzən ölümünə razı olur, əməliyyata yox!

Faktlardan:

“7sur7.be” saytının verdiyi xəbərə görə, xəstələrdən biri həkimin onun qarnında 2 qayçını unutmasını əsas gətirərək 80.000 avro təzminat tələb edir. 2006-cı ildə kəskin ağrılarla xəstəxanaya çatdırılaraq təcili əməliyyat olunan 50 yaşlı anversli qadının qarnında həkimin daha əvvəl unutduğu 16 sm uzunluğunda 2 qayçı olduğu məlum olub.
Belə ki əməliyyatdan dörd ay sonra xəstə qarnında kəskin ağrılar hiss etməyə başlayıb və yenidən ümidsiz halda həkimə müraciət edib. Rentgen müayinəsi zamanı cərrahın səhvi ortaya çıxıb. Bundan sonra xəstəni başqa bir həkim yenidən əməliyyat edib. Səhvini etiraf edən xəstəxana 5.000 avro təzminat ödəməyə razı olub. Xəstə isə məhkəmədən 80.000 avro tələb edir...

Onkoloji xəstə 41 yaşlı Gülşən Bayramova başına gələnləri belə xatırlayır:
“İş dalınca Qazaxıstana getdim. İş prosesində vəziyyətim pisləşdi. Necə güclü qanaxmam olubsa, şoka girmişəm, huşumu itirmişəm. Xəstəxanaya aparıblar, məlum olub ki, bağırsaqda meydana gələn çat səbəbindən qanaxma baş verib. Oranın həkimlərinin vaxtında müdaxiləsi zamanı( əməliyyatla) bağırsağım tikildi, qanaxmanın qarşısı alındı. Həkimlər Bakıda yenidən əməliyyat olunmamı vacib bildilər. Bakıya gəldik. Cərrah Sevdimalıyev Famil həkimin təcrübəli şəxs olduğunu dedilər. Famil həkimlə görüşdük, amma həkimin ilk səhlənkarlığı o oldu ki, mənim Qazaxıstanda başıma gələnləri nəzərə almadı, hətta oradakı həkimlərin rəyi olan sənədlərə belə göz gəzdirmədi. Çünki qanaxmam olduğunu( tibbə görə, bu bağırsaq xərçənginin ilk simptomlarındandır) və artıq bir dəfə həkim müdaxiləsi olduğunu bilsəydi, daha tədbirli olardı. Özəl xəstəxanaların birində təcili əməliyyata başlanıldı. Famil həkim əməliyyat zamanı qazaxıstanlı həmkarlarının səliqəli “əl işini” belə görməmişdi. Əməliyyatdan əvvəl dedi ki, bağırsağın zədələnmiş hissəsi kəsildikdən sonra bağırsaq çölə, böyürdən eşiyə(kolostoma) çıxarılacaq. Bu tükürpədici nəticə məni qorxutdu. İstəmədim. Bacıma isə demişdi ki, “bağırsağını elə görmüş bir gənc xəstəm özünü öldürüb, bacın necə desə, elə də edəcəm”. Əməliyyatım(2011-ci il, may) ağır keçdi. Həkim bağırsağımın zədələnmiş hissəsini kəsib içəridə birləşdirmişdi. Dediyinə görə, hər şey qaydasında idi. Amma əməliyyatın dörüdüncü günü bağırsaqarası qoyulmuş drenaj borunun tikiş yeri əvəzinə səhvən bağırsağımı kəsdi. Özü də, “ay səni, mən nə etdim”, deyib tibb bacılarını çağırdı. İndiyədək, o səhnəni unuda bilmirəm. Yenidən məni əməliyyat stoluna qaldırdılar. Yenə narkoz verildi. Həkim bu dəfə əvvəlki əməliyyatda razılaşmadığım nəticəyə nail oldu. Əməliyyat zamanı düz bağırsağım yan tərəfdən (kolostoma- ifrazat yerinin süni yaradılması) çıxarıldı. Əgər həkimin məlum səhlənkarlığı olmasaydı, nə ikinci əməliyyatım baş tutardı, nə də indi belə vəziyyətdə olardım. Həmin vaxt həkim barədə şikayət etmək istədim, amma qorxdum, onsuzda həkim haqlı çıxacaqdı.

Bir müddət keçdi. Məlum oldu ki, məndə düz bağırsaqda bədxasəli şişin törəməsi meydana gəlib. Bu xəbər məni yıxdı. Bu dəfə də həkimim növbəti dəfə mənə laqeyd yanaşaraq məsləhət vermədi. Yenicə meydana gəlmiş bu törəmə kiçik olduğundan bir-iki kimyaterapiya ilə yox edilə bilərdi. Biz bu məsləhətdən məhrum qaldıq. Vaxt keçdikcə sən demə, törəmə böyüməyə başladı. Bu dəfə də kimyaterapiya etdirmək qorxusu mənə güc gəldi, saçlarımın tökülməsindən çox qorxdum. Amma vaxtında psixoloji dəstək, həkim təkidi ilə qarşılaşsaydım, hər şey yaxşı ola bilərdi. Sonradan Onkoloji Mərkəzdə müayinəyə getdim. Mütəxəsislər törəmə şişə cərrah aləti dəydiyindən böyüdüyünü dedilər...

Respublika Kliniki Xəstəxanasında çalışan cərrah Qənimət Bəylərovun xəstənin əməliyyat zamanı qaraciyərini zədələyib, sonra bu faktı ondan gizlətməsindən gedir.
Belə ki, Bakı sakini, gənc qız Elnarə Məhərrəmovanın öd kisəsi əməliyyat olunub. Ancaq bu zaman həkimlər onun qara, ciyərini zədələyib, xoledox kanalını kəsiblər.
E.Məhərrəmova “Yeni Müsavat”a bildirdi ki, əməliyyat 2012-ci ildə olub: “Respublika Xəstəxanasının cərrahı Qənimət və uroloq Ceyhuna müraciət etdim. Öd kisəmdə daş olduğu müəyyən edildi. Məni ”Newmed" klinikasına analiz üçün göndərdilər. Sonra əməliyyat həyata keçirildi".
E.Məhərrəmova deyir ki, 40 dəqiqəlik cərrahiyyə 3 saat yarım çəkib: “Bunun özü anormal haldır. Bir insanın öd kisəsində daşları çıxarmaq üçün əməliyyat uzağı 1 saat çəkir. Ancaq məndə 3 saatdan çox oldu. Deməli, cərrah Qənimət qaraciyərimi zədələyib. Götürüb kəsiblər və məndə bunu gizlədiblər”.
Əməliyyatdan sonra xəstə 2 ay yarım ayağa qalxa bilməyib. Onun sözlərinə görə, həkimlər bunu daxili anormallıqla əlaqələndiriblər. Lakin Belarusda olan E.Məhərrəmovaya orada da deyilib ki, xoledox kanalı kəsilib...

Tatarıstanın paytaxtı Kazanda həkimlərin səhvi eşidənləri şoka salıb. 81 yaşlı təqaüdçü qadın evində yıxıldıqdan və sol ayağını zədələdikdən sonra Respublika Klinik Xəstəxanasına müraciət edib. Lakin necə olubsa, onun tibbi kartında zədəli kimi sağ ayağı qeyd olunub. Buna əsasən də həkim onun sağlam ayağını əməliyyat edib.

Bir dəhşətli səhnə ilə bu faktlarla sağollaşırıq: Almaniyada sol ayağı kəsilməli olan xəstə narkozdan ayılandan sonra baxıb ki, onun sağ ayağını kəsiblər!

...Cərrahlar bu məqaləyə görə bizi qınaya bilər. Amma fakt faktlığında qalır. Elə bu səbəbdən insanları ehtiyatlı olmağa çağırmağı vəzifə saydıq. Əslində mövzumuz cərrahiyyə əməliyyatının mümkün təhlükələrindən danışmaq deyil. Bu nöqtəyə giriş olaraq toxunduq. Dərman müalicəsi və digər müalicələr mümkün olan yerdə cərrah bıçağına təslim olmaq tövsiyyə edilmir. Unutmayaq ki, cərrahiyyə əməliyyatı xəstəliklə mübarizədə son yol, son variantdır.

Mövzumuz babasil (bavasir, hemoroy) xəstəliyidir. Bu xəstəlikdən az adam əziyyət çəkmir. Xəstəlik haqqında nə demək olar?

“Saglamolun” saytı yazır:
Babasil (hemorroy) – düz bağırsağın ən aşağı hissəsində selikli qişanın altında yerləşən venoz damar toxumasının (düyünlərin) patoloji şəkildə dəyişməsindən ibarətdir.
Qəbizlik, düz bağırsağın venoz sistemində durğunluq və digər faktorların təsiri altında bu düyünlərin öz yerini dəyişməsi (aşağıya doğru sürüşməsi) baş verir. Bir çox hallarda düyünlərin ölçüləri xeyli artaraq onların hətta anal dəlikdən xaricə çıxmasına, qanaxmaya, ağrıların və s. əlamətlərin yaranmasına səbəb olur...
Babasil xəstəliyinin əvvəlində defekasiya aktının bir qədər çətinləşməsi, anal dəlik ətrafında qaşınma, düz bağırsağın son hissəsində yad cismin olması hissiyyatı kimi ilkin əlamətlər qeyd edilir. Daha sonra hemorroy xəstəliyinin əsas əlaməti olan – düz bağırsaqdan qanaxma başlayır. Qanaxma defekasiya aktı (nəcisin xaric edilməsi) zamanı baş verir. (adətən qanaxmadan sonra ağrılar sakitləşir, bəzən xəstəlik uzun müddət yaddan çıxır - red) Bu zaman qan al-qırmızı rəngdə olub bəzi hallarda nəcis ifrazından sonra şırnaqla xaric olur, əksər hallarda isə xəstələr ilk dəfə olaraq alt paltarlarında və ya tualet kağızında qan izlərinin olmasını qeyd edirlər. Bəzi hallarda hemorroidal qanaxmalar güclü də ola bilər. Daha sonra hemorroidal düyünlər anal dəlikdən xaricə də çıxa bilər. Bəzi hallarda xəstələr düyünlərin xaricə çıxmasını hiss edərək öz barmaqları ilə onları geriyə-içəri salmalı olurlar. Daxili babasilin ciddi fəsadlarından biri düyünlərin boğulmasıdır. Bu zaman xaricə çıxmış düyünləri içəri salmaq mümkün olmur və arxa dəlikdə sıxılmaları nəticəsində onların boğulması baş verir.
Babasilin fəsadlarından biri hemorroidal düyünlərin trombozudur. Bu zaman düz bağırsağın daxilində çox güclü ağrı və orada yad cismin olması hissiyyatı yaranır...
İlkin dövrlərdə onları medikamentoz yolla da müalicə etmək mümkündür. Gecikdirilmiş hallarda isə həkimlər cərrahi müdaxiləyə müraciət etməli olurlar.
Babasil yaradan amillər:
- xəstəliyə irsi meylliliyin olması;
- bədən çəkisinin normadan artıq olması;
- uzun müddət ərzində ayaq üstə və ya oturaq vəziyyətdə işləmək;
- ağır əşyaların qaldırılması;
- xroniki qəbizlik;
- alkoqollu içkilərin xeyli miqdarda qəbul edilməsi;
- tez-tez kəskin, qıcıqlandırıcı qidaların qəbul edilməsi;
- təkrar hamiləliklər (xüsusən də uşağın ölçülərinin böyük olması və çoxdöllü hamiləlik zamanı) və s.
Babasilin profilaktikası:
- Bağırsaqların normal fəaliyyəti üçün daim fiziki gərginlik lazımdır (idmanla məşğul olmaq, uzun müddət ərzində açıq havada gəzmək);
- Əgər işiniz uzun müddət ərzində oturaq haldadırsa (sürücülər, ofis işçiləri və s.), gün ərzində mümkün qədər tez-tez ayağa qalxmaq, gəzmək, sadə idman hərəkətləri etmək lazımdır. Avtomobilin oturacağı və ya iş yerində oturduğunuz kreslo çox yumşaq olmamalı.
- Nəcis ifraz edilməsinə mütləq nəzarət edərək qəbizliyin olmasına yol verməyin. Babasilin inkişaf etməsinin və ya onun kəskinləşməsinin qarşısını almaq üçün tərkibində kifayət qədər sellüloz olan qidaların qəbul edilməsi kimi pəhriz rejiminə əməl etmək lazımdır. Bu, qəbizliyin aradan götürülməsinə, defekasiya aktının güc vermədən baş verməsinə səbəb olur. Meyvə və tərəvəzlər sellüloz ilə zəngin olur. Sellüloz buğda kəpəyində xeyli miqdarda olur ki, bunları da qidaya əlavə etmək olar...

“Zaman” saytında maraqlı bir yazı ilə rastlaşdıq:
“Babasil xəstəliyinə qarşı hazırkı dövrdə müxtəlif müalicə üsul və metodlardan istifadə olunur və çox vaxt nəticə müsbət olmur. Odur ki, bu xəstəliyin müalicəsində tibbi cərrahiyyə üsuluna üstünlük verilir. Mən isə bu xəstəliyin çox sadə müalicə üsulunu aşkar etmişəm“. Bu sözləri bizimlə söhbətində Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunun elmi işçisi, biologiya elmləri namizədi Fəqan Quliyev dedi: “Babasil xəstəliyi üzərində işləməkdə məqsədim son vaxtlar bu xəstəliyin daha çox yayılmasıdır. Bu xəstəlik oturaq iş şəraitində işləyənlərdə, habelə qadınlar arasında daha çox müşahidə edilir. Qadınlarda doğuş dövründə qan damarlarının genişlənməsi bu xəstəliyin əmələgəlmə səbəbini artırır. Bəzən qadınlar bu xəstəliyin müalicəsi ilə əlaqədar həkimin yanına getməyə utanırlar. Eləcə də maddi cəhətdən çətinliyi olan şəxslər də həkimə az müraciət edirlər. Mənim hazırladığım dərmanla isə həkimə müraciət etmədən, ev şəraitində onu müalicə etmək mümkündür“. 40 ildən çoxdur ki, bitkilər aləmi ilə maraqlandığını və həmin dərmanı da bitkilərdən hazırladığını vurğulayan Fəqan müəllim onun orqanizmə heç bir zərər yetirmədiyini də qeyd etdi: “Belə ki, müalicə heç bir yataq şəraiti olmadan adi formada babasil olan yerə 7-10 gün müddətində, sutka ərzində üç dəfə xaricdən sürtməklə davam etdirilir və nəticədə babasil düyünləri tamamilə yox olur və həmin şəxsdə bir daha əmələ gəlmir. Bu dərman yandırıcı, göynədici və digər xoşagəlməz xassələrə malik deyil“. İndiyədək hazırladığı həmin dərmanla 10 nəfərdən çox xəstəyə şəfa verdiyini qeyd edən Fəqan müəllim həmin dərmanla ələ, ayağa çıxan qabarı da müalicə etməyin mümkünlüyünü söylədi: “Hazırda bitkilərdən istifadə edərək prostatın müalicəsi, şişlərin əridilməsi yolunu tapmağa çalışıram“. Lakin Fəqan müəllim hazırladığı dərmanın tərkibini açıqlamadı, sadəcə: “Bu, hələlik, sirdir“, - dedi. Buna rəğmən, o, bizimlə söhbətində belə xəstəliyə düçar olanları müalicə etməyə hazır olduğunu da bildirdi. Fəqan müəllim bu kəşfi ilə bağlı müvafiq qurumlara müraciət edəcəyini də qeyd etdi. Məlumat üçün bildirək ki, Fəqan Quliyev “Ağdaş-3“ pambıq və “İri gilə“ nar sortlarının yaradıcısıdır…

Bu yazı nə üçün diqqətimizi cəlb etdi? Təəssüf ki, babasildən əziyyət çəkən xəstələr çox vaxt mütəxəssis cərrah tapa bilmir və qarşılarına çıxan ilk cərraha müraciət edirlər. Tələskənlik! İnsanlar bütün işlərində tələskəndirlər və bundan çox əziyyət çəkirlər. Tələsik ev, maşın alan, ailə quran insan necə peşman olursa tələsik cərrahiyyə stoluna yıxılan insane da bir o qədər peşmandır. Babasil həyat məsələsidir, ev ya maşın deyil ki, maddi zərərlə başa çatmış olsun. Babasil əməliyyatında kafi təcrübəsi olmayan cərrahlar xəstəyə əzab verirlər. Xəstə adətən təkrar əməliyyat üçün müraciət edir. Biologiya elmləri namizədi Fəqan Quliyevin müsahibəsini verməkdə məqsədimiz bu oldu ki, sağlamlığa aparan yol bir deyil və düzgün seçim aparmaq üçün tələsməmək, mütəxəssis həkimlərlə məsləhətləşmək lazımdır.

Bəlı, babasilin tarixi böyükdür və onun müalicəsi ilə bağlı çox faydalı məlumatlar tapmaq olar.




Xəstəliyin fərqli müalicə yolları təklif edilir. Əksər insanlarda bu xəstəliyin xroniki olduğunu, dövri şəkildə özünü göstərdiyini nəzərə alaraq maraqlı bir dərman pereparatını təqdim edirik.

Rektol!
Filosof kimi daha şox tanınan yunan alimi Dioskoridin (Dioscoride - I əsr) dərmanşünaslığın inkişafında böyük xidmətləri olmuşdur. Dioskorid 600 dərman bitkisini öyrənmiş, onalrın müalicəvi xüsusiyyətləri haqqında yazmışdır. Məşhur yunan həkimi Calinus (‎Claudius Galenus) Dioskoridin araşdırmalarından çox faydalanmışdır.
Dioskoridin yazılarında haqqında danışılan bitkilərdən biri də Myrtus communis adlı bitkidir. Bu bitki dezinfeksiyaedici, büzücüdür, iltihabı aradan qaldırır, ən əsası babasilə qarşı faydalıdır. İbn Sina, Əbu Reyhan Biruni, Zəkəriyya Razi, Əqili Xorasani, Corcani kimi böyük təbiblər Myrtus communis (Mərsin, Mersin, Myrtle) bitkisinin babasilin müalicəsində faydalı olduğunu qəbul etmişlər.
Rektol kremi (maz) xəstəliyin şiddətindən aslı olaraq gündə 1, 2, 4 dəfə anus dəliyinə yeridilir.
Çox maraqlı başqa bir nöqtə var. Bəzən həkimə müraciət etməyən və ya düzgün diaqnoz qoyulmayan xəstə bir xəstəlik üçün yazılmış nüsxə əsasında müalicə alır və bu müalicə əsil xəstəliyə zərərli olur. Anus dəliyi, yoğun bağırsaqda narahatçılıqların bir neçə səbəbi ola bilər.
Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin aparıcı mütəxəssislərindən biri, tibb elmləri doktoru, professor, Koloproktologiya şöbəsinin müdiri Xaləddin Musayev deyir:
Hazırda yoğun və düz bağırsaq xəstəliklərindən milyonlarla insan əziyyət çəkir. Əksər hallarda bu xəstəliklər gizli qalır. Müalicəsinə ciddi yanaşılmır. Nəticədə orqanizmdə ağırlaşmalar özünü göstərir.
Şöbəmizin əsas fəaliyyət istiqaməti əsas etibarilə yoğun bağırsan və düz bağırsaq patologiyalarının müalicəsidir. Dünyada və həmçinin respublikamızda qida pozğunluqlarının fonunda yaranmış bu xəstəliklər günümüzdə olduqca aktuallıq kəsb edir. Dünya statistikası da gööstərir ki, bu sahədə müraciət edən hər 100 xəstədən 70-də düz bağırsağın patologiyası var. Bunu Amerikada aparılan son statıstık araşdırmalar da təsdiq edir. Bu sıraya hemarroy(babasil xəstəliyi), düz bağırsağın çatı, fistulalar, proktit, müxtəlif polipləri daxil etmək olar.Yuxarıda qeyd etdiyim həmin müraciət edən hər 100 xəs