Şrift ölçüsü:
A+
A
A-
Kr
30 Aprel 2014

Allaha doğru yolda alimlərin rolu

Qədim dövrlərdə insan fikri və əməli çaşqınlıqdan qurtarmaq üçün qısa bir müddət dini maariflə tanış olmaqla, məqsədinə çata bilərdi. Amma bu günkü qatışıq dünyada kamilləşmək üçün müxtəsər dini bilik kifayət etmir. Elə bir əsrdə yaşayırıq ki, bütün ömrümüzü dini məsələlərin təliminə sərf etsək də xoşbəxtliyimizi təmin edəcək dərəcədə maarif-lənməyimiz müşkül məsələdir.
Bu gün dünyəvi elmlər inkişaf etdiyi kimi, dini elmlər də tərəqqi etmişdir. Bir neçə yüz il əvvəl insan üç il, beş il dərs oxumaqla bütün elmləri öyrənə bilərdi. Farabi, İbn Sina kimi dünya şöhrətli alimlər öz dövrlərinin bütün elmlərini qısa bir müddətdə əxz etmişlər. Amma bu gün bir elm sahəsinə yiyələnmək üçün on illərlə dərs oxuyan insan yenə də həmin sahəni əhatə edə bilmir.
Dini elmlər də