Şrift ölçüsü:
A+
A
A-
Kr
01 May 2014

1 (ya 3) rəcəb - İmam Baqirin (ə) mövludu

Əbu Cəfər, İmam Məhəmməd Baqir (ə) imamət üfüqündə parlamış beşinci günəşdir. Bütün həyatı elm və əxlaqa həsr olub. Bu səbəbdən “Baqirul-ülum” adlandırılıb, yəni elm çətinliklərini yaran, mərifət düyünlərini açan.
Zülmət üzərinə ayaq qoymaq günəşin xüsusiyyətidir. Günəş qaranlıq zamanlarda üfüqə çıxıb cəhalət pərdəsi altda qalmış dəyərlərə həyat verir.
İmam Baqir (ə) də zülm-sitəm, dini düşüncənin boğulduğu bir zamanda dünyaya gəldi, hqəqiqi İslama nəfəs gətirdi.
Həzrət Əbu Cəfər, Baqirul-ülum Mədinədə dünyaya göz açdı. Bir çox tarixçilərin nəzərincə İmam (ə) hicri 57ci ildə dünyaya gəlib. Rəvayətlərə görə babası Hüseyn ibn Əli (ə) şəhadətə çatanda İmam Baqirin (ə) 3 yaşı olub. İmamın (ə) doğum günü barədə məlumatlar fərqlidir. Daha çox qeyd edilən tarixlər:
-hicri 57, 3 səfər
-hicri 57, 5 səfər
-hicri 57, 1 rəcəb
-hicri 57, rəcəbin ilk düşənbə ya seşənbə günü
Əksər alimlər İmamın (ə) 3 səfərdə dünyaya gəldiyini qəbul edir.
İmam Baqir (ə) həm ata, həm də ana tərəfdən pak Peyğəmbər şəcərəsinə bağlıdır. Həzrət (ə) hər iki tərəfdən İmam övladıdır. Atası İmam Hüseynin (ə) oğlu Səccad (ə), anası İmam Həsənin (ə) qızı Fatimədir. İmam Baqirin (ə) anası dünyaya imam gətirmiş ilk ələvi qadındır. Onun məşhur adlarından biri Ümmü Əbdüllühdır. O qədər pak və sədaqətli olub ki, Siddiqə adı ilə də çağırıblar. İmam Baqir (ə) öz anası haqqında buyurur : “Bir gün anam divara yaxın əyləşmişdi, divar uçdu. Anam əli ilə divarı saxlayıb dedi ki, Mustafanın haqqına, uçula bilməzsən!Anam uzalaşandan sonra divar uçdu.”
İmamın adı Muhəmməddir. Bu adı cəddi Peyğəmbər (s) onun üçün süçmişdi. Cabir ibn Abdullah Ənsari Peyğəmbərin salamını İmam Baqirə (ə) çatdırmaq iftixarını qazanıb. Onun sözlərindən aydın olur ki, İmam üçün Muhəmməd adını Peyğəmbər seçib. İmamən künyəsi Əbu Cəfər olub.
İmamın ləqəbləri, ikinci adları:
1.Baqir; bu ad İmamın ən məşhur adı, ləqəbidir. Nə üçün Baqir, yəni yaran, parçalayan? İmamın elm qarşısın