Şrift ölçüsü:
A+
A
A-
Kr
31 Oktyabr 2013

Anatol Fransdan

İnsanla heyvan arasında iki mühüm fərq var: Danışmaq qabiliyyəti və yalan danışmaq.

***

Nə qədər ki hakim deyilsən itaət et, hakim olanda təvazö göstərərsən.

***

Səhvə yol vermək insan həyatında olası işdir. Səhvi təkrarlamaq isə heyvanlara məxsusdur.

***

Yalan olmayan bütün tarixi kitablar çox yorucudur.

***

Həyatla mübarizədə ən yaxşı silah gülüşdür.

***

Alim o şəxsdir ki, "mən bilirəm" ifadəsi ilə "mən düşünürəm" ifadəsi arasında fərq görür.

***

Dünyanın böyük imperatorluqlarının əsas səhvi bu olub ki, böyük ağıllılar zəif insanları nəzərə almadan güclü insanlar üçün qanun yazıblar.

***

Gözəllik o qədər əzəmətlidir ki, vəhşilər daim onu hədəfə alsalar da yaşayır.

***

Dünyada həyəcan qədər xoş hiss yoxdur.