Şrift ölçüsü:
A+
A
A-
Kr
02 May 2014

İnsanın digər canlılardan üstünlüyü

İnsanın dünyagörüşü əsrlər boyu yüksələrək geniş vüsət almışdır. Belə bir dünyagörüşü məntiqi qanunlar əsasında kamilləşmiş və sonralar «elm» adlandırılmışdır. Elm bəşəriyyətin həm dünya haqqındakı təfəkkür tərzinə, həm də fəlsəfəyə şamil olunur.

Bəşəriyyətin yüksək mənəvi təmayülü onun iman və etiqadından, habelə mövcud olan bəzi həqiqətlərdən irəli gəlir.

İnsanda mövcud olan belə bir iman və bağlılıq öz növbəsində ona müəyyən qədər də olsa, dünyagörüşü və ideologiya bəxş edir. Bunun əsas amili isə, adətən ya peyğəmbərlər, ya da sağlam düşüncəli filosoflar olmuşlar. Onların əsas məqsədi bəşəriyyəti sağlam düşüncəyə yönəldib iman və etiqadlarını gücləndirmək olmuşdur.

Demək insanın yüksək və mənəvi təmayülü etiqad və sağlam düşüncə üzərində qoyulduğu zaman «iman» adlandırılır.

Burada belə bir nəticəyə gəlmək olur ki, insanın digər canlılardan ən ümdə fərqi onun «insaniyyətidir».

İnsanın digər canlılardan üstün olması haqda çox sözlər deyilmişdir. Bəziləri insanın digər canlılardan bir o qədər də fərqli xüsusiyyətə malik olmadığını iddia etmişlər. Onların fikrincə insan digər canlılardan mahiyyət baxımından deyil, yalnız zahiri quruluş və ona xas olan bəzi xüsusiyyətlərlə fərqlənir. Şərq və qərb filosoflarının «insanla tanışlıq» haqqında irəli sürdükləri heyrətamiz və olduqca əhəmiyyətli olan dəyərli mülahizələr sanki onlarda maraq doğurmamışdır.

Bu alimnümalar insanın mətləb və istək baxımından heyvanla heç bir fərqli xüsusiyyətə malik olmadığını bildirmişlər. Bəzilərinin fikrincə isə insanın digər varlıqlardan fərqli xüsusiyyəti onun canlı olmasıdır. Onların fikrincə yeganə canlı məxluq insandır, heyvan aləmi isə canlılara oxşar hiss, ağrı və ləzzət bilməyən və heç bir şeyə meyli olmayan bir varlıqdır. Onlar insanın tərifində deyirlər: «İnsan» həqiqi varlıqdır.

İnsanı yeganə canlı varlıq hesab etməyən digər alim və mütəfəkkirlər isə insanla, canlılar arasında müxtəlif əsas fərqli xüsusiyyət olduğuna işarə etmişlər. Bu səbəbdən də insanı müxtəlif ifadələrlə tərif etmişlər. Məsələn, onu natiq heyvan (fikirləşən və danışan canlı), doymaq bilməyən, [varlıqları və ya mənəviyyatı] qiymətləndirən, qeyri-müəyyən, azad və muxtar (ixtiyar sahibi), üsyançı, ictimai, inzibatçı, nəzm və intizam tələb edən, gözəllik sevən, ədalət tələb edən, aşiq, iki üzlü, vicdan və məsuliyyət sahibi, metafizik aləmi sevən, əqidəpərəsət, iztirablı, təxəyyül yaradan, metafizik varlıq, mənəviyyat qapısı və s. ifadələrlə adlandırmışlar.

İnsana aid olunan bu xüsusiyyətlərin hamısı düzgündür, amma onu digər canlılardan fərqləndirən əsas xüsusiyyətlər ilə tanış olmaq istəsək gərək onun «elm» və «iman»nından söhbət açaq.

«İnsaniyyət» hər şeyin təməlini təşkil edir

Məlum oldu ki, insanın digər canlılarla həm oxşar, həm də özünəməxsus və fərqli xüsusiyyəti vardır. Bu oxşar və fərqli xüsusiyyət onun iki müxtəlif həyat tərzi – «heyvani» və «insani» həyat tərzi keçirməsinə səbəb olmuşdur. Başqa sözlə desək, insan maddi və mədəni həyat tərzi keçirir. Burada belə bir sual meydana gəlir ki, görəsən bəşəriyyətin insani və heyvani, maddi və mədəni həyat tərzləri arasında hansı rabitə növü mövcuddur? Onlardan biri əsas, digəri isə ikinci dərəcəlidirmi? Biri təməl, digəri isə onun divarı sayılırmı? Maddi həyat tərzi mədəni həyatın təməlini təşkil edirmi? İnsanın heyvan olması onun insan olmasının təməlini təşkil edirmi?

Haqqında söhbət açdığımız bu məsələ psixoloji yöndən deyil, sosioloji baxımdan araşdırılır. Bu səbəbdən də bu mövzu haqqında bəhs edildiyi zaman ictimai qurumlar arasında belə bir sual meydana gəlir ki, görəsən bütün orqan və təşkilatların təməlini istehsal ilə məşğul olan iqtisadi orqanlar təşkil edirmi və elm, fəlsəfə, ədəbiyyat, din, əxlaq, hüquq, sənət bütün dövrlərdə iqtisadla bağlı vəziyyətdə olmuş və özləri müstəqil şəkildə formalaşmamışlarmı?

Bəli, bu məsələ məhz belə bir tərzdə araşdırılmışdır. Amma istər-istəməz bu sosioloji mübahisə psixoloji nəticələr vermiş və eyni halda insan haqda bəhs olunan fəlsəfi bir mübahisəyə çevrilmişdir. Bu günlər bu mübahisəli məsələ «humanizm» adı almışdır. Belə ki, insanın «insaniyyəti» deyil, yalnız «heyvan» olması meyar və əsas hesab olunur. Yəni, insan dedikdə ilk növbədə onun «insaniyyəti» (insan olması) deyil, «heyvan» olması nəzərdə tutulur. Bu da insanla heyvanlar arasında heç bir fərq qoymayanların, yəni insanı yüksək ilahi varlıq hesab etməyənlərin irəli sürdükləri nəzəriyyədir.

Bu nəzəriyyəyə əsasən tək insani təmayül deyil, o cümlədən gözəllik, həqiqət, xeyir və Allah-taalaya olan təmayüllər belə rədd olunur. İnsanın dünya haqqında baxışı olan «realizm» (həqiqətə olan təmayül) belə rədd olunur. Çünki, hər bir baxış müəyyən maddi təmayülü əks etdirir.

Təəccüblü hallardan biri də budur ki, belə bir nəzəriyyə irəli sürən bəzi məktəblər eyni zamanda «humaniz»dən də dəm vururlar!!!

İnsanın təkamül mərhələsinin «heyvanlıq» dövründən başlayıb «insaniyyət» mərhələsində özünün ən ali zirvəsinə çatması danılmaz bir həqiqətdir. Bu həqiqət fərdi şəkildə bütün insanlara, ümumi şəkildə isə cəmiyyətə aid olunur. İnsan özünün ilk yaradılış mərhələsində maddi bir cismdir. Cövhəri təkamül hərəkəti nəticəsində ruha və ruhi cövhərə çevrilir. «İnsanın ruhu» cism çərçivəsində böyüyür, kamilləşir və daha sonra müstəqilləşir. İnsanın «insani» xislətləri inkişaf etdiyi kimi, onun «heyvani» xüsusiyyətləri də eyni qaydada böyüyüb inkişaf edir. Təkamül xüsusiyyətlərində olduğu kimi, kamilləşən mövcud o kamal xüsusiyyəti ilə müqayisədə müstəqil olur, öz zatına əsaslanır və öz mühitinə hakim və təsir edici olur. İnsanın «insaniyyəti» də fərd və ya cəmiyyət olmasından asılı olmayaraq, kamilləşdiyi sifətlə müqayisədə müstəqiliyyə və bütün sahələrdə hakimiyyəti ələ keçirməyə çalışır.

Kamilləşmiş insan, o kəsdir ki, özünün batini və xarici həyat mühitinə müəyyən qədər hakim olmuş olsun.

Kamilləşmiş insan, o kəsdir ki, batini və xarici mənəvi çatışmamazlıqdan (danlaq və məhkumiyyətlərdən) uzaq olub, iman və əqidəyə bağlılığı olsun. Cəmiyyətin təkamülü də ruhun bədəndəki təkamülü kimi baş verir. İnsanın təkamülü isə onu «heyvanlıq» xislətlərində baş verir.

Cəmiyyət bünövrəsinin iqtisadi qurumlarla sıx əlaqəsi vardır. Cəmiyyətin mənəvi və mədəni sahələri onun ruhunu əvəz edir.

Ruhla bədən sıx əlaqədə olduğu kimi, cəmiyyət də maddi və mənəvi qurumlarla bir o qədər sıx əlaqədədir. Təkamülə doğru hərəkət edən hər bir şəxsin azadlığa, müstəqilliyə və hakimiyyətə olan meyli onun ruhu ilə sıx əlaqəli olduğu kimi, cəmiyyətin də təkamülə doğru etdiyi hərəkət bir o qədər möhkəm və ayrılmazdır.

Yəni cəmiyyət təkamülə doğru hərəkət etdikcə (yəni kamilləşdikcə), mədəniyyət, müstəqillik və hakimiyyət onun maddi həyatında üstünlük təşkil edəcəkdir.

Gələcəyin insanı iqtisadi varlıq deyil, mədəni varlıq olacaqdır. Gələcək insanlar qarın və nəfs insanı deyil, iman və əqidə insanı olacaqdır.

Əlbəttə bu heç də o demək deyildir ki, bəşəriyyət kamala və insani dəyərlərə doğru icbari şəkildə və zərurət baxımından hərəkət edəcək, bütün mərhələlərdə keçmiş mərhələ ilə müqayisədə bir addım irəlidə olacaqdır. İnsan bəzən əldə etdiyi fənni və texniki nailiyyətlərə baxmayaraq, mənəviyyat baxımından keçmişlə müqayisədə olduqca geri qalır. Yaşadığımız əsr bunun gerçək nümunəsidir.

Bəlkə də bunun əsas səbəbi bəşəriyyətin iki müxtəlif yöndə (yəni maddi və mənəvi yönlərdə), hərəkət etməsindən irəli gəlmişdir. Bəşəriyyətin mənəvi baxımdan təkamülə doğru etdiyi hərəkət, daim düz xət üzərində irəliyə doğru lazımi qaydada aparılmayan bir hərəkət olmuşdur. İnkişafa doğru getsə də, biz bu hərəkətdə təhrif və əyintilərin, hətta bəzi vaxtlarda tənəzzülün də şahidi oluruq. Bu səbəbdən də biz gələcəyin insanını iqtisadi varlıq deyil, mədəni varlıq adlandırırıq. Gələcəyin insanı qarın və nəfs insanı deyil, əqidə və iman insanı olacaqdır.

Bu nəzəriyyəyə əsasən belə hesab etmək olar ki, insaniyyət, təkamül mərhələsini istehsal alətləri ilə yanaşı və ya ondan da tez keçmişdir. Təkamül nəticəsində onun təbii və ictimai mühitə olan bağlılığı azalmış, azadlıqla bərabər olan əqidəyə, ideologiyaya, imana və hədəfə olan bağlılıq, habelə təbii və ictimai mühitə göstərdiyi təsir dəfələrlə artmışdır. Gələcəkdə isə bundan daha artıq mənəvi [kamil] azadlığa, yəni müstəqilliyə, əqidəyə, imana və ideologiyaya olan bağlılığa nail olacaqdır. Qədim zamanlarda insanın fitri istedadları fəal olmadığı üçün təbii varlıqlardan lazımi qaydada istifadə edə bilməyirdi. Bu sə