Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Şəhid Sədrin Səddama cavabı

Səddam öz gücünün zirvəsində olarkən İslam dünyasının böyük müctehidi Ayətullah Məhəmməd Baqir əs-Sədrə bir məktub göndərərək ondan özünə itaət etməsini istəyir.

Lakin Şəhid Məhəmməd Baqir əs-Sədr ona verdiyi cavabda cəddi Hz. Hüseyn kimi zillətə boyun əyməyəcəyini bildirir. O Səddamı necə bir sonun gözlədiyini dərin bəsirətiylə elə o gün görmüşdü.
Amerikanın işğalını, ölkənin ayaqlar altında əziləcəyini, mallarının talanacağını, Səddamın zəlil bir şəkildə öləcəyini və xalqın onu lənətləyəcəyini dəqiq bir şəkildə onun özünə bildirən bu sirli məktub Şəfəq Xəbər Agentliyinə (Shafaqna) çatdı.

Amma qüruru gözlərini kor edən Səddam onu dinləmək bir yana, ən ağır işgəncələrlə bu böyük arifi bacısıyla birlikdə şəhid etmişdi. Bu da Ayətullah Məhəmməd Baqir əs-Sədrin Səddama yazdığı o məktub :

Şəhid Sədrin Səddama cavabı

"Mən sizin ağıllı olduğunuzu zənn edirdim. Sizlər aşkar sözləri belə inkar edirsiniz. Mən sizə lazım olan sözü söylədim və nəsihət etdim.

Əgər qiyamətə inanırsınızsa və həqiqətə çatmaq istəyirsinizsə, məni dinləyin . Sizlər pozğunluq xəstəliyi ilə xəstələnmisiniz və öldükdən sonra diriləcəyinizi unutmayın. Öldükdən sonra ürəkləriniz daşlaşmış və heyvandan aşağı səviyyəyə düşəcəksiniz.

Sizlərə nəsihət verdikcə daha da azğınlaşırsınız. Eynilə yəhudilər və şeytana uyanlar kimi sizi pislikdən çəkindirənlərə düşmənçilik bəsləyirsiniz. Allaha qarşı döyüşə başlamısınız və Allah dostlarını nəzarətə alırsınız, onları öldürürsünüz .

Ən kiçik bir zənnə söykənərək eynilə cahiliyyət dövründəki atalarınız kimi onları öldürürsünüz . Ölkəmizin əsərlərini dağıdırsınız. Heç bir günah və cinayət işləməkdən qorxmur, həva və həvəsiniz