Şrift ölçüsü:
A+
A
A-
Kr
03 May 2014

Təqva dəyərlərin mehvəridir

Quran-kərimin bir çox ayələrində “təqva” kəlməsi ilə qarşılaşırıq. İslami dəyərlər kompleksində ən böyük dəyərlərdən biri, demək olar ki, bütün dəyərlərin mehvəri təqvadır. Allah-təala buyurur: “Həqiqətən, sizin təqvalınız Allah yanında ən hörmətlidir.” (“Hucurat”, ayə 13). Allah qarşısında kəramət ölçüsü olan təqvanın heç bir əvəzi yoxdur. Ona görə də bütün öyüdlərin mehvəri olan təqva diqqəti daha çox cəlb etməlidir.
Təqva haqqında müxtəlif baxımlardan danışmışıq. Ona görə də indi sadəcə bu mövzuya işarə edirik. Həzrət Əli (ə) buyurur: “Sizi təqva və Allah göstərişlərinə diqqəti tövsiyyə edirəm.” “Təqva” müxtəlif mənalara malikdir. Bu söz bəzən “günahdan çəkinmək”, bəzən “bütün şəri göstərişlərə riayət etmək” mənalarını ifadə edi