Şrift ölçüsü:
A+
A
A-
Kr
04 May 2014

“Vəhhabizmin tövhidi qəbristanlıq tövhididir!” (2)

Yəmənli alim Doktor İsam əl-İmad bir vaxtlar vəhhabi kimi Səudiyyə Ərəbistanında təhsil almış, sonradan isə Əhli-beyt yoluna dönərək şiə olmuşdur. Bu yazıda onun Tehranda tələbələrlə görüşü zamanı etdiyi söhbətlərinin İKİNCİ HİSSƏSİNİ təqdim edirik:

Vəhhabilər sayı 400 milyondan çox olan on iki imamçı şiələri bəlkə də 100 min nəfərə çatmayan əliallahlılarla eyniləşdirir, qəsdən hamısını eyni təqdim edirlər. Onlar şiə alimləri tərəfindən bu cərəyanlara qarşı yazılan kitabların nəşrinə də icazə vermirlər. Halbuki bu barədə ən çox kitab yazan şiələr olmuşlar. Şiə olmazdan öncə mən də bilmədən bu fikirdə idim; əliallahlığın və hətta bəhailiyin küfr dolu inanclarını bütün şiələrə aid edirdim.
Bəhailiyin Rusiya tərəfindən yaradılması bu gün bizə məlumdur. Lakin vəhhabizmin İngiltərə tərəfindən yaradılmasına dair əlimizdə qəti dəlil yoxdur. Buna baxmayaraq, vəhhabi təfəkkürünün özü İngiltərə və Amerikaya yaxınlaşmağa səbəb olur. Məncə, vəhhabi tövhidi müstəmləkəyə xidmət edən bir Amerika tövhididir. Vəhhabi təfəkkürü insanı qəbristanlığa çəkib dünyadan ayırır. Vəhhabilərin bütün fikir-zikrləri qəbristan xəbərləridir və hər zaman qəbristanlara hücuma hazırdırlar. Orada isə illərdir bütün qəbristanlıqlar dağıdılıb, daha qəbristanlıq qalmayıb və bu da onlarda psixoz yaradıb. Mənim yadımdadır, o zaman qəbristanlığın yanından keçəndə qaçırdım. Fələstinlilər İsrail əleyhinə intihari əməliyyatlar keçirdikləri kimi, biz də qəbristanlıqlara qarşı əməliyyatlar keçirirdik. Yəni vəhhabizm tövhidi qəbristanlıq tövhididir. Belə olduqda daha ABŞ və İsrail təhlükə deyil; təhlükə qəbirlər, məqbərələrdir. Onları uçuranda hər şey düzəlir. Bu isə İslam tövhidi deyil, Amerika tövhididir.
Vəhhabilər Quran tövhidini anlamadıqları kimi, Qurandakı qadın məsələlərini də anlamayıblar. Onlar özlərinə sərf edən bir hədisi götürür, başqa yüz hədisi isə görməzdən gəlirlər.
Onlar deyirlər ki, Qədir-Xum hədisində məqsəd Əlini sevməkdir. Halbuki məqsəd sevgi ilə yanaşı olan rəhbərlikdir. Yəni Əlinin imamlığı və rəhbərliyi quru rəhbərlik, komandanlıq deyil, eşqlə, sevgi ilə birgə olan ilahi rəhbərlikdir və bunun üçün ən gözəl söz “vilayət”, “mövla” sözüdür.
Vəhhabilərin əksəri cəhalət və nadanlıqlarına görə yollarını azıblar, hamısı inadkarlıqdan deyil. İnsan öz canını bir ölüdən ötrü qurban verirsə, bunun üçün dəlilləri vardır. Lakin Quranı yanlış anladıqlarına görə dəlilləri də səhvdir. Onların əsas problemi budur.
Vəhhabilik əvvəldə etiqadi bir firqə idi, amma tədricən ABŞ və İngiltərənin əlində alətə çevrilən siyasi bir cərəyan oldu. Onlar öz məqsədlərinə çatmaq üçün vəhhabilikdən istifadə edirlər. Vəhhabilər də ibtidai düşüncəyə malik sadəlövh insanlar olduqlarından supergüclərin sui-istifadəsinə məruz qalırlar. Onların şiələrə qarşı daha aqressiv olmalarının bir səbəbi də budur. Baxın, İran İslam İnqilabına qədər Ərəbistanda şiəlik əleyhinə 3-4 kitab yazılmışdı, ondan sonra isə vəziyyət çox dəyişdi. Həm də gördülər ki, şiəlik əleyhinə təbliğat aparmasalar, kitab yazmasalar, bütün Ərəbistan şiə olacaq. Odur ki, onların şiəliyə qarşı hücumları qorxduqlarına görədir.
Vəhhabilər xəvaricin İslam tarixi boyu ən kafir, ən cinayətkar və ən məlun firqə olduğunu düşünürlər. Mən onlardan soruşuram: xəvariclə vəhhabizmin fərqi nədir? Biz soruşuruq ki, siz nə üçün xəvarici ən çirkin müsəlman firqəsi sayırsınız? Deyirlər, ona görə ki, onlar müsəlmanları öldürürdülər. Soruşuruq ki, bu məsələdə sizinlə xəvaricin nə fərqi var? Bu sualın isə cavabı yoxdur.
Vəhhabilik düşüncə baxımından deyil, təkfirçilik və terrorçuluq baxımından təhlükəlidir. Onlar bütün dünyada şiələrə qarşı terror əməliyyatları keçirirlər. Mən kitabımda da yazmışam ki, vəhhabilərə düşmən kimi yox, xəstə adamlar kimi baxıb onları müalicə etməyə çalışmalıyıq. İraqda və digər yerlərdə törətdikləri terror əməlləri onların sonlarını hiss etmələrindən irəli gəlir. İnsan ölümdən qabaq dərin bir nəfəs alır. Bu onun həyata qayıtması anlamına gəlmir. Bu terrorçuluqlar da ölümqabağı dərin nəfəsi xatırladır.
Vəhhabilərə ilk sual Peyğəmbərimizin son sözü haqda olmalıdır. Peyğəmbər ən böyük insan kimi həyatla vida zamanı bəşəriyyətə ən son və ən mühüm mesajını verdi. O buyurdu ki, məndən sonra Qurana və Əhli-beytə müraciət edin. Yüzlərlə, minlərlə adam təkcə bu sözə görə şiə olmuşlar. Çünki bu söz təkcə vəsiyyət deyil, həm də vida sözüdür.
www.hawzah.net

Nur-az.com


1702 بازدید